15 avq 11:09liqa

İlk turdan sonra: qol vurmayan qalmadı

İlk turdan sonra: qol vurmayan qalmadı
Mövsümün startından əvvəl “çempionata kim necə hazırlaşıb” sualı ətrafında aparılan mülahizələr nisbi anlam daşıyırdı. Ancaq indi təsəvvürümüz qüvvətlənib. İlk turdakı müşahidələrə əsasən fikir yürüdə bilərik. Bəlkə də erkən hökm çıxarmaqda yanılırıq, amma elə ilk turda bəlli oldu ki, iki komanda “fövqəlqüvvədi”, qalanı isə aşağı-yuxarı eyni səviyyədə. İddialılar – “Qarabağ”la “Qəbələ” sübut etdi ki, onlar üçün meydan amilinin rolu yoxdu. Açılış oyunları həm də yerli qapıçıların bərbad çıxışı ilə yadda qalsın. Qoy Səlahət Ağayevlə Emil Balayev özündən küssün, sentyabrın əvvəlində millinin keçirəcəyi oyunlarda Kamran Ağayevi əvəzləyəcək səviyyədə deyillər. Baxmayaraq ki, Kamran da “qeybə çəkilib”.
Keçək ilk turun nəticələrinə. “Qarabağ” “Neftçi” ilə oyunda həm nəticə qazanmaq, həm də gücünə qənaət etmək, zədələrdən qaçmaq istəyirdi. Demək olmaz ki, Qurban Qurbanov əsas heyətə istirahət vermişdi, ancaq komandanın bir neçə aparıcı üzvü ehtiyatdaydı. Bununla belə, Elxan Abdullayev və yetirmələri oyuna “məğlub çıxmışdı”. Baş məşqçinin məğlubiyyəti şərh edərkən “rəqib “Qarabağ” idi” bəhanəsinə başqa ad vermək olmur. Ən pisi odu ki, əzəli rəqibə aşkar uduzan “Neftçi” hətta evdə də çarəsizdi. Bakılılar ardıcıl 4-cü dəfə ağdamlılarla ev oyununu xalsız tərk etdi. “Ağ-qaralar” sonuncu dəfə 2015/16 mövsümünün ilk ev oyununda “Qarabağ”a qalib gəlib. Qeyd edək ki, 11 matçlıq sindromdan öncə “Neftçi” ardıcıl 3 dəfə ev oyununda rəqibinə qalib gəlmişdi. “Neftçi” – “Qarabağ” oyunu bir sıra ilklərlə əlamətdar oldu. Ağdamlılar ilk qol, ilk dubl və ilk avtoqolla diqqəti çəkdi. Mövsümün ilk qoluna Mahir Mədətov imza atdı. Gənc hücumçu həm də 2017/18 mövsümünün ilk dubl müəllifi oldu. İlk sarı vərəqə “Neftçi”də Barqasın adına yazıldısa, Rahid Əmirquliyev avtoqolla tarixə düşdü. Maraqlıdı ki, ötən çempionatda da ilk avtoqol tarixi derbinin iştirakçısı olan bu komandaların görüşündə vurulmuşdu. Sadəcə, onda "Qarabağ" meydan sahibi idi və "Neftçi"nin legioneri Filyo topu öz qapısından keçirmişdi. “Qarabağ”ın “Neftçi”nin qapısına vurduğu ilk qolda kobud səhvə yol verən Səlahət Ağayevin sabiq komandası “İnter” “Qəbələ” ilə bacarmadı. Hərçənd paytaxt təmsilçisi sona qədər döyüşdü. Roman Qriqorçuk üçün mövsümə qələbə ilə başlamaq hava-su kimi vacib idi. Avroliqadakı uğursuzluqdan sonra komandanı çempionatın startına kökləmək çətin idi. O başqa söhbətin mövzusudu ki, “qırmızı-qaralar” hələ də oyun planında axsayır, anlaşma istənilən səviyyədə deyil. Amma “Qarabağ”la çempionluq yarışına yalnız “Qəbələ” qoşula bilər.
Turun son oyun günündə iki görüş baş tutdu ki, “İnter Arena”da olduğu kimi, Zirədə və Sumqayıtda da 2:1 hesabı qeydə alındı. Fərq ondadı ki, bu dəfə meydan sahibləri 3 xala sevindi. “Zirə”nin ilk dəqiqələrdəki üstünlüyü “Səbail”in start həyəcanı ilə izah oluna bilər. Ancaq bütövlükdə Samir Əliyevin komandası heç də pis təsir bağışlamadı. Yəni debütanta aşkar autsayder gözü ilə baxmaq rəqiblərinə problem yarada bilər. “Sumqayıt” isə “Kəpəz”i əliboş yola saldı. “Gənclik şəhəri” təmsilçisi xüsusilə ilk yarıda sərgilədiyi oyunla avrokuboklar uğrunda mübarizə apara bilər. Samir Abasovun yetirmələrinin oyunun əvvəlində təşəbbüsü rəqibə vermələri isə anlaşılmaz qaldı. Gəncəlilərin hücum planında elə də çox sıxıntı yaşamayacağını proqnozlaşdırmaq olar, ancaq Tural Axundov və Renanın itkisi açıq-aşkar özünü göstərir. “Sumqayıt” qarşısında pərən-pərən düşən bu müdafiə “Qarabağ”, “Qəbələ” və “Zirə” ilə oyunlarda heç davam gətirməyəcək.
Topaz premyer-liqası
1-ci dövrə, 1-ci tur

11 avqust
Neftçi – Qarabağ 1:3
12 avqust
İnter – Qəbələ 1:2
13 avqust
Zirə - Səbail 2:1
Sumqayıt – Kəpəz 2:1
Növbəti turun oyunları: 19 avqust – Qarabağ – İnter, Səbail – Neftçi; 20 avqust – Kəpəz – Zirə, Qəbələ - Sumqayıt.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar