13 avq 14:36liqa

Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir

Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir
Yunis Hüseynov: “Bu ilin sürpriz komandası “Sumqayıt” olacaq”
Dünən “Neftçi” – “Qarabağ” matçı ilə yeni mövsümə start verildi. Artıq ikinci ildi premyer-liqada cəmi 8 komanda medallar uğrunda mübarizə aparır. Ötən il olduğu kimi, bu dəfə də çempionluğa əsas namizəd “Qəbələ” və “Qarabağ” göstərilir. Yerdə qalan 6 klub isə ən yaxşı halda avrokuboklara vəsiqə verən iki yer uğrunda 4 dövrə, 9 ay vuruşacaq. Bəz bu rəqəbətdə hansı klublar daha şanslıdı? Azarkeşlərin və idman mediasının fikrincə, qalan iki vəsiqəyə daha çox “Zirə”, “Neftçi” və “Sumqayıt” iddialıdı. Premyer-liqanın debütantı “Səbail”in cari mövsüm əsas məqsədi elitada yerini möhkəmləndirməkdisə, problemlər məngənəsində sıxılan “İnter” və yayda bir çox aparıcı futbolçusunu itirən “Kəpəz” ortabab statusu ilə çıxış edəcək.
Bəs görəsən, mütəxəssislər yeni mövsümdən nə gözləyir? Onlar şansları necə dəyərləndirir? Bu suallara cavab tapmaq üçün öncə “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Yunis Hüseynovu aradıq: “Komandalarla bağlı fikir bildirmək üçün ən azı onların 3-4 oyununu izləmək lazımdı. Avrokuboklardakı təmsilçilərimizi çıxmaq şərti ilə “Səbail”in, “Kəpəz”in, “Neftçi”nin və “Sumqayıt”ın nəyə qadir olduğunu bilmirik. “Zirə” ilə “İnter”i avrokuboklarda iş başında görsək də, bu onların səviyyəsini qiymətləndirmək üçün yetərli deyil. Ötən mövsüm olduğu kimi kağız üzərində yenə “Qarabağ”la “Qəbələ” çempionluğa ən real namizəddi. Bu komandalar mövsümlərarası fasilədə heyətini yetərincə gücləndirib. Avqustun sonuna kimi ağdamlılar daha bir neçə futbolçu ilə müqavilə bağlayacaqlar. Fikrimcə, bu ilin sürpriz komandası “Sumqayıt” olacaq”.
Millinin məşqçilər korpusuna daxil olan Mahmud Qurbanov da indidən proqnoz verməyin çətin olduğunu bildirdi: “Mövsümün əvvəlində kimlərin çempionluğa oynayacağını, kimlərin autsayderlər qrupunda yer alacağını söyləmək bir qədər çətindi. Düzdü, “Qarabağ” və “Qəbələ” hamıdan bir addım öndədi. Lakin futbol sürprizlərlə dolu bir idman növüdü. 2015/16 mövsümünü xatırlayaq. Kim deyərdi ki, “Çelsi”nin, Mançester təmsilçilərinin, “Arsenal”ın at oynatdığı İngiltərə premyer-liqasında “Lester” kimi ortabab komanda sonda çempionluğu bayram edəcək. Və yaxud ötən mövsüm Almaniya çempionatını yada salaq. “Leyptsiq” debüt ilindəcə bir çox nəhəngləri qabaqlayaraq gümüş medallara sahib çıxdı. Mənim əsas istəyim odu ki, yeni mövsüm maraqlı və gərgin oyunlarla yadda qalsın. İnanıram ki, 2017/18 “futbol ili” yeni futbolçuların üzə çıxması baxımından yaddaqalan olacaq”.
Arif Əsədov həmkarlarından fərqli sabiq komandası “Neftçi”nin də çempionluq uğrunda mübarizə apara biləcəyini dedi: “Öncə bütün futbolsevərləri yeni mövsümün startı münasibətiylə təbrik edirəm. Sonuncu dəfə çempionatda belə uzun fasilənin nə vaxt olduğunu unutmuşam. Həqiqətən də böyük futbol üçün darıxmışıq. Şanslara gəlincə, fikrimcə, son illərdə alışdığımız mənzərəyə şahidlik edəcəyik. “Qarabağ” və “Qəbələ” çempionluğa ən real namizəddi. Onlarla yalnız “Neftçi” qoşula bilər. Elxan Abdullayev son açıqlamalarında istədiyi komandanı formalaşdırdığını bildirib. “Sumqayıt” bu yay heyətini yetərincə gücləndirib. Böyük ehtimalla, onlar da avrokubokları hədəfləyiblər. Ümumiyyətlə, “Səbail”i çıxmaq şərti ilə yerdə qalan 5 klubun hamısının Avropa Liqasına vəsiqə qazanmaq şansı var. Premyer-liqanın debütüntı ilk mövsümdə elitanın ab-havasını duymalı, yerini bərkitməyə çalışmalıdı. Ondan artığını gözləməyə dəyməz. İnşallah, güclü olan qalib gələr”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı Bütün xəbərlər
Ən çox oxunanlar