19 avq 19:13liqa

Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub

Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub
Samir Kərəmov: “Gördüklərimizdən sonra oyunun Tovuzda keçirilməsinin mümkünsüz olduğunu anladıq”
Ötən sayımızda “Kəpəz”lə “Zirə”nin hansı stadionda qarşılaşacağı ilə bağlı suala aydınlıq gətirəndə konkret cavab tapa bilməmişdik. Gəncə təmsilçisinin mətbuat katibi Azad Mustafayev iki variantın – Tovuz və Yevlax – olduğunu bildirsə də, məsələyə nöqtə qoyulmadığını demişdi. Daha doğrusu, hər iki stadionda təftiş aparan PFL rəsmiləri qərar verməliydi.
Dünən səhər saatlarında matçın baş tutacağı stadionun adına aydınlıq gəldi. Belə ki, “Kəpəz” “qartallar”ı Yevlaxda qonaq edəcək. Halbuki oyunun Tovuzda keçirilməsi daha məqsədəuyğun olardı. Əvvəla ona görə ki, futbol bu rayonda daha çox sevilir. Üstəlik, “Kəpəz” daha güclü dəstək görəcəkdi. Qərb təmsilçisi Bakıdan olan komandayla qarşılaşırsa, tovuzlular “Kəpəz”i özününkü kimi qəbul edəcəkdi. Azarkeş baxımından da problem olmayacaqdı. Bəs onda Yevlaxdakı arenaya üstünlük verilməsinin səbəbi nədi? Tovuzdakı stadionda hansı çatışmazlıqlar PFL rəsmilərinin diqqətini çəkib? Suallara qurumun Təhlükəsizlik Departamentinin əməkdaşı, başqa cür desək, bölgələrə səfər etmiş, vəziyyətlə yerində maraqlanmış Samir Kərəmovla söhbətdə aydınlıq gətirməyə çalışdıq: “Başlayaq əsas diqqətçəkən məqamdan. Tovuzdakı meydançanın hər iki penalti nöqtəsinin yanında təxminən 50 santimetrdən çox diametrdə dairəvi deşik yaranıb. Bu da istər-istəməz futbolçulara müəyyən çətinlik yaradır. Ehtiyat oyunçuların və məşqçilərin yer aldığı texniki zona bərbad durumdadı. Texniki zonanın üst örtüyünü saxlamaq üçün quraşdırılmış dirəklər təhlükəli vəziyyətdədi. Hər an futbolçuların başına aşa bilər. Çətinliyi aradan qaldırmaq qısa zaman üçün mümkünsüz idi. Çünki hər iki texniki zonanın sökülüb yenidən quraşdırılmasına ehtiyac var. Alt hissəsi sökülməli, dirəklərin bərkidici yerləri təmir olunmalıdı. Paltardəyişmə və duş otaqları da bərbad durumdadı. Azarkeşlər üçün şərait yox dərəcəsindədi. Təsəvvür edin, VİP-sektor yoxdu. Daha doğrusu, oturacaqlar barmaqla sayıla biləcək qədər azdı. Örtüyün suvarma sistemi də qaydasında deyil. 6 suvarma sistemindən yalnız biri işləkdi. Belə deyim, hamısı işləkdi, sadəcə, başlıqları yoxdu deyə, çıxılmaz vəziyyət yaranıb. Bir başlıqdan bütün sistemlər üçün istifadə edirlər. Halbuki meydança eyni anda sulanmalıdı. Dediklərinə görə, həmin başlıqdan tapa bilmirlər. Canlı yayın üçün şərait yox dərəcəsindədi. Yəni bir neçə kameranın müxtəlif yerlərdə quraşdırılması üçün şərait yoxdu. Yanğınsöndürən maşının gələcəyi ilə bağlı zəmanət vermədilər. Üstəgəl, işıqla bağlı ciddi risk var. Güclü külək əssə və işıqlar sönsə, stadion işıqsız qalacaq. Gördüklərimizdən sonra premyer-liqa qarşılaşmasının Tovuzda keçirilməsinin mümkünküz olduğunu anladıq”.
Maraqlıdı, Yevlaxda vəziyyət necədi? “Karvan”ın artıq neçə illərdi elitada çıxış etməməsindən sonra stadiondakı şərait əvvəlki kimi qalıb? Düzdü, bu illər ərzində istər birinci divizonda mübarizə apararkən “Karvan”, istərsə də “Kəpəz”in əvəzediciləri arenanın xidmətindən yararlanıb. Bəs premyer-liqa oyunu üçün şərait necədi? Samir bəy sualımıza ətraflı cavab verdi: “Bəli, Yevlaxdakı stadionda da qüsurlar var. Amma Tovuzdakı arena ilə müqayisədə yaxşı vəziyyətdədi. Əsas üstünlük örtüyün təbii olmasıdı. İkincisi, paltardəyişmə və duş otaqlarının durumu əlverişlidi. Müəyyən təmizlik işlərinə ehtiyac var idi ki, bu gün bizə həmin çatışmazlığın aradan qaldırıması ilə bağlı xəbər verdilər. Oyun günü daha bir dəfə təmizlik işləri aparılacaq. Azarkeşlərin, klub rəsmilərinin və jurnalistlərin əyləşməsi üçün oturacaqlar yaxşı vəziyyətdədi. Üstünlük verdiyimiz əsas məqam “CBC Sport” üçün lazımi şəraitin yaradılmasıdı. Canlı yayın üçün olan şərait əladı. Operatorlar və şərhçilər problem yaşamayacaq. Ümumi durum qənaətbəxşdi. Oyun gününə qədər kiçik nöqsanları da aradan qaldırmağa çalışacaqlar. Gəncənin icra başçısı Elmar Vəliyev Yevlaxdakı həmkarı Qoca Səmədovla əlaqə saxlayaraq, işləri nəzarətə götürməyi xahiş edib. Yevlaxın icra başçısı da öz növbəsində lazım olan tapşırıqları rayonun Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayevə verdi. Binyamin bəy bütün məsuliyyəti üzərinə götürərək bütün çatışmazlıqların aradan qaldırılacağı ilə bağlı bizə yazılı təminat məktubu verdi”.
Bizim üçün vacib məsələlərdən biri də jurnalistlərin rahatlığıdı. İstər oyunun gedişində reportaj hazırlamaq üçün gərək duyduğumuz masa, oturacaq, internet şəbəkəsi, istərsə də oyunsonrası mətbuat konfransında baş məşqçilərin dediklərini bilgisayarın yaddaşına köçürmək üçün yaradılmalı olan şərait. Yevlaxdakı vəziyyəti gözü ilə görmüş PFL rəsmisi bu baxımdan da problem olmayacağını əminliklə söylədi: “Açığı, media mənsubları üçün yer yox idi. Bunu nəzərə alıb sizin üçün 21 oturacaq və masanın lazım olduğunu diqqətlərinə çatdırdım. Hazırda bu yöndə iş gedir. Yəni əyləşmək, 90 dəqiqə başverənləri yaxından izləmək baxımından probleminiz olmayacaq. İnternet məsələsi birbaşa “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlunun nəzarətindədi. O bizə Gəncədəki stadiondan “Sazz” modemlərinin gətiriləcəyini və bununla da heç bir çətinliyin olmayacağını dedi”.
Və ən vacib məsələ - meydança. Yazının əvvəlində qeyd etdiyimiz kimi, Yevlaxdakı stadion artıq neçə illərdi premyer-liqa oyunlarına həsrət qalıb. Belə olduğu halda örtüyə xüsusi diqqətin göstərilməsi, qazonun xalça kimi olması inandırıcı deyil. Həmsöhbətimiz Samir Kərəmovun dedikləri ehtimalımızda yanılmadığımızı göstərdi: “Gəlin real danışaq. Rayon yeridi, neçə vaxtdı oyunlar keçirilmir. Belədə yüksək səviyyəli qazondan bəhs etmək yersiz olar. Bəli, meydança ilə bağlı müəyyən problemlər var. Düzdü, təbii ot bitir, amma arasında çayır da var. Hansısa stadionun örtüyü ilə müqayisə etsəm, ötən il Gəncədə gördüyünüz meydançaya bənzədərdim. Tam olmasa da, oxşar durumdu. Kompleks götürsək, Yevlaxdakı şəraiti normal adlandırmaq olar”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar