10 avq 19:29liqa

“Qarabağ” və “Qəbələ” yenə çempionluq uğrunda mübarizə aparacaq

“Qarabağ” və “Qəbələ” yenə çempionluq uğrunda mübarizə aparacaq
Sabah ölkə çempionatının yeni mövsümü start götürür. Bu isə yeni mübarizənin, gərginliyin, əzəli rəqiblərin ölüm-qalım savaşının başlanğıcı deməkdi. Düzdü, indidən hansısa komandanın hədəfinə çatmağa daha yaxın göründüyünü proqnozlaşdırmaq, bir başqasının durumunün ürəkaçan olmadığını söyləmək olar. Ancaq marafonun gedişatı fərqli mənzərəni üzə çıxara bilər. Çünki yayda keçirilən yoldaşlıq oyunlarına, edilən transferlərə baxıb, konkret fikir ortaya qoymaq çətindi. Yoxlama matçları ilə rəmsi görüşlərinin eyni olmadığını dəfələrlə qeyd etmişik, şahidi olmuşuq. Eyni zamanda klubların yeni transferlərinin premyer-liqada özünü necə göstərəcəyi maraq doğurur. Bundan başqa, avrokuboklarda mübarizəni dayandıran, hədəfinə çatmayan klublar da artıq bütün fikrini ölkədaxili yarışlara yönəldib. Bir sözlə, ölkə futbolu ilə yaxından izləyənlər üçün sabah yeni həyəcan, olduqca maraqlı mübarizə başlayır.
“Futbol+” olaraq hər il mövsümün startından öncə premyer-liqada çıxış edəcək komandaların baş məşqçiləri ilə əlaqə saxlayıb, onlara 3 sual ünvanlayırıq. Ənənəni bu dəfə də davam etdirdik və həm oxşar, həm də fərqli cavablar aldıq. Çalışdırıclara ünvanladığımız suallar isə bunlar idi:
1. Komandanızı çempionata neçə faiz hazır sayırsız?
2. İstədiyiniz transferləri gerçəkləşdirə bildiniz?
3. Çempionatda hansı hədəf uğrunda mübarizə aparacaqsız?

Ancaq bir məqamı da qeyd edək. Belə ki, “İnter”in transfer qadağılası olduğundan transfer edə bilməzdi. Odu ki, paytaxt təmsilçisinin baş məşqçisi Zaur Svanadzeyə 2-ci sualı fərqli şəkildə ünvanlamalı olduq. Gürcü mütəxəssisdən “heyəti çempionat üçün yetərli sayırsız” sualına cavab aldıq. Beləliklə, baş məşqilərin fikirləri ilə tanış olun.

Şahin Diniyev, “Kəpəz”in baş məşqçisi
1. Komandamın tam hazır olmadığı birmənalıdı. Ancaq faizlərə də bölmək istəməzdim. Çünki faiz özü nisbi bir şeydi. Ümumiyyətlə, bütün dünyada belədi ki, çempionatın startı ərəfəsində komandalar tam hazır olmur. Yeni kollektiv formalaşdıranda isə bu daha da çətindi. Bizdə də təxminən 60-70 faiz komanda yenidən qurulub. Futbolçuların uyğunlaşması üçün vaxt lazımdı. Elə bu məqamın üzərində çalışırıq. Konkret olmasa da, 60-65 faiz çempionata hazır olduğumuzu deyə bilərəm.
2. Heç bir baş məşqçi aldığı futbolçularla, transferlərlə kifayətlənə bilməz. Ona görə ki, hər dəfə daha yaxşılarını istəyir. “Kəpəz”in büdcəsi o səviyyədə deyil ki, böyük transferlər etməyə gücümüz çatsın. Ancaq fikrimcə, büdcənin imkan verdiyi qədər uğurlu transferlər edə bilmişik.
3. Hədəf olmasa, istənilən mübarizə maraqsız olar. Bizim də hədəfimiz var. İlk “4-lüy”ə düşmək uğrunda mübarizə aparacağıq. Buna nə dərəcədə nail olacağımızı artıq zaman göstərəcək.

Qurban Qurbanov, “Qarabağ”ın baş məşqçisi
1. Faizlə demək düzgün olmaz. Ancaq belə deyə bilərəm ki, çempionata hazırıq. Oyunçuların durumunu, zədəliləri nəzərə alsaq, 70-80 faiz hazır olduğumuzu söyləyə bilərəm.
2. Tam yox.
3. Çempionatda maksimum nəticə üçün mübarizə aparacağıq. Həmişə olduğu kimi, hədəfimiz maksimum nəticədi.

Ayxan Abbasov, “Zirə”nin baş məşqçisi
1. Bu gün “tam hazırıq” desək, yalan olar. Çünki bilirsiz, çatışmazlıqlar var. Çempionatın gedişatında da bəzi boşluqlar görsənəcək. Təbii, bunun üzərində işləyəcəyik. Komanda heç vaxt 100 faiz hazır olmur. Ancaq ümumi götürsək, “Zirə” çempionatın startına hazırdı. Çalışacağıq ki, nə istədiyimizi futbolçulara çatdıraq və onlar da tələb olunanları meydanda göstərsinlər.
2. Məlum olduğu kimi, biz ötənilki komandanın “onurğasını” qoruyub saxlaya bildik. Hansı mövqelərdə boşqluqlar vardısa, ora transferlər etdik. Heyətə cəlb etdiyimiz yerlilər bizi qane edən oyunçular idi. Onları komandada görmək istəyirdik və transferlərini gerçəkləşdirdik. Legionerlərə gəlincə, onları da izləmişdik, bəyəndik və heyətə qatdıq. İnanırıq ki, qarşıdakı mövsümdə “Zirə” üçün faydalı olacaqlar. Etdiyimiz transferlər qənaətbəxşdi. Mövsümün gedişində özlərini yaxşı tərəfdən göstərəcəklərinə inanıram.
3. Çempionatdan öncə hansısa yeri tutacağımızla bağlı fikir söyləmək çətindi. Qarşımıza məqsəd qoymuşuq ki, “Zirə” komanda olaraq meydanda əzmkar xarakter göstərsin. Məğlub olmamaq, çalışıb hər oyunda qələbə qazanmaq əsas məqsədimizdi. Komanda olaraq qarşımıza bu məqsədi qoymuşuq. Çempionatın sonunda hamımız görəcəyik ki, hansı yerə layiq olduq. Ancaq bütün rəqiblərə qarşı maksimum şəkildə mübarizə aparacağımızı deməliyəm.

Roman Qriqorçuk, “Qəbələ”nin baş məşqçisi
1. Faizi açıqlamayacam. Yalnız onu deyə bilərəm ki, tam hazır deyilik. Bəzi komponentləri daha da yaxşılaşdırmaq lazımdı.
2. Bütün istədiyimiz oyunçuları aldığımızı deyə bilmərəm. Lakin transfer etdiklərimizdən tam razıyam.
3. Bizim qarşımızda həmişə konkret hədəf olub – hər oyun qalib gəlmək. Təbii, hər zaman çempionatın qalibi olmağı arzulamışıq. Bu dəfə də hədəf dəyişmir.

Samir Əliyev, “Səbail”in baş məşqçisi
1. Komandanın neçə faiz hazır olduğunu faizlə müəyyənləşdirmək olmur. Onu çempionat oyunları göstərəcək. Heç təxminən də neçə faiz hazır olduğumuzu deyə bilmərəm. Yalnız 3-4 turdan sonra konkret fikir səsləndirmək olar.
2. Komandaya götürülən futbolçuların hamısı istəyimlə alınıb. Düzdü, transfer məsələlərində köməkçilərimlə də məsləhətləşmişəm. Ancaq əsas söz mənim olub. Narazılığım yoxdu, büdcəyə uyğun transferlər etmişik. Ayağımızı yorğanımıza görə uzadıb, komandanı formalaşdırmışıq. Avqustun sonuna kimi 1 və ya 2 futbolçu da cəlb edə bilərik.
3. Hədəf premyer-liqada qalmaqdı. Bundan başqa, məqsədimiz yaxşı bir komanda formalaşdırmaqdı. Elə bir kollektiv olsun ki, rəqiblər üçün “asan yem” olmayaq.

Elxan Abdullayev, “Neftçi”nin baş məşqçisi
1. Hazırlığımız çox yaxşı keçdi. Ab-hava qaydasındadı. Heç bir baş məşqçi “komandam 100 faiz hazırdı” deyə bilməz. İş olan yerdə çatışmazlıqlar da olur. Ancaq onu deyə bilərəm ki, çempionata hazırıq.
2. Hər bir baş məşqçi istəyər ki, komandasında yaxşı futbolçular top qovsun. Həmçinin daha çox transfer edilsin. Bununla belə, etdiyimiz transferlərdən razıyam.
3. Məqsəd avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaqdı. Çempion olmaq hər bir komandanın arzusudu. Ancaq bu gün çətin görünür. Ona görə də hədəf kimi “4-lüy”ü seçmişik.

Samir Abasov, “Sumqayıt”ın baş məşqçisi
1. Çempionata 60 faiz hazırıq.
2. Bəli, istədiyimiz transferləri etdik. Hələ ki, kimisə almağı düşünmürük. Belə deyim, transfer məsələsi qapanıb.
3. Hədəfimiz ötən mövsümlə müqayisədə çıxışımızı daha da yaxşılaşdırmaqdı. Bacardığımız qədər irəli getmək üçün mübarizə aparacağıq. Əlbəttə, avrokuboklara düşməyi də istəyirik. Olmasa belə, bu, bizim üçün böyük bir faciə deyil. Avrokubokları sırf məqsəd kimi qarşısına qoyub oynayanlar var. Biz də çalışacağıq ora düşək. Ancaq dediyim kimi, hədəfimiz ötənilkindən dah ayaxşı çıxış etməkdi.

Zaur Svanadze, “İnter”in baş məşqçisi
1. İndidən bunu demək çətindi. Təxminən 80-90 faiz komanda hazırdı.
2. Transfer qadağası var. Bu bizim üçün problemdi. Ancaq heyəti də qoruya bilmədik. Səlahət Ağayevlə Abbas Hüseynov komandadan egtdi, Zurab Xizanişvili karyerasını bitirdi. Rauf Əliyev də gedir. Artıq qalan futbolçuları komandada saxlamağa çalışacağıq.
3. Bu haqda danışmaq çətindi. Hədəf “4-lüyə” düşməkdi. Ancaq bu olduqca çətin görünür.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Bu gün, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Bu gün, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Bu gün, 10:28 Koronavirus olmasaydı... Bu gün, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” Dünən, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır Dünən, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş Dünən, 10:58 AFFA-da qanvermə aksiyası Dünən, 10:57 Bakı UEFA-ya təminat verib Dünən, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar