15 avq 11:43liqa, reportaj

“İnter” döyüşdü, sevinən “Qəbələ” oldu

“İnter” döyüşdü, sevinən “Qəbələ” oldu
2. İnter (Bakı) – Qəbələ 1:2 (0:2)
1. Orxan Sadıqlı – 5,0
7. Mirsahib Abbasov – 5,0
(4. Slavik Alxasov, 62) – 5,0
27. Adrian Skarlatake – 4,5
3. Denis Silva (k) – 4,5
33. Tərlan Quliyev – 4,5
22. İlkin Qırtımov – 5,0
19. Mirhüseyn Seyidov – 5,5
20. Aqşin Quluzadə - 4,5
10. Elnur Abdullayev – 4,5
6. Samir Zərgərov – 4,5
(88. Məmməd Quliyev, 87) – qiymətsiz
9. Pərdis Fərcad-Azad – 5,0
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
2. S’rtan Taşkın
65. Cabir Əmirli
77. Oleq Hüseynov
66. Murad Qayalı
99. Ricat Qarayev
Baş məşqçi: Zaur Svanadze
Komandanın ən yaxşısı: Mirhüseyn Seyidov

22. Dmitri Bezotosnı – 6,0
21. Deyv Bultuis – 5,0
3. Voislav Stankoviç – 4,5
15. Vitali Vernidub – 5,0
18. İlqar Qurbanov – 5,5
8. Qismət Alıyev – 5,5
14. Cavid Hüseynov (k) – 5,0
(17. Roman Hüseynov, 90) – qiymətsiz
11. Asif Məmmədov – 5,0
19. Filip Ozobiç – 5,5
6. Elvin Məmmədov – 5,5
(4. Elvin Camalov, 81) – qiymətsiz
28. Stiven Jozef-Monroz – 4,5
(9. Baqali Dabo, 81) – qiymətsiz
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
5. Rasim Ramaldanov
12. Endi Hallidey
16. Dion Malone
34. Ürfan Abbasov
45. Famussa Kone
77. Fərid Nəbiyev
88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Dmitri Bezotosnı
Qollar: E.Məmmədov, 13 (0:1, İ.Qurbanov). F.Ozobiç, 23-p. (0:2). P.Fərcad-Azad, 71 (1:2, M.Seyidov).
Vərəqələr: M.Seyidov, 31 (qeyri-idman hərəkəti). S.Jozef-Monroz, 41 (qeyri-idman hərəkəti). E.Məmmədov, 61 (qeyri-idman hərəkəti). S.Zərgərov, 78 (qeyri-idman hərəkəti). F.Ozobiç, 90+2 (tələb olunan məsafəyə riayət etmədiyi üçün) – sarı.
Hakimlər: ÖMƏR PAŞAYEV, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
12 avqust. Bakı. “İnter Arena”. 500 tamaşaçı (5300 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.

Avroliqada mübarizəni dayandırıb, bütün diqqətini ölkə çempionatına yönəldən komandalar paytaxtda üz-üzə gəldi. Rauf Əliyevin qəfil gedişindən sonra vəziyyəti daha da ağırlaşan “İnter”in çempionluğa iddialı “Qəbələ”yə qarşı nə edəcəyi maraqla gözlənilirdi. Svanadzenin işini çətinləşdirən səbəblərdən biri də Nizami Hacıyevin zədə üzündən sıradan çıxmasıydı.
Sakit tempdə başlayan oyunun əvvəlində meydan sahibləri daha fəal idi. 6-cı dəqiqədə Seyidovun yaxın məsafədən qola sevinməsinə Bezotosnı imkan vermədi. 6 dəqiqə sonra Zərgərov qolkiperin qucağını nişan aldı. Cəmi 1 dəqiqə sonra qonaqlar hesabı açdı. Monroz – Qurbanov – Məmmədov kombinasiyasını sonuncu dəqiq tamamladı. “Status-kvo” dərhal bərpa oluna bilərdi. Ancaq Dmitri növbəti seyvlə Mirsahibi məyus etdi. 17-ci dəqiqədə Tərlanın asması zərbə effekti versə də, top “çərçivə”yə getmədi. 5 dəqiqə sonra Monrozun vuruşu baxımlı olduğu qədər qeyri-dəqiq idi. “Qəbələ”nin təzyiqi davam edirdi. Belədə fərqin artması təəccüblü olmadı. Monrozun ötürməsiylə cərimə meydançasına soxulan Ozobiç Skarlatake tərəfindən durduruldu. Hakim haqlı olaraq penalti təyin etdi. Zərərçəkən bu şansı qaçırmadı – 2:0. Sadıqlı zərbənin istiqamətini tapsa da, top əlinin altından tora qovuşdu. Az sonra Abdullayev Bezotosnı əngəlinə “ilişdi”. 34-cü dəqiqədə iki gözəl hərəkət “İnter Arena”da hamının alqışına səbəb oldu. Monrozun zərbəsi nə qədər gözəl idisə, Sadıqlının mükəmməl reaksiyası da bir o qədər möhtəşəm idi. 5 dəqiqə sonra Mirhüseynin cərimə zərbəsindən asmasını Pərdis başla tamamlasa da, bu vuruşu zərərsizləşdirmək Bezotosnı üçün çətin olmadı.
52-ci dəqiqədə Zərgərov yaxın məsafədən yenə qapıçını nişan aldı. 3 dəqiqə sonra Skarlatakenin “mərmi”si qeyri-dəqiq oldu. İkinci hissədə qonaqların ən real qol vəziyyətini Hüseynov boşa verdi. Bir neçə futbolçudan sıyrılan Cavid Orxanla dueldən məğlub ayrıldı.
71-ci dəqiqədə matça intriqa gəldi. Mirhüseynin cərimə zərbəsindən asmasını Pərdis başla qola çevirdi. Bu epizodda Stankoviç düzgün mövqe seçməmişdi. Bu qol “İnter”ə özünəgüvən qazandırdı. Bundan sonra meydan sahibləri hücumları sıralamağa başladı. 77-ci dəqiqədə Tərlan hesabı bərabərləşdirməyə yaxın oldu. Az sonra Qismətin cərimə zərbəsini Orxan kornerə çıxardı. Bultuis başla fərqlənsə də, oyundankənar vəziyyətdə idi. 87-ci dəqiqədə Alxasov hesabı bərabərləşdirməyə borclu idi. Cərimə meydançasında nəzarətsiz qalan Slavikin zərbəsi çox zəif alındığından İlqar təhlükəni sovuşdura bildi. Son dəqiqələrdə Elnur və İlkin qonaqları həyəcanlandırsa da, “Qəbələ” ilk turu itkisiz başa vurdu.
SƏRXAN

Gözdən qaçmadı
* İlk tur olduğundan kapitanlar “İnter Arena”da bayrağımızı himnimizin sədaları altında ucaltdı.
* Oyunu Stiven Jozef-Monrozun atasıyla oğlu da azarkeşlər arasından izləyirdi. Ruslan Qurbanov qızıyla arenaya təşrif buyurmuşdu. Nizami Hacıyev də həyəcanlı matçı izləyənlər arasında idi. 90 dəqiqə görüşü ayaqüstə seyr edən “İnter”in kapitanı son dəqiqələrdə futbolçulara göstərişlər verir, qaçırılan hər qol imkannına görə böyük təəssüf hissi keçirirdi.
* Hakim hər hissədə bir dəfə su fasiləsi elan etdi.
* Penaltini qazandıqdan sonra topu əlinə götürən Ozobiç ona yaxınlaşan Hüseynova zərbəni özü vuracağını qətiyyətlə bildirincə bu, kapitanın narazılığına səbəb oldu. Bu üzdən Filip fərqlənəndə digər komanda yoldaşlarından fərqli, ona doğru yox, mərkəz xəttinə tələsdi. Ancaq xorvat yarımmüdafiəçi Cavidə yaxınlaşıb könlünü ala bildi.
* 45-ci dəqiqədə Monrozun topa fitdən sonra zərbə endirib, “sarı” alması Qriqorçuku özündən çıxardı. O dərhal isinmə hərəkətləri edən Koneni yanına çağırsa da, meydana buraxmadı.
* “İnter” fərqi minimuma endirəndən sonra su fasiləsi elan olundu. “Qəbələ”nin baş məşqçisi mövqe səhvinə görə müdafiəçiləri qınasa da, Bultuis israrla iradları qəbul etmək istəmirdi.
* Final fitindən sonra Zaur Svanadzenin Elvin Məmmədovla bir neçə dəqiqə söhbət etməsi və rəqib futbolçuları bir-bir təbrik etməsi gözdən yayınmadı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:57 Boykotçular martın sonunda turnir təşkil edəcək Bu gün, 13:54 “Qarabağ”lılar bu dəfə “Yuventus”a ilişdi Bu gün, 13:24 Vüqar Nadirov “FC Baku”dan qovuldu Bu gün, 13:22 “Qızıl oğlan” 40 yaşını tamamladı Bu gün, 13:19 Zaqreb “Dinamo”sunun skautları Musa Qurbanlını izləyib Bu gün, 13:10 Mahir Şükürov Bakıda PSJ-nin məktəbini açmaq istəyir Bu gün, 13:04 “Turan Tovuz” baş məşqçi ilə yolları ayırır Bu gün, 12:57 “Heç kim bizə qara qəpik də verməyib” Bu gün, 12:52 “Keşlə” üçün çıxış yolu Bu gün, 12:49 Dmitri Kramarenko yığmada qaldı Bu gün, 12:46 "Sumqayıt-2" üç xalı 5, MOİK 4 qolla qazandı Bu gün, 12:44 Samir Abasov məşqçi karyerasında bir ilk yaşayacaq Bu gün, 12:19 1/8 finalın oyun günləri müəyyənləşdi Bu gün, 12:16 Türklər yığmamızı darmadağın etdi Bu gün, 12:12 Arzuman Rizvanov Çexiyanın yüksək liqasında Bu gün, 12:09 Susqun bombardirlər: 977 dəqiqəyə cəmi 1 qol Bu gün, 12:05 Dünya ulduzları Bakıya gəlir Bu gün, 12:02 "Səbail" 2400 manat cərimə ilə razı deyil Bu gün, 11:23 Yığma İspaniya ilə eyni qrupda 21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq Bütün xəbərlər
Ən çox oxunanlar