30 dek 14:24liqa

“Komandada psixoloji durum qaydasına düşməlidi”

“Komandada psixoloji durum qaydasına düşməlidi”
Ayxan Abbasov görəcəyi işlərdən danışdı

Dünən “Zirə”nin baş məşqçi postunda Adil Şükürovu əvəzləyən Ayxan Abbasovla söhbətləşdik. O, yeni işindən, komandanın durumundan danışdı, bizi maraqlandıran başqa suallara cavab verdi.
- Bu postun sizə həvalə olunacağını gözləyirdiz?
- Doğrudan da gözlənilməz oldu. Bildiyiniz kimi, rəhbərliklə baş məşqçi arasında görüş baş tutub, son oyunlar müzakirə olunub, sonda belə bir qərar verilib. Adil müəllim akademiyada əlaqələndirici funksiyasını yerinə yetirəcək. Bu posta təyin olunacağımı gözləmirdim. Özünüz də bilirsiz ki, hər klub gənc məşqçilərə etibar etmir. Lakin bizdə belə deyil. Ötən il Adil müəllimə güvənildi və 2-ci yer pis nəticə olmadı. Bu dəfə isə belə qərar verildi.
- İlk dəfə premyer-liqada komanda çalışdıracaqsız. Necə düşünürsüz, sizin üçün çətin olmayacaq?
- Asan iş yoxdu. Futbol oynamağın da, məşqçiliyin də öz çətinliyi var. O çətinliyin öhdəsindən gəlmək lazımdı. “Zirə” pis komanda deyil, yaxşı futbolçulardan ibarət kollektiv var. Bəzi çatışmazlıqları aradan qaldırıb, çempionatın ikinci yarısına hazır olmalıyıq.
- Ötən mövsüm Şükürovun köməkçisi idizsə, bu il əvəzediciləri çalışdırmısız. Belə demək olarmı ki, ötənilki komandanı daha yaxşı tanıyırdız?
- Bizdə 5-6 məşqçi var və hamımız bir-birimizin işini görürük. Təbii, hər gün komanda ilə bir yerdə olmaq başqadı. Bu baxımdan ötənilki komandanı daha yaxşı tanıyırdım. Ancaq builki kollektivi də özümə yad saymıram. Ona görə ki, ötən mövsümdəki heyətdən 9-10 nəfər komandadadı. Onlarla “futbol ili”ni bir yerdə keçirmişik. Bəzi legionerlər yeni gəlib. Yerli futbolçuları isə onsuz da tanıyırıq. Bundan başqa, əsas komandanın hər oyununda olurdum. Məşqlərini görürdüm. Komanda gözümün qabağında olub. Odu ki, bu məsələdə problem görmürəm.
- Baş məşqçi postundakı dəyişikliyin səbəbi, heç şübhəsiz, komandanın nəticələridi...
- Yəqin ki, son oyunlardakı məğlubiyyətlər, kubokda mübarizəni dayandırmaq buna təsir etdi. Böyük ehtimalla, Adil müəllimlə rəhbərlik arasında görüşdə bu məqamlar müzakirə olunub və düşünülüb ki, dəyişiklik fayda verər. Lakin onu da qeyd etmək lazımdı ki, Adil müəllim klubdan göndərilməyib. İndi belə bir qərara gəldilər. Klubun sahibləri var və biz də işçilərik. Etibar ediblərsə, sağ olsunlar, biz də çalışmalıyıq ki, etimadı doğruldaq. Hə, nəticələrin dəyişikliyə səbəb olması fikri ilə razıyam.
- Baş məşqçi təyin olunandan sonra Şükürovla danışmısız?
- Qərar dünən (srağagün) verilib. İndi ofisə gedəcəm, qarşılaşacağıq, danışacağıq. Ümumiyyətlə, bu məsələdə problem yoxdu. Nəzərə alaq ki, bir klubda çalışacağıq. Ötən mövsüm də onunla birgə idik, nə lazımdısa, kömək etmişəm. Bu futboldu, belə anlar olur. Sırf Adil müəllimlə rəhbərliyin görüşündə özləri belə qərar veriblər. Onunla klub arasında böyük problem yoxdu. Bəlkə özü təklif edib. Mən həmin xırdalıqları bilmirəm. Hansısa çətinlik olanda baş məşqçi özü də hiss edir. Onları Adil müəllim daha yaxşı bilər. Bu çətin vəziyyətdən çıxmaq isə bir nəfərin işi deyil. Əl-ələ verib çətinliyi dəf etməliyik.
- Şükürovun klubda çalışması sizin üçün təzyiq deyil? Nəzər alaq ki, daha öncə başqa klublarda belə durumlar olub və sonluq heç də ürəkaçan alınmayıb.
- Qeyd etdiyiniz o fikirlə razıyam ki, başqa klublarda bunu görmüşük. Bu gün Adil müəllim əlaqələndiricidi və onun orda işi çoxdu. Əslində əvəzediciləri çalışdırmaqla yanaşı, həmin işi də mən icra edirdim. Bu iki il ərzində aşağı yaş qruplarında 250-yə yaxın uşaq futbol oynayır. Orda rəhbər lazım idi və klub ora belə birini axtarırdı. Adil müəllimin orda işi az olmayacaq. Hansısa təzyiq görmürəm. Böyük problem olmayacaq və bu yöndə narahat deyiləm. Futboldu, güvəniblər, nəticə lazımdı. Nəticə yaxşı olmasa, klub rəhbərliyi də nəsə fikirləşəcək.
- Hamı bu fikirdədi ki, “Zirə” ötənilki “Zirə” deyil. Komandada hansı problemləri görürsüz, hansı mövqeləri zəif sayırsız? Sizcə, ilk işiniz hansı çatışmazlığı aradan qaldırmaq olmalıdı?
- Belə deyim, ötən mövsüm “Zirə” elitaya birinci dəstədən yüksəlmişdi. Bəlkə də klublar bizi ciddiyə almadı. Bu mənim şəxsi fikrimdi. Amma razıyam ki, ötən il “Zirə” tam başqa idı. Hərənin öz fikri var. Məncə, ötən mövsüm premyer-liqadakı rəqiblər də daha güclü idi. Bu il ən başlıca problemlərdən biri “Zirə”nin çempionata bir qədər inamsız başlamasıdı. Komanda ilk turda uduzdu. Bundan başqa, yayda gedənlərin sayı çox oldu. Uyğunlaşma bir az gec getdi. Komandanın hücum xəttindəki problemi qeyd edərdim. Görürsən ki, uşaqlar oynayır, amma qol vura bilmir. Kollektivin potensialına inanıram, onları heç kimdən zəif saymıram. Təbii, “Qarabağ”la “Qəbələ” istisnadı, onlar bütün komandalardan seçilir. Ancaq başqa rəqiblərdən geri deyilik. Heyətə baxsaq, yığma üzvləri, iddialı klublardan gələnlər, gənc və perspektivli futbolçular var. Ötənilki “onurğa” qalıb. Sadəcə, ilk öncə inamsızlıq aradan qaldırılmalıdı, psixoloji durum qaydasına düşməlidi. Bu yöndə də işə başlayacağıq. Lakin böyük dəyişikliklər etmək fikrimiz yoxdu. Təbii, hər baş məşqçinin futbola baxışı fərqlidi. Bəzi işlər olacaq ki, sırf Adil müəllimin apardığı kimi getməyəcək. Bizim də baxıışımız başqa cür ola bilər. Bununla belə, əsas hədəf eynidi: bu durumdan çıxmaq və futbolçuları inandırmaq. Biz futbolçulara inanırıq. İnanmasaydıq, bu yükün altına girməzdik.
- Özünüz də qeyd etdiz ki, hücumda problem var. Əslində hər kəs Nelson Bonilyanın yerinin hələ də göründüyünü düşünür. Bu haqda nə deyə bilərsiz? Klubun qışda hücumçu transfer etmək planı var?
- Hər dəfə açıqlamamda demişəm, bir daha qeyd edim. Bonilya əla futbolçudu, hücumçu kimi keyfiyyətləri yüksəkdi. Forvarddan tələb olunan nədi? Qol vurmaq. Bonilya da bunu bacarırdı. O, “Zirə”yə gələndə ilk 2 dövrədə cəmi 3 dəfə fərqlənmişdi. Heç mətbuat da onun haqda yüksək fikirdə deyildi. Sıradan bir hücumçu kimiydi. Ancaq Nelson qış fasiləsində öz üzərində çox işlədi, hətta inanırdı ki, bombardir olacaq. Elə bir sistemdə oynayırdıq ki, həlledici vuruşu Bonilyaya gətirib çıxarırdıq. O da son nöqtəni qoymaq keyfiyyətinə malik idi. Ancaq həmin nəticələrdə başqa futbolçuların da böyük əməyi var idi. Nəzər alaq ki, ilk iki dövrədə bəzi futbolçular ondan çox qol vurmuşdu. Razıyam ki, Bonilyanın yeri doldurulmadı. Hər bir futbolçu komandadan ayrıla bilər. Lakin gedənin yeri doldurulmalıdı ki, yoxluğu hiss olunmasın. O yöndə bir az problem oldu. O ki qaldı hücumçu məsələsinə, hər kəs bu məqamı qabardır. Amma özünüz də bilirsiz ki, qış fasiləsində boş futbolçu tapmaq çətindi. Bununla belə, rəhbərlik həmin məsələdə bütün gücünü ortaya qoyub. Hücumçu problemini həll etmək istəyirik. Bununla belə, forvard lazımdı deyə, istənilən birini cəlb edə bilmərik. Sabah onun uğursuzluğu bizə ikiqat zərbə ola bilər. İstədiyimiz, axtardığımız hücumçunu tapsaq, təbii ki, həmin mövqedəki problemi aradan qaldırmağa çalışacağıq.
- Təyinatınız yenicə gerçəkləşib və bu üzdən detalların hamısını aydınlaşdırmaq bir qədər tezdi. Lakin bəzi məqamları bilmək istərdik. Qış təlim-məqş toplanışının harda keçiriləcəyi bəllidi? Heyətlə bağlı rəhbərliklə söhbətiniz olub?
- Düzdü, bütün detalları danışa bilməmişəm. Onu deyə bilərəm ki, yanvarın 4-də yığışacağıq. Həmin vaxta kimi bütün məsələlər konkretləşməlidi. Yəni bilinəcək ki, təlim-məşq toplanışı Bakıda, yoxsa xaricdə olacaq. Heyətə gəlincə, kimisə göndərmək fikrimiz yoxdu. Düzdü, artıq iki nəfər komandadan öz istəyi ilə ayrılıb. Cəmil Həsənov “Şəmkir”ə yollanıb və Yasin Həmid komandadan gedib. Hər bir futbolçu daim oynamaq istəyir. Hansısa az şans qazanan futbolçu gəlib desə ki, daha çox oynayacağım yerə gedirəm, təbii, yollar ayrılacaq. Lakin hazırda kiminləsə vidalaşmaq fikirmiz yoxdu. Ümumiyyətlə, bütün detalları, problemləri iki gün ərzində rəhbərliklə müzakirə edəcəyik.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar