07 avq 19:49liqa

“Kəpəz”in rəqibləri Tovuzda oynamağa qarşı deyil

“Kəpəz”in rəqibləri Tovuzda oynamağa qarşı deyil
Qriqorçuk: “Ümid edirəm ki, qazon futbolçularımızın zədələnməsinə səbəb olmayacaq”

Məlum olduğu kimi, Gəncə şəhər stadionunda hazırda təmir işləri gedir. Bu üzdən “Kəpəz” premyer-liqanın ilk dövrəsində ev oyunlarını “doğma divarlar” arasında keçirməyəcək. Təbii, bu ilk növbədə “sarı-göylər”in əleyhinədi. Çünki komanda Gəncədə olan qədər azarkeş dəstəyi hiss etməyəcək. Halbuki premyer-liqa iştirakçılarının hər biri Gəncə səfərindən söz düşən kimi çətin olacağını dönə-dönə vurğulayır, uğurlu nəticə qazanmağın asan başa gəlməyəcəyini öncədən dilə gətirir. Bundan başqa, Şahin Diniyevin yetirmələrinin xalların böyük qismini məhz doğma meydanda qazandığı da sirr deyil. Lakin görünən budu ki, yeni çempionatın ilk dövrəsində qərb təmsilçisinin işi bu baxımdan asan olmayacaq.
Qeyd edək ki, “Kəpəz” ilk dövrədə 4 ev oyunu keçirəcək. “Sarı-göylər” çempionatın 2-ci turunda “Zirə”, 4-cü turunda “İnter”, 6-cı turunda “Səbail” və 7-ci turunda “Qəbələ”ni qonaq edəcək. Ancaq Diniyevin komandası bu qarşılaşmalarda özü nominal meydan sahibi kimi çıxış edəcək. Həmin oyunların Gəncədə keçirilməyəcəyini artıq qeyd etdik. Düzdü, hələ məkan tam dəqiqləşməyib. Hətta “Kəpəz”in ilk dövrədəki ev oyunlarının səfər matçları ilə yerlərinin dəyişdirilmək variantı da var. Yəni komanda evdə oynamalı olduğu rəqibi ilə qarşı tərəfin meydanında üz-üzə gəlir, növbəti turlardakı həmin komandalarla səfər matçını isə “doğma divarlar” arasında keçirir. Lakin buna həmin 4 komandanın hansı cavabı verəcəyi, isti yanaşıb-yanaşmayacağı bilinmir. Ancaq bunun reallığa yaxın olduğunu da qeyd etməliyik. Necə ki, ötən mövsüm də məhz belə durum yaranmış, rəqiblər razılıq vermiş, bir sıra ev-səfər matçlarının yeri dəyişdirilmişdi.
Bundan başqa, hazırda iki variant da var. “Kəpəz”in ev oyunlarını Bakıdakı arenalardan birində keçirmək ehtimalı da istisna olunmur. Bu varianta “Dalğa Arena” daha çox uyğun gəlsə də, “İnter”in həmin stadionda “köç salması” qərb təmsilçisinin qarşısını aldı. Digər arenalar isə gəncəlilər üçün o qədər də münasib deyil. Hazırda ən real variantlardan biri Tovuz şəhər stadionudu. Ola bilər, Diniyevin yetirmələri 1-ci dövrədə 4 ev oyununu məhz həmin arenada keçirsin. Yeri gəlmişkən, Tovuz şəhər stadionunun ot örtüyünün süni olduğunu da qeyd edək. Ancaq sözügedən arenaya yeni qazonun salınması elə də uzaq keçmişdə baş verməyib. Bu üzdən örtük süni olsa da, təzədi və yaxşı vəziyyətdədi. Görəsən, ilk dövrədə Gəncə təsmilçisi ilə qarşılaşacaq 4 komandanın məşqçiləri bu haqda nə düşünür? Onlar “Kəpəz”lə səfər matçının Tovuzda keçirilməsindən narahatdı?
Zaur Svanadze (İnter): “Tovuz stadionunda olmuşam. Arenanın ot örtüyünün vəziyyəti çox yaxşıdı. Bərbad qazonda oynamaqdansa, Tovuzda oynamaq daha yaxşıdı. Şəxsən bizim üçün heç bir problem olmayacaq”.
Ayxan Abbasov (Zirə): “Bu haqda məlumatım var. Məncə, hər şey normaldı. Bizim üçün Gəncədə və ya Tovuzda oynamağın fərqi yoxdu. Bilirəm ki, Tovuzda da oynasaq, ora Gəncəyə yaxındı və gəncəli azarkeşlər stadionu dolduracaq. İnanıram ki, hər şey yaxşı olar. Tovuzdakı stadionda bizim komanda oynayıb. Bilirsiz ki, keçən il kubok oyununda “Zirə” “Turan Tovuz”la qarşılaşmışdı. Belə deyim, stadion komanda üçün yad deyil. Həmçinin meydança süni örtüklüdü. Ümumiyyətlə, bizim üçün bunun elə bir bir fərqi yoxdu”.
Roman Qriqorçuk (Qəbələ): “Siz mənim süni örtüklü stadionlara yanaşmamı çox yaxşı bilirsiz. Bu heç də yaxşı münasibət deyil. Məlum olduğu kimi, ev oyunlarımızı təbii örtüklü stadionda keçiririk və belə qazonda məşq edirik. Bizim üçün “Kəpəz”in ev oyunlarını harda keçirməsi önəmli deyil. Önəmli olan meydanın vəziyyətidi. Çempionatda, demək olar, bütün süni qazonlu stadionların durumu həddən artıq pisdi. Özünüz də dəfələrlə bunun şahidi olmusuz, futbolçularımızın zədələndiyini görmüsüz. Avropada bəzi klublar var ki, hətta avrokubok oyunlarını belə süni örtüklü stadionda keçirir. Amma həmin arenaların durumu bizdəkindən qat-qat yaxşıdı. Mən Tovuzda olmamışam, ümid edirəm ki, ordakı örtük pis deyil və bu futbolçularımızın zədələnməsinə səbəb olmayacaq”.
Yalnız premyer-liqanın debütantı “Səbail”in baş məqşçisi Samir Əliyev zənglərimizi cavabsız qoydu.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar