16 avq 23:29liqa

HAKİMLƏRİN MÜHAKİMƏSİ

HAKİMLƏRİN MÜHAKİMƏSİ
Xaqani Məmmədovun seçimi özünü doğrultdu
Əksəriyyət Topaz premyer-liqasının açılış turunda hakimliyin necə olacağını maraqla gözləyirdi. Axı, ədalət təmsilçiləri təlim-məşq toplanışı üçün ölkə xaricinə gedə bilməmiş, Qusardakı fiziki hazırlıqla kifayətlənmişdi. Təbii ki, belədə hakimlərin oyun təcrübəsindən əziyyət çəkəcəyi güman olunurdu. Çünki Qusarda bir oyun belə idarə etməmişdilər. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov vəziyyətdən çıxmaq üçün ilk turda FİFA referilərinə - hansı ki, fasilə dönəmində iki-üç beynəlxalq oyun idarə etmişdilər, eləcə də təcrübəli Fariz Yusifova təyinat vermişdi. İnsafən, ilk turun idarəçiliyi ürəkaçan oldu.

ƏLİYAR AĞAYEV, “Neftçi” – “Qarabağ”
Mövsümün açılış oyununa təyinat alan FİFA referisi ilk təəssüratları korlamadı. Tərəfsizliyini qoruyan Ağayev matçı yüksək səviyyədə idarə etdi. Ən əsası matçın tempinə xələl gətirmədi, hər iki komandaya oynamaq imkanı yaratdı. Təsadüfi deyil ki, Əliyar cəmi iki dəfə əlini cibinə saldı.

ÖMƏR PAŞAYEV, “İnter” – “Qəbələ”
Gənc referi işinin öhdəsindən gələ bildi. Düzdü, oyunun tempi elə də yüksək deyildi. Ancaq zaman-zaman artan hərarət Paşayevi düyünə salmadı. Verdiyi sarı vərəqələr yerində idi. Hə, bəlkə də bir az "Qəbələ"lilərə münasibətdə daha loyal davranırdı. Ancaq ümumilikdə ciddi səhvə yol vermədi. Mümkün qədər oyunun tempini aşağı salmamağa çalışırdı. Verdiyi penalti də doğru qərar idi. Elə laysmanın Deyv Bultuisin fərqləndiyi epizodda ofsayd qərarı verməsi də doğru addım idi. Təsadüfi deyil ki, baş məşqçilər nə oyunboyu, nə də qarşılaşmadan sonra idarəçiliklə bağlı giley-güzar etdi.

RƏHİM HƏSƏNOV, “Zirə” – “Səbail”
Rəhim Həsənov oyunun öhdəsindən gəldi. Qarşılaşmanın əvvəli sürətli alındığından FİFA referisinin işi daha çox oldu. Bununla belə, Həsənov epizodlara yaxın olmağa çalışır, fiziki cəhətdən "axsamırdı". Beynəlxalq dərəcəli referi artıq 8-ci dəqiqədə penalti təyin etməli oldu. Ancaq həmin epizoda görə ədalət təsmilçisini qınamaq düzgün olmaz. Maudo Jarjue Riçard Qadzeyə qarşı cərimə meydançası daxilində kobud oynamışdı. Qvineyalı müdafiəçi hakimə etiraz etsə də, komanda yoldaşlarından dəstək görmədiyindən FİFA referisinin haqlı qərarı ilə barışmalı oldu. Həsənov vərəqədən bacardıqca az istifadə etməyə çalışırdı. Düzdü, bəzən bu aşırı səviyyədə olurdu və "sarı"lıq epizodlarda belə futbolçular bağışlanırdı. Lakin hər qayda pozuntusuna görə əlini cibinə atmaması müsbət hal idi. Qeyd edək ki, beynəlxalq dərəcəli referi gərgin keçən matçda cəmi iki dəfə "sarı"ya ehtiyac duydu. O hər komandanın bir üzvünə rəsmi xəbərdarlıq etdi.

FARİZ YUSİFOV, “Sumqayıt” – “Kəpəz”
Təlim-məşq toplanışında iştirak etməyən Fariz Yusifov mübahisəli qərarlarla yadda qaldı. Düzdü, Cavid İmamverdiyevin fərqləndiyi epizodda qonaqlar “təhlükəli oyun” iddiasıyla hakimə etiraz etsə də, təcrübəli referi düzgün qərar qəbul etdi. İlk hissədə top cərimə meydanında Novruz Məmmədovun belinə dəydi, bu dəfə sumqayıtlılar əllə oyun istəyində olsa da, referinin fiti susdu. Videotəkrardan da göründü ki, Yusifov doğru qərar verib. Təcrübəli referinin əsas səhvləri qayda pozuntuları ilə bağlı oldu. Qonaqlar bir neçə epizodda çox kobuq oynasa da, referi nədənsə onlara sarı vərəqə göstərmədi. Əksinə, o, birmənalı şəkildə meydan sahiblərinə vərəqə göstərirdi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar