19 iy 16:11liqa

“Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı

“Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı
Samir Abasov komandasından razı qalıb

2017/18 mövsümünə hazırlaşan "Sumqayıt" Boluda ilk yoxlama matçına çıxıb. Samir Abasovun rəhbərlik etdiyi komanda dünən superliqa təmsilçisi "Osmanlıspor"la üz-üzə gəlib. Qarşılaşma Qızılcahamamda Bakı vaxtı ilə 19.00-da start götürüb. Qeyd edək ki, “kimyaçılar”ın rəqibi ötən mövsüm Avropa Liqasınının 1/16 final mərhələsinə kimi irəliləməyi bacarmışdı. Ankara təmsilçisi başa çatan “futbol ili”ndə isə çempionatı 13-cü pillədə başa vurub.
Abasov əsası 1978-ci ildə qoyulan, 2014-dən “Osmanlıspor” adı altında çxış etməyə başlayan rəqiblə görüşdə ilk dəqiqələrdən bu futbolçulara meydana çıxmaq şansı yaradıb: Fərhad Vəliyev, Vurğun Hüseynov, Bəxtiyar Həsənalıyev, Tural Axundov, Azər Salahlı, Xəyal Nəcəfov, Kamal Mirzəyev, Rəşad Eyubov, Cavid İmamverdiyev, Cavid Tağıyev, Amil Yunanov. Vətəndə keçirdiyi yoxlama matçlarında 4 müdafiəçiyə güvənən baş məşqçi Türkiyədəki ilk sınaq qarşılaşmasında da 4 müdafiəçinin xidmətindən yararlanmağı lazım bilib. Heyətdən də göründüyü kimi, sumqayıtlılar paytaxt təmsilçisi ilə matça 4-4-3 taktiki sxemi ilə çıxıb. Abasovun yetirmələri oyuna yaxşı başlayıb. Qarşılıqlı hücumlar şəraitində keçən ilk 10 dəqiqədə qapılar önündə real qol imkanı yaranmasa da, 15-ci dəqiqədə “ağ-göylər” hesabı açmağa müvəffəq olub. Amil Yunanov “Osmanlıspor”u meydanın mərkəzinə dəvət edib. Qoldan sonra da “kimyaçılar” hücumlarına ara verməyib. Ərazi üstünlüyünə yiyələnən Samir bəyin komandası bir neçə dəfə rəqib qapısı önündə yaddaqalan təhlükəli vəziyyətlər yaratmağı bacarıb. Lakin tablodakı hesab dəyişməyib. Əvəzində 32-ci dəqiqədə türklər “status-kvo”nu bərpa edib. 4 dəqiqə sonra isə superliqa təmsilçisi ikinci dəfə “ağ-göylər”i məyus edib. İlk yarının qalan dəqiqələrində “kimyaçılar”ın fərqlənmək üçün imkanları olsa da, Amil Yunanovla Cavid Tağıyev şanslarını boşa verməklə yadda qalıblar. Amilin zərbəsindən sonra top cüzi fərqlə tirin üstündən keçsə də, Cavid yaxın məsafədən topu tora vuşdurmağı bacarmayıb.
Fasilədən sonra hər iki komandanın çalışdırıcısı çoxsaylı əvəzetmələr etməklə ehtiyat oyunçular skamyasında yer alan bütün futbolçulara oynamaq imkanı yaradıb. İkinci yarıda Ankara klubu daha yaxşı təsir bağışlayıb. “Osmanlıspor” bir neçə dəfə qol vurmağa yaxın olsa da, qapıda inamlı oynayan Fərhad, bəzi epizodlarda isə müdafiəçilər rəqibin fərqlənməsinə imkan verməyib. Matçın sonuna 5 dəqiqə qalmış “kimyaçılar”ın bu yay rənglərinə bağladığı Ramil Həsənov komandasını məğlubiyyətdən xilas etməyə çox yaxın olub. Lakin ucaboy forvard qapıçı ilə üzbə-üz çıxsa da, topu tora qovuşdura bilməyib. Bu həm də türkiyəli hakimlər briqadasının idarə etdiyi qarşılaşmada qapılar önündə yaranan son təhlükəli vəziyyət olub. Bununla da “Sumqayıt” qardaş ölkədə keçirdiyi ilk yoxlama görüşündə məyus olub.
Oyundan sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abasovla əlaqə saxlayıb, komandasının oyununu dəyərləndirməsini istədik. Mütəxəssis bunları söylədi: “Açığı, komandamın oyunundan razı qaldım. İlk hissəni xüsusi qeyd edərdim. Ağır məşqlərin fonunda futbolçular çox sürətli oyun nümayiş etdirdilər. Onu da nəzərə almaq lazımdı ki, rəqib hansısa həvəskar kollektiv yox, superliqa klubu idi. “Osmanlıspor” ötən mövsüm çempionatda yüksək yerlər tutmasa da, Avroliqada yetərincə inamlı təsir bağışlayaraq, 1/16 finala yüksəlməyi bacarıb. Heyətində xeyli sayda səviyyəli legionerlər top qovur. Ancaq onu da bildirim ki, bizim uşaqlar onlardan heç də pis təsir bağışlamırdılar. Əksinə, oyunun müəyyən hissələrində onlardan daha üstün görünürdülər. Çox istərdik ki, ilk qarşılamada qalib gələk. Təəssüf ki, yaxşı oyunun fonunda uduzduq. İkinci yarıda toplanışda bizimlə birgə olan bütün futbolçulara meydana çıxmaq şansı yaratdığımdan oyun nizam-intizamı bir qədər zəiflədi. İndiki məqamda mənim üçün vacib olanı komandanı çempionatın startına kimi hazır vəziyyətə gətirməkdi. Ümid edirəm ki, qarşıdakı üç oyunda həm nəticə, həm də meydanda görəcəyim oyun məni məyus etməyəcək”.
“Kimyaçılar”ın baş meneceri Ceyhun Sultanov da meydanda gördüklərindən razı qaldığını vurğuladı: “İlk oyunda komanda uduzsa da, məncə, pis təsir bağışlamadı. Rəqibin superliqa təmsilçisi olmasına baxmayaraq, uşaqlar çox inamlı göründülər. Fikrimcə, gələcəyə ümidlə baxmaq olar. Hiss edirəm ki, oyundan-oyuna kollektiv daha da “artıracaq” və daha üst səviyyədə çıxış etməyi bacaracaq. Heyətdə yer alanlarda bu potensial var. Ən sevindirici məqam odu ki, bu yay düşərgəyə qoşulan yeni oyunçular komandaya uyğunlaşmaqla bağlı problem yaşamırlar. Yeni transferlər baş məşqçinin onlardan nə tələb etdiyini başa düşür, Abasovun tapşırıqlarını yerinə yetirməyə çalışırlar”.
Ötən mövsüm “ağ-göylər”in əsas heyət üzvlərindən biri olan Rail Məlikov “Səbail”lə oyunda olduğu kimi, bu dəfə də meydana fasilədən sonra çıxdı. Məlikov bizimlə söhbətdə həm bu məsələ, həm də Türkiyədəki ilk oyunla bağlı fikirlərini bölüşdü: “Ötən mövsüm komanda üç mərkəz müdafiəçi ilə oynadığından mən də əsas heyətdə meydana çıxırdım. Mövsümlərarası fasilədə keçirdiyimiz yoldaşlıq oyunlarda isə hələ ki baş məşqçi dördlü müdafiədən yararlanır. Bu üzdən mərkəzdə iki futbolçu oynamalıdı ki, belədə kimsə istər-istəməz ehtiyatqa qalmaq məcburiyyətindədi. Onu da qeyd edim ki, ötən yay da Samir müəllim test qarşılaşmlarında bu sistemdən istifadə edirdi. Ancaq sonradan fikrini dəyişərək 3 müdafiəçiyə üstünlük verdi. Meydana kimin çıxıb-çıxmamasından asılı olmayaraq, əsas olan komandanın uğurudu. Bu gün “Osmanlıspor”a 1:2 hesabıyla uduzsaq da, oyun planında rəqibdən heç də zəif təsir bağışlamadıq. Sadəcə, onlardan fərqli, biz bir neçə qol imkanından yararlana bilmədik. Qarşıda hələ yoxlama görüşləri var, ümid edirəm ki, həmin matçlarda qalib gəlməyi bacaracağıq. Çempionata gəlincə, indidən böyük vədlər vermək istəmirəm. Yalnız onu deyə bilərəm ki, növbəti mövsümdə azarkeşlər, futbol ictimaiyyəti ötən illərlə müqayisədə tam fərqli “Sumqayıt” görəcək”.
“Gənclik şəhəri” təmsilçisinin kapitanı Vurğun Hüseynov isə bunları söylədi: “Superliqa komandası ilə oyunda qalib gəlmək istəsək də, təəssüf ki, alınmadı. Çox danışmaq istəmirəm. Onu deyə bilərəm ki, Türkiyə toplanışı çox yüksək səviyyədə təşkil olunub. Məşq etmək, çempionata yaxşı hazırlaşmaq üçün Boluda hər cür şərait var. İnanıram ki, burda çəkdiyimiz zəhmət hədər getməyəcək və çempionat oyunlarında bunun qarşılığını görəcəyik”.
Xatırladaq ki, “Sumqayıt” növbəti yoxlama oyununu iyulun 20-də keçirəcək. Bu dəfə “kimyaçılar”ın rəqibi Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Fateh” olacaq.
Bu arada isə"Sumqayıt"ın rəsmi internet səhifəsində 2017/18 mövsümü üçün yeni transferlərdən hansı futbolçunun daha çox uğur qazanacağı ilə bağlı sorğu yerləşdirilmişdi. 211 azarkeşin iştirak etdiyi sorğuda 27 yaşlı Cavid İmamverdiyev 36,9 faiz səs toplamaqla hamını qabaqlayıb.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar