19 avq 16:41liqa

Əsasnamənin havadan asılı qalan müddəaları

Əsasnamənin havadan asılı qalan müddəaları
Şahgəldiyev: “Çempionatın sonunda imkan tapıb bombardirlərə mükafat təqdim edə bilmədik”
PFL rəhbərliyi hər mövsümdən əvvəl “Premyer-liqa və birinci divizion klubları üçün Azərbaycan çempionatının və ölkə kuboku uğrunda yarışların Əsasnaməsi”ni çap edərək, yarışlara qatılan klublara və futbol ictimaiyyətinə təqdim edir. Bu dəfə də istisna olmadı. Ramin Musayevin rəhbəri olduğu qurumun əməkdaşları maksimum çalışıblar ki, çempionat və ölkə kubokunun oyunlarının təşkili bağlı sənəddə bütün xırda detalları göstərsinlər ki, sonradan ortaya hansısa sual, polemika doğuracaq məqam çıxmasın. 14 maddədən ibarət Əsasnaməyə biz də nəzər yetirməyi lazım bildik. Orda göstərilən qaydalarala tanış olduqca ortaya müəyyən suallar çıxdı ki, aşağıda bir-bir onlara toxunacağıq.
Öncə “Yarışların keçirilmə şərtləri” maddəsinin 3.2 bəndində yazılanlar diqqətimizi cəlb etdi: “Premyer-liqada Pro və A dərəcəli məşqçilik lisenziyası olmayan məşqçiyə lisenziya verilmir. Birinci divizionda ən azı B dərəcəli məşqçilik lisenziyası olan baş məşqçiyə lisenziya verilir”.
Əsasnamədə açıq-aydın göstərlib ki, elita klubunda məşqçilər korpusuna daxil olan mütəxəssis minimum A kateqoriyasına yiyələnməldi. Ancaq bizdə olan bilgiyə görə, “Sumqayıt”ın baş məşqçisi Samir Abasovun köməkçilərindən biri olan Seymur Rəhimov bu yöndə axsayır. Daha dəqiq desək, Rəhimovun A-sı yoxdu. Bəs görəsən, belədə ona kim və hansı əsasla lisenziya verib? Aşağı dəstə təmsilçilərinin də bəzilərinin çalışdırıcılarının kateqoriyaları Əsasnamənin tələblərinə cavab vermir. Nə “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev, nə “Göyəzən”in çalışdırıcısı Elxan Muradov, nə də “Energetik”in “sükanı arxasında” olan Sahib Qocayev birinci dəstədə işləmək üçün tələb olunan B kateqoriyasına malik deyil. Göründüyü kimi, Əsasnamədə göstərilən tələblər aşağı dəstədə də pozulur.
Daha bir diqqəti çəkən tələb bilet satışı ilə bağlıdı. Elə həmin maddədnin 3.26 bəndində deyilir: “Premyer-liqa və birinci divizionda klublar bütün rəsmi və qeyri-rəsmi matçlarda bilet satışını keçirməli və satışdan əldə olunan məbləğin 4 faizini PFL-in hesabına köçürməlidi. Matçlarda biletlərin qiyməti klub tərəfindən müəyyən olunur”.
Daha bir yerinə yetirilməyən tələb. Artıq neçə ildi ki, bu bənd Əsasnamədə əksini tapır. Buna baxmayaraq, “Neftçi”dən başqa heç bir klub ev oyunları zamanı bilet satışını təşkil etmir. Belə çıxır ki, PFL-in qoyduğu bu tələb yalnız “ağ-qaralar” üçündü. Qalan 7 klub isə Əsasnaməni vecinə almır.
Yarışların yeri ilə bağlı maddədə isə belə bir bənd var: “Matçın başlamasına 60 dəqiqə qalmış meydançanın ot örtüyü sualanmalıdı (hava şəraiti nəzərə alınmaq şərti ilə). Sulanma müddəti 5 dəqiqədən artıq olmamalıdı. Tələb olunduqda oyunun başlamasına 20 dəqiqə qalmış yenidən ot örtüyünü sulanmasına icazə verilir (1 dəqiqədən çox olmamaqla)”. Bu tələb premyer-liqa oyunlarında, demək olar ki, yerinə yetirilmir. Dəfələrlə çempionat oyunları zamanı matçın başlamasına saniyələr qalmış örtüyün sulandığına şahidlik etmişik. Sulanma ilə bağlı reqlamentin pozulmasından isə danışmağa dəyməz. Oyunlara təyinat alan AFFA nümayəndələri bu məqama heç vaxt diqqət yetirmirlər.
Hakimlik və inspeksiya ilə bağlı maddənin 8.17 bəndində göstərilən tələb də tez-tez pozulan qaydalardan biridi: “Matçdan sonrakı mətbuat konfranslarında hər iki komandanın baş məşqçisi iştirak etməlidi: ilk olaraq qonaq komandanın baş məşqçisi, sonra isə ev sahibi komandanın baş məşqçisi iştirak edir (matç bitdikdən ən geci 15 dəqiqə ərzində baş məşqçi mətbuat konfransının keçiriləcəyi yerdə olmalıdı). Həmin mətbuat konfransında hakimlərin ünvanına bu və ya digər formada etiraz bildirmək qadağandı”. Premyer-liqa qarşılaşmalarından sonra təşkil olunan mətbut konfranslarına məşqçilərin hansı ardıcıllıqla gəlməsi Əsasnamədə açıq-aydın göstərilsə də, heç də həmişə bu gözlənilmir. O ki qaldı çalışdırcıların 15 dəqiqə ərzində jurnalsitlər önünə çıxmasına, bu tələb də çox vaxt kağız üzərində qalır. Hətta bəzən elə olur ki, baş məşqçilərdən oyunla bağlı qısa fikir öyrənmək üçün jurnalsit bir saata qədər gözləməli olur.
Əsasnamənin “Mükafatlandırma” maddəsinin 10.5-ci bəndi bombardirliklə bağlıdı. Çox maraqlıdı ki, ötən mövsüm üçün nəzərdə tutulan əsasnamədə də bombardirlərin mükafatlandırılnası ilə bağlı tələb olsa da, mövsümün sonunda buna əməl olunmadı: “Rəqib qapısına ən çox qol vuran futbolçuya xüsusi mükafat verilir. İki və ya daha artıq futbolçu eyni sayda qol vurduqda qalib aşağıdakı kimi müəyyən olunur: ən az oyun keçirən, ən az penaltidən yararlanan, ən çox qol ötürməsi edən”.
Bütün bu qeydlərlə bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevdən münasibət öyrənməyi lazım bildik: “Bəzi məşqçilərin tələb olunan kateqoriyaya malik olmadığı bizə də məlumdu. Bununla bağlı həmin klubların rəsmiləri ilə danışmışıq. Belə qərara alınıb ki, o məşqçilərə müəyyən vaxt verilsin. Həmin müddətdə lazımi kateqoriya alınmazsa, mütəxəssislərə lisenziya verilməyəcək. Baş məşqçilərin mətbuat konfransında iştirakı gəlincə, oyun başa çatdıqdan 15 dəqiqə sonra onlardan biri jurnalistlər qarşısına çıxmasa, AFFA nümayəndəsi bu işə müdaxilə edir. Onun da tələbi yerinə yetirilməsə, həmin çalışdırıcılara cərimə kəsilə bilər. Hansı komandanın baş məşqçisinin mətbuat konfransına birinci qatılması məsələsi qarşılıqlı razılıq əsasında həll oluna bilər. Biz sadəcə, məsafəni nəzərə alaraq Əsasnamədə qonaq baş məşqçinin birinci konfransa qatılmasını göstərmişik. Misal üçün Qəbələyə və ya Gəncəyə yollanan komandalar bəzən vaxt azlığını nəzərə alaraq, yola tez çıxmaq istəyirlər. Belədə əsasnamədə göstərilən tələb yerinə yetirilməlidi. Bombirdirin mükafatlandırlmasına gəlincə, bəli, ötən mövsümdə də bu nəzərə alınmışdı. Lakin çempionatın sonunda imkan tapıb bombardirlərə mükafat təqdim edə bilmədik. Həm Rauf ƏIiyev, həm də Filip Ozobiç ölkəni tərk etmişdi. Bu dəfə mükafat bir futbolçuya qismət olsun deyə, müəyyən əlavələr etməyə qərar verdik. Əvvəlki illərdə əlavələr yox idi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar