13 avq 15:44liqa

Samir Əliyevin dönüşü “Səbail”ə debütdə nə qazandıracaq?

Samir Əliyevin dönüşü “Səbail”ə debütdə nə qazandıracaq?
Dünən bir oyunla start götürən Topaz premyer-liqasında ilk tura həftəsonu yekun vurulacaq. Bu gün bir, sabah isə iki matç keçiriləcək. Tamaşaçılar şənbə və bazar günləri stadiona getmədən də turun görüşlərini “CBC Sport” kanalı vasitəsilə canlı izləyə biləcəklər. Ancaq bu məqamın mövsümün açılış oyunlarına azarkeş marağını azaltmayacağına, yeni legionerlərlə güclənən komandaların boş tribunalar önündə oynamayacağına ümid edirik.

Topaz premyer-liqası
1-ci dövrə, 1-ci tur
12 avqust
2. İnter – Qəbələ
Hakimlər: ÖMƏR PAŞAYEV, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
“İnter”in bu rəqiblə ev oyunlarının balansı: 18:+9=5-4, 28-15.
2006/07 - 2:0; 2007/08 - 4:0; 2008/09 - 1:1; 2009/10 - 3:2, 4:1; 2010/11 - 0:0; 2011/12 - 1:1, 2:1; 2012/13 - 2:1, 1:0; 2013/14 - 0:1, 0:0; 2014/15 - 4:0, 1:2; 2015/16 - 2:1, 0:1; 2016/17 – 1:1, 0:2.
Cəzalı: yoxdu.
“Futbol+”in balansı: 30-35-35
Bakı. İnter Arena. Saat 20.00
Turun mərkəzi oyunu “İnter Arena”da baş tutacaq. Düzdü, dünən mövsümü açıq elan edən “Neftçi”ylə “Qarabağ”ın duelinə də maraq böyük idi. Ancaq "İnter" - "Qəbələ" matçı ən azı ona görə mərkəzi oyun sayılmalıdı ki, "İnter Arena"da son mövsümün gümüş və bürünc medalçıları qarşılaşacaq. Bəribaşdan qeyd edək ki, "Keşlə" adlanacaq paytaxt təmsilçisinin Mərdəkana - "Dalğa Arena"ya köçməsi gündəmdə olsa da, bu, arxa plana keçib və klub qarşıdakı mövsümdə də öz bazasında qalacaq. Bu mənada komandanın başının üzərini alan buludların nisbətən seyrəldiyini deyə bilmərik. Hərçənd "İnter"in və ötən çempionatımızın da bombardiri olan Rauf Əliyevin paytaxt təmsilçisindən ayrılmaq üzrə olması da qarışıq durumdan xəbər verir. Hücumçunun "Kukesi"yə keçmək üzrə olduğunu nəzərə alsaq, Zaur Svanadzenin ən azı qış transfer dövrünədək işi çətin olacaq. Yalnız həmin vaxt qadağanın müddəti bitəcək və "İnter" yeni futbolçular ala biləcək. “Qəbələ” ilə matç Zaur Axundov üçün də əlamətdar olacaq. Müşahidə Şurasının sədri rəhbəri olduğu klubun ilk çempionat oyununa şahidlik edəcək.
FİFA-nın məlum transfer qadağasyla bağlı heç bir yeni futbolçu almayan, əksinə, sıraları seyrələn "İnter"dən fərqli, "Qəbələ" yay transfer bazarında fəal olub. Baxmayaraq ki, ardıcıl iki mövsüm Avroliqanın bütün təsnifat mərhələrini uğurla dəf edən “Qəbələ” bu il eyni ssenarini təkrarlaya bilmədi. “Qırmızı-qaralar”ın beynəlxalq arenada hədəfinə çatmamasının səbəblərindən biri yeni gələnlərin komandaya uyğunlaşmamasıdı. Ötən mövsüm çempionata yaxşı start verən, qızıl medallara əsas namizəd göstərilən, buna baxmayaraq, finiş ərəfəsində tempi qoruya bilməyərək sonda “Qarabağ”a uduzan “Qəbələ” bu dəfə avrokuboklarla erkən vidalaşmasından yararlana bilər. Hər halda, qəbələlilər yalnız ölkədaxili yarışlara köklənəcək.
"Qəbələ" iki ildi bu rəqibə yenilmir. Başqa sözlə, bakılılar son 7 matçda qələbə qazana bilməyib. "İnter" son qələbəni 2015-ci ilin sentyabrında elə "İnter Arena"da qazanıb. Bununla belə, hər iki komanda yubiley qələbəsinə köklənib. Tərəflər indiyə qədər 36 dəfə qarşılaşıb ki, “İnter” 15-ci, “Qəbələ” 10-cu qələbənin astanasındadı.
13 avqust
3. Zirə – Səbail
Hakimlər: RƏHİM HƏSƏNOV, Akif Əmirəli, Nahid Əliyev, Ramil Diniyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: indiyə qədər görüşməyiblər.
“Futbol+”in proqnozu: 40-35-25
Zirə. İdman Kompleksinin stadionu. Saat 19.00
Ötən il “yaşı çatmadığına” görə avrokuboklara buraxılmayan, bu il arzusunu gerçəkləşdirən "Zirə" premyer-liqanın debütantı "Səbail"i qəbul edəcək. Ümumi götürsək, “qartallar”ın beynəlxalq arenadakı mübarizəsini normal dəyərləndirməliyik. İlk dəfə çıxış etdiyi yarışda ilk mərhələni iki qələbə ilə keçən Ayxan Abbasovun komandası əsas missiyanın öhdəsindən gəldi. Gedənlərin yeri lazımınca doldurulub. Bu mənada “Zirə”də hər şey qaydasındadı desək, yanılmarıq. Başqa sözlə, transfer bazarında fəal olan "Zirə" sabahkı matç ərəfəsində aşkar favoritdi və çempionata 3 xalla başlamaq şansı böyükdü.
Bu, eyni zamanda qonaqların baş məşqçisi Samir Əliyevin qayıdışı olacaq. 38 yaşlı mütəxəssis 2015/16 mövsümündə "Neftçi"nin baş məşqçisi kimi Topaz premyer-liqasında debüt edib. Bununla belə, gənc mütəxəssislər baş məşqçi kimi premyer-liqada ilk dəfə qarşılaşacaqlar.
4. Sumqayıt – Kəpəz
Hakimlər: FARİZ YUSİFOV, Knyaz Əmiraslanov, Rahil Ramazanov, İnqilab Məmmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 8:+5=2-1, 17-9.
2011/12 - 4:1, 2:0; 2012/13 - 2:1, 1:0; 2015/16 - 2:2, 2:3; 2016/17 – 1:1, 3:1.
Cəzalı: Nicat Muxtarov (Sumqayıt).
“Futbol+”in proqnozu: 35-35-30
Sumqayıt. Kapital Bank Arena. Saat 21.00

Tura Sumqayıtda yekun vurulacaq. Ötən mövsümü turnir cədvəlində qonşu kimi bitirən "Sumqayıt"la "Kəpəz" münasibətlərinə aydınlıq gətirəcəklər. Yay fasiləsində hər iki komandanın heyətində xeyli dəyişiklik olduğunu xüsusi qeyd etmək olar. Bu mənada Gəncə klubunin itkiləri daha böyükdü. “Kəpəz”in ötən mövsümdəki legionerlərindən heç biri qalası olmadı. Tadas Simaitis, Renan, Serjinyo, Jülyen Ebah və Dario Federiko, ümumiyyətlə, ölkəmizi tərk etdi. Düzdü, komanda üç yeni legionerlə gücləndi. Ola bilər, heyətə qatılan əcnəbilər – Samba Diallo, Ferreyra Dedimar və Laki Viktor premyer-liqada özünü yaxşı tərəfdən göstərsin. Bu ehtimalın həqiqətə nə qədər uyğun olduğunu sabah meydanda görə bilərik. Şahin Diniyevin komandası ötən mövümlə müqayisədə zəiflədiyini düşünənlərin yanıldığı elə ilk turda səfər qələbəsi ilə sübuta yetirə bilər.
Sumqayıt təmsilçisi isə qarşıdakı çempionata legionersiz başlayan yeganə komandadı. Bununla belə, ötən mövsüm avrokuboklara son vəsiqə uğrunda mübarizədə məğlub olan “gənclik şəhəri” təmsilçisi bu mövsümdə də eyni hədəf uğrunda döyüşəcək. Ən azı Samir Abasovun yetirmələrinin yenə də rəqiblər üçün “asan yem” olmayacaq. “Kimyaçılar” xeyli güclənib. Mövsüm bitər-bitməz transfer məsələsində fəallıq nümayiş etdirən klub bir sıra önəmli füqurları heyətinə qatmaqla daha bir üstünlük qazandı. Çünki artıq həmin futbolçular uzun müddətdi bir yerdədi. Odu ki, uyğunlaşma baxımından Abasovun yetirmələrinin ciddi problem yaşamayacağını deyə bilərik .
Onu da qeyd edək ki, mövsümlərarası fasilədə bu iki komandada oynamış futbolçulardan bir neçəsi əks düşərgəyə üz tutub. Baş məşqçi Samir Abasovun sərəncamında olmuş Sergey Çernışov və Seymur Əsədov məhz "Kəpəz"ə keçib və keçmiş komandasına qarşı oynayacaq. Gəncəlilər isə iki aparıcı simasını – kapitan Tural Axundovla Vüqar Bəybalayevi “Sumqayıt”a güzəştə gedib.
Statistikaya gəlincə, “Sumqayıt”la “Kəpəz” indiyə qədər 16 dəfə qarşılaşıb. Əvvəlki görüşlərdə komandalar eyni sayda qələbə qazanıb: +5=6-5. Ancaq gəncəlilər üçün Sumqayıt səfəri çox vaxt uğursuz olub. Diniyevin komandası 8 səfər oyununda yalnız bir dəfə qalib gəlib.
“Sumqayıt”ın açılış oyununa itkiylə çıxacağını da əlavə edək. Nicat Muxtarov ötən mövsümdən qalan cəzasını sabahkı oyunda çəkməli olacaq.
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Bu gün, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Bu gün, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Bu gün, 10:28 Koronavirus olmasaydı... Bu gün, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” Dünən, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır Dünən, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş Dünən, 10:58 AFFA-da qanvermə aksiyası Dünən, 10:57 Bakı UEFA-ya təminat verib Dünən, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar