09 avq 14:57liqa

Yeni mövsümün görünən mənzərəsi

Yeni mövsümün görünən mənzərəsi
“Qarabağ” bir addım öndə görünür
Ölkədaxili mübarizədə təxminən 100 günlük fasilə yaranmışdı. Avqustun 11-də isə 2017/18 mövsümü başlayır. Çempionat tarixi derbi - “Neftçi” – “Qarabağ” dueli ilə start götürəcək. Təəssüf ki, premyer-liqada ötən il olduğu kimi, yenə də 8 komanda iştirak edəcək. Bu mənzərə futbolun inkişafı ilə bağlı deyilənlərlə heç üst-üstə düşmür. Hər halda, ölkə futbolunu yaxından izləyənlər üçün yeni çempionat yeni həyəcan deməkdi. İndi hər kəsi düşündürən əsas sual da bəllidi: görəsən, qarşıdakı mövsümdə kimin hədəfi nə olacaq? Hansı komandalar çempionluğa oynayacaq? Kimlərin avrokuboklara vəsiqə qazanacağı real görünür? Bu mənada gerçəkləşən trasnferlərə, indiki duruma görə proqnoz yürütmək olar.
Qarabağ
Heç şübhəsiz, ardıcıl 4 dəfə çempion olan “Qarabağ” qızıl medallara əsas namizəddi. Ola bilər, hazırda “köhlən atlar”ı premyer-liqadan daha çox Çempionlar Liqasının qrupu düşündürsün. Çünki klub hazırda daha bir tarix yazmağın astanasındadı. Lakin qitənin ən nüfuzlu klub turnirinin pley-off oyunlarından sonra “köhlən atlar”ın taleyi bəlli olacaq. Belə ki, Qurban Qurbanovun komandasının ÇL-in, yoxsa Avroliqanın qrupunda çıxış edəcəyi bilinəcək. Bununla belə, ağdamlıların hədəfi yenə də çempionluqdu. Komanda ardıcıl 5-ci dəfə ölkədə ən güclü olmağa ən real namizəddi. Komanda ÇL-in qrupuna düşsə, motivasiya bir qədər də artacaq. Düzdü, iki, hətta kuboku da nəzərə alsaq, üç “cəbhə”də mübarizə aparmaq güc itkisi baxımından komandanın əleyhinə işləyə bilər. Ancaq unutmayaq ki, Qurbanovun əlinin altında geniş heyət var. Bəlkə də hazırki heyət bu gün ÇL-in pley-offu və ya qrupu üçün yetərli görünməsin. Lakin ölkə çempionatında mübarizə baxımından yetərlidi. Unutmayaq ki, Qurban bəyin sərəncamında oturuşmuş və güclü heyət var, yeni cəlb olunan əcnəbilərin səviyyəsi də qaneedicidi. Bir sözlə, “Qarabağ”ın çempionluq şansı yenə də olduqca yüksək görünür.
Qəbələ
Ardıcıl iki mövsüm Avroliqanın bütün təsnifat mərhələrini uğurla dəf edən “Qəbələ” bu il eyni ssenarini təkrarlaya bilmədi. “Qırmızı-qaralar”ın beynəlxalq arenada hədəfinə çamamasının səbəblərini ötən saylarımızda vurğulamışıq. Bunlardan ən əsası yeni gələnlərin komandaya uyğunlaşmaması, gedənlərin yerinin doldurulmamasıdı. Düzdü, say baxımından bəlkə də yola salınanlarla yenilər arasında uyğunluq var. Amma keyfiyyət baxımından eyni sözləri demək olmaz. Sözlərimizin təsdiqini “Panatinaikos”la oyunlar da göstərdi. Çempionatda da bu cür durumun yaşanıb-yaşanmayacağını zaman göstərəcək. Ötən mövsüm çempionata yaxşı start verən, qızıl medallara əsas namizəd göstərilən “Qəbələ” tempi qoruya bilmədi və sonda “Qarabağ”a uduzdu. Bu dəfə də avrokuboklardakı mübarizədən də göründüyü kimi, “qırmızı-qaralar” əsas rəqibindən bir addım geridədi. Doğrudu, qəbələlilər yalnız ölkədaxili yarışlara köklənəcək. Ancaq bu amil Roman Qriqorçukun komandasını “Qarabağ”la müqayisədə o qədər də önə çıxarmır. Belə deyək, “Qəbələ” çempionluğa oynayacaq, bu mənada elitanın iki komandasından biridi, gətirdiyi legionerlərin səviyyəsi də premyer-liqa üçün yetərlidi, komandanın avrokuboklara vəsiqə qazanacağı da şübhə doğurmur. Lakin qızıl medallar yolunda əsas rəqibindən şansı daha az görünür.
İnter
Son vaxtlar adı gündəmdən düşməyən “İnter”in taleyi hələ də qeyri-müəyyəndi. Komanda doğma meydandan uzaq düşüb, baş məşqçi və futbolçuların taleyi də sual altındadı. Elə Rauf Əliyevin paytaxt təmsilçisindən ayrılmaq üzrə olduğu da qarışıq durumdan xəbər verir. Əslində komanda Avroliqa ilə də uğursuz şəkildə vidalaşdı. Razıyıq, transfer qadağası və maliyyə sıxıntısı fonunda “göy-ağlar”ın 2-ci mərhələdə mübarizəni dayandırması o qədər də təəccüblü görünməməlidi. Bu komanda Kaxaber Tsxadadzenin vaxtında – hər şeyin qaydasında olduğu dönəmlərdə də bu mərhələdə dayanırdı. Lakin komandanın Lüksemburq təmsilçisi “Fola” tərəfindən, özü də darmadağınla mübarizədən kənarlaşdırılmasına heç cür haqq qazandırmaq olmaz. Qeyd etdiyimiz kimi, komandanın indiki durumu da ürəkaçan deyil. Hətta klubun adının dəyişdiriləcəyi də an məsələsidi. Bu baş verəndən sonra vəziyyətin düzələcəyini də heç kim deyə bilməz. Rauf Əliyev gedərsə, daha bir əsas heyət üzvünün yoxluğu komandaya zərbə olacaq. Bu baxımdan “İnter” üçün avrokuboklara vəsiqə uğur sayılacaq. Zaur Axundovun rəhbərlik etdiyi klubun bu problemlərdən tezliklə qurtulacağı və hər şeyin yoluna düşəcəyi bir qədər çətindi.
Zirə
Ötən il “yaşı çatmadığı” üçün avrokuboklara buraxılmayan “Zirə” bu il arzusunu gerçəkləşdirdi. Belə ki, qəsəbə təmsilçisi Avroliqada debüt etdi. Ümumilikdə “qartallar”ın beynəlxalq arenadakı mübarizəsini normal dəyərləndirməliyik. İlk dəfə çıxış etdiyi yarışda ilk mərhələni iki qələbə ilə keçən Ayxan Abbasovun komandası əsas missiyanın öhdəsindən gəldi. “Astra”ya məğlubiyyətdə önəmli məqamlardan biri təcrübəsizlik oldu. Lakin istər avrokubok matçlarında, istərsə də yoxlama oyunlarında komanda pis təsir bağışlamayıb. Gedənlərin yeri lazımınca doldurulub. Bu mənada “Zirə”də hər şey qaydasındadı desək, yanılmarıq. Lakin bütün bu sadalananlar o anlama gəlmir ki, “qartallar” çempionluğa namizədlər sırasındadı. Abbasovun yetirmələrinin əsas iddialılar - “Qarabağ” və “Qəbələ” ilə kəllə-kəlləyə gələcəyi inandırıcı görünmür. Ancaq zirəlilərin medallar uğrunda mübarizə aparacağı şübhə doğurmur. Böyük ehtimalla, qəsəbə təmsilçisi avrokuboklara vəsiqənin sahiblərindən biri olacaq.
Kəpəz
Ötən mövsümdən sonra heyəti ciddi dəyişikliklərə məruz qalan komandalardan biri də “Kəpəz” oldu. Əsas heyət üzvlərinin əksəriyyəti komandanı tərk etdi. Tural Axundov, Orxan Əliyev, Renan, Dario Federiko, Jülyen Ebah, Serjinyo... Düzdü, komanda 3 yeni legionerlə gücləndi. Həmçinin bir sıra yerli futbolçular cəlb olundu. Lakin komandanın ötənilki ilə müqayisədə zəiflədiyi birmənalıdı. Ola bilər, heyətə qatılan əcnəbilər premyer-liqada özünü yaxşı tərəfdən göstərsin. Ancaq bu ehtimalın həqiqətə nə qədər uyğun olduğu sual doğurur. Bəziləri Diniyev amilini qabardır, təcrübəli mütəxəssisin əzmkar komanda formalaşdırdığını iddia edir. Bununla belə, həmin əzmkarlıq “Kəpəz”i yalnız son pillələrdən qurtara bilər. Bir sözlə, gəncəlilərin avrokuboklara və ya medallara iddialı olacağı real görünmür.
Sumqayıt
Ötən mövsüm avrokuboklara son vəsiqə uğrunda mübarizədə məğlub olan “Sumqayıt” növbəti mövsümdə də bu hədəf uğrunda döyüşəcək. Aydın məsələdi ki, “gənclik şəhəri” təmsilçisi yenə də rəqiblər üçün “asan yem” olmayacaq. Samir Abasovun rəhbərliyi altında baxımlı oyun sərgiləyən, heç kimə asanlıqla təslim olmayan “kimyaçılar”ın eyni oyunu sərgiləyəcəyinə şübhə etməyə dəyməz. Maraqlıdı ki, ötən mövsüm başa çatar-çatmaz klub transfer məsələsində əl-qolunu çırmayıb, işə başladı. Bir sıra önəmli füqurları heyətinə qatan “Sumqayıt” bununla daha bir üstünlük qazandı. Çünki artıq həmin futbolçular uzun müddətdi bir yerdədi. Odu ki, uyğunlaşma baxımından Abasovun yetirmələri ciddi problem yaşamayacaq. Bəlkə də klubun məlum strategiyası olmasaydı, yəni legionerlərə yer verilsəydi, bu komandanın hansı pilləni tutacağı ilə bağlı nikbin proqnoz yürütmək olardı. Ancaq hazırkı durumda “kimyaçılar”ın avrokuboklara vəsiqə qazanması belə inandırıcı görünmür. Bununla belə, “Sumqayıt” “zirzəmi”də də olmayacaq.
Neftçi
Tarixinin ən pis dönəmini ötən mövsüm keçirən “Neftçi”yə inam elə də çox deyil. Əksəriyyət “ağ-qaralar”ın qarşıdakı mövsüm də uğursuz olacağını düşünür. Çoxları “struktur dəyişməsə, vəziyyət düzələn deyil” fikrindədi. Həmçinin heyətlə bağlı da bir sıra dəyişikliklər oldu. Bununla belə, Elxan Abdullayevin artıq öz istədiyi komandanı formalaşdırdığını, ötən ilin qışında cəlb olunanların uyğunlaşdığını nəzərə alsaq, “ağ-qaralar”ın 2016/17 mövsümündən daha yaxşı nəticə əldə edəcəyini söyləyə bilərik. Təbii, hədəf medalçılardan biri olmaqdı. Doğrudu, “Neftçi”nin “Qəbələ” və “Qarabağ”la çempionluq uğrunda başabaş mübarizə aparacağı real deyil. Lakin komanda avrokuboklara düşmək üçün savaşa bilər və böyük ehtimalla, “ağ-qaralar” 4 vəsiqədən birinin sahibi olacaq.
Səbail
Çoxları “Səbail”in sonuncu olacağını proqnozlaşdırır. Elitadakı debüt ilində paytaxt təmsilçisinin rəqiblərdən hansınısa qabaqlayacağı çətin məsələdi. Lakin bütün bunlar ehtimallardı. Çempionat uzun marafondu. Qışdakı toplanışdan, həmin vaxt reallaşacaq transferlərdən sonra da vəziyyət dəyişə bilər. Bir sözlə, elita ilə bağlı proqnozumuz yalnız mövcud duruma görə idi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar