15 avq 11:54liqa

“Zirə” “Səbail”in debütünü korladı

“Zirə” “Səbail”in debütünü korladı
3. Zirə – Səbail 2:1 (2:1)
1. Anar Nəzirov (k) – 5,0
74. Yusif Nəbiyev – 5,0
23. Yovan Krneta – 5,5
5. Adil Nağıyev – 5,0
14. Qabriel Matey – 5,0
(39. Sadiq Quliyev, 38) – 4,5
4. Vüqar Mustafayev – 5,5
8. Milan Duriç – 6,0
28. Təmkin Xəlilzadə - 5,5
10. Orxan Əliyev – 5,0
9. David Manqa – 5,0
(11. Viktor İbokoyi, 59) – 5,0
43. Riçard Qadze – 5,5
(7. Kervens Belfor, 70) – 4,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
13. Aleksandr Şemonayev
17. Vüsal İsgəndərli
19. Elgün Nəbiyev
38. İlkin Muradov¬
98. Elçin Əliyev
99. Nicat Qurbanov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Milan Duriç

1. Emil Balayev – 4,0
23. Ayron Stati – 5,5
25. Eqdaras Zarskis - 4,5
99. Maudo Jarjue – 5,0
20. Elton Yaqublu (k) – 4,5
3. Tamazi Tsetsxladze – 4,5
11. Elman Taqayev – 5,0
(4. Amit Quluzadə, 70) – 4,5
66. Pərviz Qaraxanov – 4,5
8. Aqşin Muxtaroğlu – 4,5
(9. Raul Yaqubzadə, 80) – qiymətsiz
17. Vüqar Nadirov – 5,0
(7. Emin Mehdiyev, 64) – 4,5
10. Nurlan Novruzov – 4,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
2. Sahil Mirzəyev
5. Seymur Əsədov
13. Murad Musayev
26. Kamal Qurbanov
77. Təyyar Məmmədov
98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Komandanın ən yaxşısı: Ayron Stati
Qollar: M.Duriç, 3 (1:0). R.Qadze, 17 (2:0). V.Nadirov, 43 (2:1).
R.Qadze 9-cu dəqiqədə penaltidən yararlana bilməyib (dirək).
Vərəqələr: M.Jarjue, 8 (qeyri-idman hərəkəti). Y.Krneta, 87 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
13 avqust. Zirə. İdman Kompleksinin stadionu. 900 tamaşaçı (1400 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Təbii ki, favorit “Zirə” idi. Bu yay Avroliqada ölkəmizi təmsil edən qəsəbə təmsilçisi yeni mövsümə də uğurlu start vermək niyyətində idi. Bu baxımdan “Səbail”lə qarşılaşma “qartallar” üçün fürsət sayılmalıydı. Hər halda, Əliyevin komandası çempionatın iddialılarından yox, debütant idi. Hərçənd Əliyev elitaya qayıdışını qələbə ilə qeyd etmək arzusundaydı.
Start fiti səslənən kimi meydan sahibləri irəli atıldı. “Zirə” ilk dəqiqədəcə hesabı açmağa yaxın oldu. Qadzenin fərqlənməsinə Balayev imkan vermədi. Lakin matçda “atəşkəsin pozulmasını” çox gözləmək lazım gəlmədi. Təmkinin asmasından sonra Orxan topu başla qapıya yönəltdi. Lakin Ayrona dəyən top geri qayıtdı. Belə bir anda lazımi yerdə olan Duriç dəqiq zərbəylə “Zirə”nin yeni mövsümdəki ilk qolunu vurdu. “Səbail”in start həyəcanından “ayılmadığı”nı görən “Zirə” təzyiqi bir an olsun belə azaltmaq fikrində deyildi. Belə ki, “qartallar” 9-cu dəqiqədə penalti vurmaq imkanı qazandı. Riçardın qarşısını qaydalar çərçivəsində ala bilməyən Jarjue cərimə meydançası daxilində ona qarşı kobud oynadı. Ancaq zərərçəkən 11 metrlik məsafədən topu dirəyə vurdu. Davamında isə Manqa Balayev səddini keçə bilmədi. Buna qədər iki epizodda yaxşı təsir bağışlayan Emil 17-ci dəqiqədə əməyini yerə vurdu. O, oyuna daxil etmək istədiyi topu Qadzeyə ötürdü. Sonuncu isə bu “hədiyyəni” dəyərləndirib, komandasının üstünlüyünü bir qədər də möhkəmlətdi. Sanki Qadze bununla penalti epizodundakı günahını da yumuş oldu. Bundan sonra bir qədər fəallaşan və start həyəcanını üzərindən atmağı bacaran “Səbail” yavaş-yavaş oyunu bərabərləçdirdi. 21-ci dəqiqədə Vüqarın zərbəsindən sonra yolüstü müdafiəçiyə çarpan top cüzi fərqlə dirəyin yanından keçdi. 37-ci dəqiqədə isə Ayron yaxşı fürsət yaxaladı, zərbə də endirdi, lakin Nəzirov yerində idi. Bu dəqiqələrdə Matey zədələnərək oyunu davam etdirə bilmədi və yerini Sadiqə buraxdı. Nəhayət, ilk yarının sonlarında Əliyevin yetirmələri buraxılan qollardan birinin əvəzini çıxdı. Nadirov mükəmməl zərbə ilə “Səbail”in premyer-liqadakı ilk qolunun müəllifi oldu. Həmin epizodda Anar bir qədər irəli çıxmasaydı, bəlkə də topu qaytaracaqdı.
İkinci hissənin ilk 20 dəqiqəsində qapılar qarşısında ciddi təhlükə izləmədik. “Zirə” ilk yarının əvvəlində olduğundan fərqli görünürdü, komanda sanki təşəbbüsü bilə-bilə rəqibə vermişdi. Yalnız 65-ci dəqiqədə Təmkin Duriçə fərqlənmək imkanı yaratdı. Jarjuenin həlledici müdaxiləsi olmasaydı, Milanın dubl edəcəyi şübhə doğurmurdu. Duriç az sonra yenidən diqqət mərkəzinə düşdü. Serb yarımmüdafiəçi cərimə meydançasının həndəvərindən “çərçivə”ni nişan alsa da, zərbəsində dəqiqlik çatmadı. Bir müddət “Səbail” üstün görünsə də, “qartallar”ın əks-hücumları daha təhlükəli alınırdı. Əliyevin yetirmələri son anlarda soyuqqanlılıq nümayiş etdirə bilmir, yersiz top itkilərinə yol verirdi. Halbuki komandada istək aşkar hiss olunurdu. “Zirə”yə gəlincə, Abbasovun komandası sona yaxın bir neçə yaddaqalan vəziyyət yaratdı. Belfortun başla vuruşu dəqiq deyildisə, Duriç topu yandan vurdu. Uzatma dəqiqələrində isə Təmkinin qapıya paralel ötürməsindən sonra Orxan bir toxunuşla “mərmi”ni tora sanca bilərdi. O toxunuşu etsə də, biraddımlıqdan “çərçivə”yə düşə bilmədi. Beləliklə, “Zirə” “Səbail”in premyer-liqadakı debütünü korladı.
FARİZ

Reaksiyalar
Samir Əliyev: “Komandanı sıfırdan yığmışıq. Bu gün bir yerdə olmağımızın bir ayı tamam oldu. Avroliqada oynamış komandaya qarşı çıxış etdik. Qorxurduq ki, ilk 10-15 dəqiqədə qol buraxaq. Qorxduğumuz başımıza gəldi. Sonradan toparlanaraq, bir neçə qol vəziyyəti yaratsaq da, istifadə edə bilmədik. Müdafiədə boşluqların olması normaldı. Çünki yeni komandadı. Həm də müdafiədəki oyunçuların çoxunun 20-21 yaşı var. Hazırda heyətdə 25-26 futbolçu var. Düzdü, bir az aqressiv idim. Çalışacam gələn oyunlarda belə olmasın. Bu mövsüm əsas məqsədimiz elitada yerimizi qorumaqdı. Növbəti mövsümdən isə yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik. Bu il də mövsümün gedişindən asılı olaraq məqsədimiz dəyişə bilər”.
Ayxan Abasov: “Birinci oyun həmişə çətin keçir. Bugünkü oyuna da uşaqları buna uyğun hazırlamışdıq. “Səbail” yaxşı rəqibdi. Planlaşdırdığımız kimi, oyuna qolla başladıq. Rəqibin də fürsətləri oldu. Anar Nəzirov bu gün qapıda yaxşı oynadı. Bu oyundakı səhvlərimizi təhlil edib, təkrarlamamağa çalşacağıq. Komandanın müdafiə xəttinin zəif çıxışı məni narahat etdi. Futbolçularla bu haqda söhbət edəcəm. Onlara narazılığımı bildirmişəm. Penalti epizodunda Duriçlə Qadze arasında anlaşmazlıq oldu. Hücumçularda bu cəhətdən paxıllıq olur. Qadze penaltini özü qazanmışdı deyə, qol vurmaq istədi. Sonradan hərəkətinə görə üzr istədi. Bu oyunda qol da vurdu. Mateyin zədəsinə gəlincə, bir az dizində ağrı var idi. Risk etmək istəmədik. Vəziyyətinə sabah həkim müayinəsindən sonra tam aydınlıq gələcək”.

Gözdən qaçmadı
* Açılış turunun bütün oyunlarında olduğu kimu, Zirədəki qarşılaşmanın start fitindən öncə himn səsləndirildi, kapitanlar isə dövlət bayrağımızı qaldırdı.
* "Zirə" penalti qazanandan sonra maraqlı durum yaşandı. Riçard dərhal topu götürüb "nöqtə"yə yaxınlaşdı. Ayxan Abbasov isə işarə ilə 11 metrlik cərimə zərbəsini Duriçin yerinə yetirməsini istədi. Ancaq Qadze qazandığı penaltini inadla özü vurmaq fikrindən dönmədi. Lakin topu dirəyə vuran hücumçu baş məşqçidən kəskin irad da eşitdi. Çox keçmədən rəqib qapısına yol tapan Qadze ehtiyat oyunçular skamyasına qədər qaçaraq, Abbasovun könlünü aldı.
*Hava isti olduğundan hakim 25-ci dəqiqədə su fasiləsi elan etdi.
* İlk yarıda qara köynəkdə olan Samir Əliyev fasilədən sonra paltarının üzərindən qırmızı tərlik geydi. Buna səbəb onun yetirmələrinin də qara formada olması idi.
* Matçın sonlarına yaxın Vüqar Mustafayev topu Nurlan Novruzovdan alarkən kobud oynadı. Belədə sonuncu sabiq komanda yoldaşına etiraz etdi və qarşıdurma yaşandı. Lakin Samir Əliyev yetirməsini sakitləşdirməklə qalmaqalın böyüməsinə imkan vermədi. O əlinin işarəsi ilə coşan azarkeşləri də sakitləşdirdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar