10 avq 16:21liqa

Fasilə dövrünün mənzərəsi

Fasilə dövrünün mənzərəsi
“Zirə” “yay çempionu”, “Qarabağ” formal autsayderdi
Sabah daxili yarışlarda susqunluğa son qoyulacaq. Premyer-liqa klubları yeni mövsümə hazırdı. Düzdü, hələ kimin hazır olub-olmadığını dəqiq söyləmək olmaz. “Cücəni payızda sayarlar” deyimi indiki halda yerinə düşür. Belə ki, sentyabra qədər, yəni bir neçə tur arxada qalandan sonra artıq kimin nəyə qadir olduğu görünəcək. Bununla belə, mövsümlərarası fasilə dövrünə, komandaların toplanışının keyfiyyətinə, yoxlama oyunlarındakı nəticələrə, rəqiblərin kimliyinə görə müəyyən qənaətə gəlmək olar. Həmçinin, kim daha çox oyun keçirib, klublarımız bu yayda daha çox hansı ölkə təmsilçiləriylə gücünü sınamağa üstünlük verib? Bu sualların cavabını hazırlıq dövrünün dəyərləndirməsi ilə tanış olaraq öyrənəcəksiz.
“Qonşudan dala qalma” prinsipi
Bəribaşdan qeyd edək ki, 8 premyer-liqa təmsilçisinin hamısı hazırlığını ölkə xaricində keçdi ki, bu da son illərdə ilk dəfədi baş verir. Hətta maliyyə sıxıntısı yaşayan komandalar da xaricə üz tutdu. Təmsilçilərimiz 2 ölkədə toplanış keçdi ki, “Qarabağ”, “Qəbələ” və “Neftçi” Avstriyaya, “İnter”, “Zirə”, “Sumqayıt”, “Kəpəz” və elitanın debütantı olacaq “Səbail” qardaş ölkə Türkiyəyə üz tutmuşdu. Bir sözlə, hamı ona yaradılan şəraitdən maksimum yararlandı. Onu da qeyd edək ki, “Qəbələ” bu yay bütün yoxlama görüşlərini ölkə xaricində keçirən yeganə komandadı. “Ağ-qaralar” həm də ən çox (8 oyun) yoxlama matçı keçirən premyer-liqa təmsilçisidi. “Kəpəz”, “Sumqayıt”, “Neftçi” və “Səbail” 7, “Zirə” 6, “Qarabağ”la “İnter” isə 5 oyunda qüvvəsini sınayıb.
Coğrafiya genişləndi: 14 ölkə
Komandalarımızın hansı ölkəyə üz tutması növbəti mövsümə hazırlıq baxımından ciddi önəm daşımaya bilər, ancaq rəqib seçimi mütləq qeyd olunmalıdı. Ötən yay əksəri zəif, ölkəsinin aşağı liqa təmsilçiləriylə qarşılaşmağa üstünlük vermişdisə, bu dəfə nümunə xeyli ürəkaçandı. Məsələn, “Neftçi” Almaniya Bundesliqasının iddialıları “Şalke-04” və “Herta”yla, “Qarabağ” və “Qəbələ” “Axmat”a, həmçinin, ağdamlılar Moskva, qəbələlilər isə Kiyev “Dinamo”suyla, “İnter” və “Zirə” isə Rumıniya “Vitorul”u ilə gücünü sınadı. Sanballı komandaların sayı 15-dən çoxdu.
Ümumiyyətlə, premyer-liqa təmsilçiləri yay fasiləsi müddətində cəmi 52 yoxlama matçı keçirdi ki, bunun 30-u əcnəbilərlə oldu. Yeri gəlmişkən, bu baxımdan ötən iki mövsümlə müqayisədə məhsuldarlıq nəzərə çarpır. Belə ki, 2015-in yayında 48, ötən il isə 40 matç baş tutmuşdu.
Coğrafiyaya gəlincə, 30 oyundan 6-sı Türkiyə, 4-ü Səudiyyə Ərəbistanı, 9-u isə hərəsiylə 3 görüş olmaqla, Rusiya, Avstriya və Bolqarıstan ilə baş tutub. Ümumiyyətlə isə qarşılaşdığımız 28 komanda 14 ölkənin payına düşür. Təmsilçilərimiz rəqiblərdən üçüylə iki dəfə qarşılaşıb. Belə ki, “Axmat” və ÇSKA “Qarabağ”la “Qəbələ”nin, “Vitorul” isə “İnter”lə “Zirə”nin ortaq rəqibi olub.
Nəticələr ürəkaçan deyil: üçqat gerilik
Yoxlama oyunlarındakı nəticələr prinsipial sayılmasa da, ümumi balansı diqqətinizə çatdırmağı lazım bilirik. Balans xeyrimizə deyil. Belə ki, 30 oyundan cəmi 8-də qələbə qazanmış, 3-də heç-heçə edib 19-da uduzmuşuq. Bu da üç dəfədən də böyük üstünlük deməkdi. Halbuki ötən yay ümumi balans tərəfimizdəydi. Bu da qeyd etdiyimiz kimi, rəqib seçimiylə izah oluna bilər. Nəzər yetirsək, təmsilçilərimiz Kolumbiyanın, Səudiyyə Ərəbistanının və Avstriyanın “qaz” komandalarıyla görüşlərdə böyük üstünlük qazanıb, “torbalarını doldurub”.
Bizimkilər qarşılaşdığı 14 ölkə təmsilçisindən yalnız 5-ni ümumi balansda üstələyib.
Kolumbiya 2 2 0 0 9-0 6
Avstriya 3 2 0 1 15-1 6
Səudiyyə Ərəbistanı 4 2 0 2 6-6 6
Rumıniya 1 1 0 0 2-1 3
Hollandiya 1 1 0 0 1-0 3
BƏƏ 1 0 1 0 1-1 1
Oman 1 0 1 0 0-0 1
Türkiyə 6 0 1 5 3-12 1
Ukrayna 1 0 0 1 1-2 0
Rusiya 3 0 0 3 0-3 0
Özbəkistan 1 0 0 1 1-4 0
Danimarka 1 0 0 1 1-5 0
Almaniya 2 0 0 2 0-5 0
Bolqarıstan 3 0 0 3 2-9 0
Cəmi: 30 8 3 19 42-49 27
“Zirə” “yay çempionu”du
Yazının əvvəlində premyer-liqa təmsilçilərinin xaricdə məhz əcnəbi komandalarla oyunlarının nəticəsinə toxunduq, amma əslində, hazırlıq dönəmindəki matç sayı daha çoxdu. Hər halda, bəziləri bir-biriylə və digər yerli komandalarla da qarşılaşıb. Düzdü, “İnter”lə “Zirə” həm Azərbaycanda, həm də Türkiyədə güclərini sınayıblar. Təbii ki, ümumi nəticələrə əsasən yay fasiləsi dönəmində kimin daha güclü olduğunu deyə bilərik. Mövsümlərarası fasilənin ən güclüsü “Zirə”di. Qəsəbə təmsilçisi 6 oyun keçirib və bunların 4-də qələbə qazanaraq, 67 faizlik nəticə göstərib. Yeri gəlmişkən, hazırlıq çərçivəsində baş tutan oyunlarda məğlubiyyətsiz komanda yoxdu. Yoxlama oyunlarının nəticəsinə görə Avroliqada iştirak edən və 2-ci mərhələdə dayanan “İnter” 2-ci, “Kəpəz” isə 3-cüdü. Az sınaq matçı keçirməsinə rəğmən, bu boşluğu ÇL-dəki oyunlar hesabına sığortalayan “Qarabağ”ın ən pis nəticə göstərməsi də formal sayılmalıdı. Hər halda, hazırlığa Bakıda “Bakı” üzərində 9:0-lıq darmadağınla başlayan və sanki “zolaqlılar”ın ahına tuş gələrək, Avstriyada bütün görüşlərdə uduzan ağdamlılar beynəlxalq arenada üzləri güldürür. Qurban Qurbanovun yetirmələri ÇL-in pley-offuna yüksəlməklə tarixi uğura imza atıb, qalır qarşıdakı iki həftə ərzində daha bir ilki gerçəkləşdirmək.

Bütün yoxlama oyunları
Qarabağ – 5 oyun
Axmat (Rusiya) 0:1
ÇSKA (Bolqarıstan) 2:5
Dinamo (Rusiya) 0:1
Brondbü (Danimarka) 1:5
Bakı 9:2
Qəbələ - 8 oyun
Fulpmes (Avstriya) 8:0
Axmat (Rusiya) 0:1
Vakker (Avstriya) 0:1
ÇSKA (Bolqarıstan) 0:2
Ludoqorets (Bolqarıstan) 0:2
Qrodiq (Avstriya) 7:0
Dinamo (Ukrayna) 1:2
Utrext (Hollandiya) 1:0
İnter – 5 oyun
Kolumbe Sportive (Kolumbiya) 1:0
Viitorul (Rumıniya) 2:1
Zirə 0:2, 1:2
Binə 1:0

Zirə - 6 oyun
Kolumbe Lobo (Kolumbiya) 8:0
Vitorul (Rumıniya) 1:2
İnter 2:0, 2:1
Neftçi 0:1
Şüvəlan 4:0
Kəpəz – 7 oyun
Samsunspor (Türkiyə) 1:2
Elazığspor (Türkiyə) 0:0
Ankaragücü (Türkiyə) 0:2
Bakı 2:1
Neftçi 2:0
U-19 1:1
Şüvəlan 3:0
Sumqayıt – 7 oyun
Osmanlıspor (Türkiyə) 1:2
Əl-Fateh (Səudiyyə Ərəbistanı) 3:0
Adana Dəmirspor (Türkiyə) 1:2
Sivasspor (Türkiyə) 0:4
Əl-Tavon (Səudiyyə Ərəbistanı) 1:0
Sabail 1:0, 2:2
Neftçi – 7 oyun
Şalke-04 (Almaniya) 0:1
Əl-Əyn (Birləşmiş Ərəb Əmirlikləri) 1:1
Herta (Almaniya) 0:4
Kəpəz 0:2
Binə 1:0
Şüvəlan 2:0
Zirə 1:0
Səbail – 7 oyun
U-21 (Oman) 0:0
Əl-İttifaq (Səudiyyə Ərəbistanı) 1:4
Paxtakor (Özbəkistan) 1:4
Əl-Raed (Səudiyyə Ərəbistanı) 1:2
Sumqayıt 0:1, 2:2
Binə 2:0
1 2 3 4 5 6 7 8
Zirə 6 4 0 2 17-4 12 67
İnter 5 3 0 2 5-5 9 60
Kəpəz 7 3 2 2 9-6 11 52
Sumqayıt 7 3 1 3 9-10 10 48
Neftçi 7 3 1 3 5-8 10 48
Qəbələ 8 3 0 5 17-8 9 38
Səbail 7 1 2 4 7-13 5 24
Qarabağ 5 1 0 4 12-12 3 20
Cəmi: 52 21 6 25 81-66 69 44
Qeyd: 1 - komanda, 2 - oyun, 3 – qələbə, 4 - heç-heçə, 5 – məğlubiyyət, 6- top fərqi, 7 - xal, 8 - faiz.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar