15 avq 12:05liqa, reportaj

Sumqayıt startda Gəncəni cəzalandırdı

Sumqayıt startda Gəncəni cəzalandırdı
4. Sumqayıt – Kəpəz (Gəncə) 2:1 (1:0)
1. Fərhad Vəliyev – 5,5
19. Azər Salahlı – 5,5
2. Rail Məlikov (k) – 5,0
14. Bəxtiyar Həsənalızadə - 5,0
18. Tural Axundov – 5,5
5. Vüqar Bəybalayev – 5,0
(6. Kamal Mirzəyev, 79) – qiymətsiz
97. Xəyal Nəcəfov – 5,0
(13. Bəhlul Mustafazadə, 90+1) – qiymətsiz
32. Rəşad Eyyubov – 5,5
7. Cavid Tağıyev – 5,5
(11. Ehtiram Şahverdiyev, 87) – qiymətsiz
9. Amil Yunanov – 5,5
10. Cavid İmamverdiyev – 6,0
Ehtiyat oyunçular
23. Mehdi Cənnətov
3. Vurğun Hüseynov
17. Fərid Kərimzadə
39. Tural Bayramlı
90. Ramil Həsənov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Cavid İmamverdiyev

1. Davud Kərimi – 5,0
13. Şəhriyar Rəhimov (k) – 5,0
3. Dedimar – 4,5
4. Şəhriyar Əliyev – 4,5
21. Novruz Məmmədov – 4,5
(15. Azad Kərimov, 74) – 4,5
11. Kamran Abdullazadə - 4,5
5. Kərim Diniyev – 4,5
7. Sergey Çernışev – 5,0
(10. Tural Rzayev, 77) – qiymətsiz
20. Samba Dialo – 4,5
9. İlkin Sadıqov – 4,0
8. Viktor Oseqeyl – 5,5
Ehtiyat oyunçular
22. Ruzi Qiyaslı
12. İlyas Səfərzadə
2. Yusif Cəfərov
6. Ceyhun Cavadov
16. Azər Məmmədov
Baş məşqçi: Şahin Diniyev
Komandanın ən yaxşısı: Viktor Oseqeyl
Qollar: C.İmamverdiyev, 16 (1:0, R.Eyyubov).
V.Oseqeyl, 52 (1:1). A.Yunanov, 74 (2:1).
Vərəqələr: V.Bəybalayev, 24 (qeyri-idman hərəkəti).
C.Tağıyev, 68 (qeyri-idman hərəkəti). B.Həsənalızadə,
83 (qeyri-idman hərəkəti). K.Mirzəyev, 90+2 (qeyri-
idman hərəkəti) – sarı.
Hakimlər: FARİZ YUSİFOV, Knyaz Əmiraslanov, Rahil
Ramazanov, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Xaqani Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Elbrus Abbasov (Ağdam).
13 avqust. Sumqayıt. “Kapital Bank Arena”. 1326
tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
İlk turun sonuncu oyununda Sumqayıtın eyniadlı
komandası “Kəpəz”i qonaq edirdi. Mövsümlərarası
fasilədə heyətini yetərincə gücləndirən meydan
sahiblərinin “doğma divarlar” arasında 3 xal
qazanacağını güman edənlərin sayı yetərincə çox idi.
İstər azarkeşlər, istərsə də media bu oyunun favoriti
kimi məhz “kimyaçılar”ı görürdü. Təsadüfi deyil ki,
onların baş məşqşisi Samir Abasov “sarı-göylər”lə
görüşə təzyiq altında çıxacağını və yetirmələrinin bu
üzdən “yana” biləcəyindən ehtiyatlandığını söyləmişdi.
Yeri gəlmişkən, ötən mövsüm “Kəpəz”in şərəfini
qoruyan Tural Axundovla Vüqar Bəybalayev yay
fasiləsində “gənclik şəhəri”nin təmsilçisiylə
anlaşmışdısa, Kamran Abdullazadə ilə Sergey
Çernışev əks marşrutla hərəkət etməklə yadda
qalmışdı. Adını çəkdiyimiz oyunçuların sabiq
komandalarına qarşı necə oynayacağı da azarkeşlər
tərəfindən maraqla gözlənilirdi.
Oyunöncəsi proqnozlar özünü doğrultdu. Şahin
Diniyevin yetirmələri ilk yarıda cəmi 5 dəqiqə meydan
sahibləri ilə başabaş mübarizə apara bildi. Bundan
sonra üstünlüyü ələ alan “kimyaçılar” meydanda
demək olar ki, şou göstərirdi. Samir bəyin yetirmələri
bir-birindən rəngarəng hücumlar qurur, “Kəpəz”in
qapısı önündə təhlükəli vəziyyətlər yaradırdılar. 16-cı
dəqiqədə “kimyaçılar”ın həmlələri, nəhayət, bəhrə
verdi. Eyyubovun cərimə meydançasına ötürməsini
İmamverdiyev müdafiəçini qabaqlayaraq bir toxunuşla
dəqiq tamamladı. Düzdü, qonaqlar həmin an Cavidin
təhlükəli oynadığı iddiası ilə hakimə etirazını bildirsə
də, baş hakim mərkəzi göstərdi. Qoldan 3 dəqiqə
sonra İmamverdiyev dubl etməyə yaxın oldu. O, Amilin
cərimə meydançasına ötürməsini havadaca qapıya
göndərdi. Ancaq top tirə dəyərək meydanı tərk etdi. İlk
yarının qalan dəqiqələrində də meydanda yalnız bir
komandanın ifasında hücumlar izləmək mümkün idi.
24-cü dəqiqədə Salahlı, 42-ci dəqiqədə İmamverdiyev
fərqlənmək üçün əla imkanı boşa verdilər. Buna qədər
isə Yunanov Davudu məyus edə bilərdi. Lakin
forvardın uzaq küncə zərbəsi az fərqlə dirəyin
yanından keçdi. Qonaqlar isə ilk 45 dəqiqədə yalnız bir
dəfə Fərhadın qoruduğu qapı önündə təhlükə yarada
bildi. 33-cü dəqiqədə Viktor hava mübarizəsindən qalib
ayrılıb topu başla qapıya göndərsə də, zərbəsi qeyri
dəqiq alındı. Ümumiyyətlə, birinci hissədə yalnız
Oseqeyl fəallığı ilə seçilirdi. “Sarı-göylər”in qalan
oyunçuları sanki ilk dəfə bir yerdə futbol oynayırdılar.
Diniyevin komandasında xətlərarası anlaşma sıfır
səviyyəsindəydi. Oyunsonrası mətbuat konfransında
Şahin bəy də bu məqamı etiraf etdi.
Ancaq fasilədə Diniyev yetirmələrinin nə dedisə, ikinci
yarıda meydana tam fərqli “Kəpəz” çıxdı. İlk
saniyələrdən rəqibə pressinq tətbiq edən qonaqlar
“kimyaçılar”ı qapısına doğru sıxışdırmağı bacardı.
Bunun da məntiqi nəticəsi kimi 52-ci dəqiqədə “sarı
göylər” Viktorla “status-kvo”nu bərpa etdi. Raillə
Bəxtiyarın anlaşmazlığından yararlanan qaradərili
forvard Vəliyevlə təkbətək çıxaraq soyuqqanlı şəkildə
topu tora qovuşdurdu. Buraxılan qol sumqayıtlıları
sanki şoka saldı. Abasovun komandası təxminən 10
dəqiqə özünə gələ bilmədi. Ardıcıl iki düzgün ötürmə
verə bilməyən meydan sahibləri meydanın mərkəzini
keçməkdə belə çətinlik çəkirdi. Ancaq qonaqlar
bundan yararlana bilmədi. Çox keçmədən “kimyaçılar”
oyunu bərabərləşdirməyi bacardı. Və ilk yarıda olduğu
kimi Kəriminin qoruduğu qapı önündə bir-birindən
təhlükəli vəziyyətlər yaşandı. 68-ci dəqiqədə
İmamverdiyev fərqlənmək üçün yüzfaizlik imkan
qazansa da, “çərçivə”yə düşə bilmədi. Cavidin bacara
bilmədiyini isə 74-cü dəqiqədə Amil etdi. Hücumun
sivri ucunda yer alan forvard geri qayıdan topu iti
bucaq altında başla tora qovuşdurdu. Matçın qalan
dəqiqlərində də meydanda diqtə edən tərəf “ağ-göylər”
idi. Onlar bir neçə dəfə real qol imkanı yaxalasa da,
tablodakı hesab dəyişmədi. Və “gənclik şəhəri”nin
təmsilçisi mövsümə qələbə ilə başladı.
RƏŞAD

Gözdən qaçmadı
• Sumqayıtlı azarkeşlərin böyük futbol üçün darıxması oyundan əvvəl arenada yaşanan ab-havadan məlum idi. Oyunun başlamasına təxminən yarımsaat qalmış tribunalarda yerini alan tərəfdarlar şən musiqinin sədaları altında sevimlilərinin şərəfini şüarlar səsləndirir, müxtəlif xoreoqrafik hərəkətlər edirdilər.
• Zədə səbəbindən əsas heyətdə meydana çıxa bilməyən Vurğun Hüseynov isinmə hərəkətləri zamanı azarkeşlər tərəfindən xüsusi alqışlandı.
• Hakimin start fitindən öncə azarkeşləri salamlayan “ağ-göylər” tribunalara yaxınlaşınca, fanatlar havaya klubun rənglərinə uyğun şarlar buraxdılar.
• 26-cı dəqiqədə Kamranın hücuma istənilən kimi dəstək vermədiyini görən Viktor əsəbləşərək ona iradını bildirdi.
• Ötən mövsüm olduğu kimi, yeni “futbolili”nin ilk turunda da əksər sumqayıtlı azarkeşlər tribunada yer olmadığından matçı ayaqüstə kənardan izləmək məcburiyyətində qaldı.
• PFL prezidenti Ramin Musayev, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov da matçı canlı izləmək üçün “Kapital Bank Arena”ya təşrif buyurmuşdu.
• 88-ci dəqiqə Azad Kərimovla Rail Məlikov arasında mübahisə yaşandı. Komanda yoldaşlarının müdaxiləsindən sonra tərəflər sakitləşdi.

Reaksiyalar
Şahin Diniyev: “Ən yaxşı oyunlardan biri oldu. Hər iki
komanda hücum futbolu sərgilədi. Komandam
empionata hələ tam hazır deyil. Xətlərarası əlaqə
istənilən səviyyədə deyil. İkinci hissə xoşuma gəldi.
Mərkəz müdafiəçilərinin axmaq səhvlərindən qollar
buraxdıq. "Sumqayıt" əks-hücumlarda daha çox qol
vəziyyəti yaratdı. Zaman keçdikcə çatışmazlıqları
aradan qaldıraraq, daha yaxşı futbol oynamağa
çalışacağıq. Komandamdan narazı qalmadım.
Futbolçularıma təşəkkür edirəm. Azarkeşlər
darıxmadılar”.
Samir Abasov: “İlk matçın belə təzyiq altında
keçəcəyini təsəvvür etmirdik. Getdiyimiz hər yerdə bu
oyundan danışırdılar. Oyuna pis başlamadıq. İkinci
hissənin əvvəllərində təşəbbüsü rəqibə verdik.
Səhvimizdən buraxdığımız qol bizə təsir etdi. Tezliklə
özümüzə gələrək, qol vurduq. Böyük hesabla da qalib
gələ bilərdik. Hücum potensialımız güclüdü. Bu gün
çox qol vura bilməsək də, yaxşı hücumlar qurduq.
Qapımızda qol gördüyümüz epizodda, sadəcə,
anlaşılmazlıq oldu. Təki səhvlər belə olsun. Bir var
mövqe səhvlərindən qol buraxasan, bir də var belə.
Vurğun Hüseynov bir gün əvvəl dizindən zədə aldığı
üçün oynaya bilmədi. Komandamız hələ oturuşmayıb.
20 yoldaşlıq görüşü ilə də bunu aradan götürmək
olmaz. Belə gərgin oyunlar olmalıdı ki, komanda oyun
planında artırsın. Xəyal Nəcəfova gəlincə, o bu gün
meydanda ən zəif idi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar