07 iy 05:19liqa

“Qəbələ” Kiyev “Dinamo”suna uduzdu

“Qəbələ” Kiyev “Dinamo”suna uduzdu
Elmar Baxşıyev əvəzedicilərin baş məşqçisi oldu

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” ikinci təlim-məşq toplanışı çərçivəsində 2-ci matçında Kiyev “Dinamo”su ilə qarşılaşıb. İyulun 4-də baş tutan qarşılaşmada baş məşqçi Roman Qriqorçuk aşağıdakı start heyətinə şans verib: Dmitri Bezotosnı, Voislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, İlqar Qurbanov, Cavid Hüseynov, Filip Ozobiç, Endi Hallidey, Araz Abdullayev, Xavyer Ernandes, Stiven Jozef-Monroz.
Oyunda ilk yaddaqalan vəziyyəti “qırmızı-qaralar” yaradıb. Monrozun 7-ci dəqiqədə uzaqdan güclü zərbəsi qapıdan aralı keçib. Ancaq hissə boyunca ukraynalılar ərazi üstünlüyünə sahib olub. 13-cü dəqiqədə müdafiəçilərin mövqe səhvindən sonra Dmitri Xlobas hesabı açıb. Rəqib qapısına qısa ötürmələrlə yaxınlaşmağa çalışan “Qəbələ” Hallidey və Abdullayevin zərbələri ilə fərqlənməyə çalışıb. Hissənin ortalarında Endi real imkan əldə etməyə yaxın olsa da, topa çatmayıb. Ukraynalılar da bir neçə dəfə Bezotosnını narahat edib. Qolkiper öncə Siqankovun, ardınca Qarmaşın zərbəsini qaytarmağı bacarıb. Monrozun 37-ci dəqiqədə qapı önünə ötürməsini tamamlayan olmayıbsa, 3 dəqiqə sonra Ernandesin zərbəsi dəqiq alınmayıb. Rəqibin heyətində fəal olan Siqankovun daha iki zərbəsi diqqəti çəkib.
Fasilədən sonra da oyun oxşar ssenari ilə davam edib. Oyunun gedişində Famussa Kone, Fərid Nəbiyev, Elvin Camalov, Qismət Alıyev, Aqil Məmmədov, Elvin Məmmədov, Asif Məmmədov və Rasim Ramaldanov da meydana çıxıb. Komandalar arasındakı səviyyə fərqi sözünü deyib. Aleksandr Xatskeviçin yetirmələri 55-ci dəqiqədə fərqi artırıb. Xlobas dublunu rəsmiləşdirib. Bu epizodda Bezotosnının çıxışda kobud səhvə yol verdiyini də qeyd etməliyik. Oyunda son nöqtəni 86-cı dəqiqədə Elvin Məmmədov qoyub. Yığma üzvü cərimə meydançası daxilində yaranmış qarışıqlıqdan maksimum istifadə edib. Beləliklə, “Qəbələ” Avstriyadakı 7-ci matçında “Dinamo”ya 1:2 hesabı ilə uduzub.
Roman Qriqorçuk: "Bu matçın baş tutmasına görə şadam. Bizim üçün "Dinamo" böyük komandadı. Ona həmişə belə yanaşacağıq. Bizdə yenilənmiş komandadı. Futbolçuları yığdıq, komandaya dəvət etdik. Belə baxanda, onarın imkanlarını hələ bilmirik. Bu matçda meydanda elə çox şey vardı ki, onları təhlil etmək çətindi. İntizamsızlıqdan danışmaq istəmirəm. Biz özümüzü "Dinamo"nun fonunda gördük. İndi başa düşürük ki, bizdə komanda yoxdu, onu yaratmaq üçün isə çox az vaxtımız var... Ukraynada gənc futbolçular var və olacaq. Böyük potensial görünür. Onların hamısı yaxşı keyfiyyətlərə malikdi. Bütün futbolçular sürətlidi və futbol intellektinə malikdi. Mən böyük potensial görürəm. Düşünmürəm ki, "Dinamo"dan kimsə bizə keçə bilər, mən bunu heç yaxına buraxmıram. Ancaq deyim ki, belə bir imkan olsaydı, biz buna şad olardıq. "Dinamo"nun istənilən futbolçusu bizə köməkçi olardı".
“Qəbələ”dən söz düşmüşkən, Elmar Baxşıyev əvəzedicilərdən ibarət komandanın baş məşqçisi təyin olunub. O, 2015-ci ildən köməkçi-məşqçi kimi çalışdığı bu komandaya rəhbərlik edəcək. Futbolçu kimi “Şəfa” (1997-99), “İnter” (1999-2007), “Xəzər Lənkəran” (2007/08) və “Neftçi”nin (2008-11) şərəfini qoruyan Baxşıyev karyerasını “Qəbələ”də (2012/13) bitirib. Yığmamızın sabiq üzvü futbolçu karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlayıb. Onun ilk iş yeri isə “Neftçi”nin U-19 komandası olub.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar