05 iy 14:41liqa

“Qarabağ”ın dərdi var, vaxtı yoxdu!

“Qarabağ”ın dərdi var, vaxtı yoxdu!
Çəlikəl: “İstəyirəm biləsiz, komandada hər şey qaydasındadı”

Avrokuboklara əla başlayan “İnter”lə “Zirə”yə gələn həftə daha iki təmsilçimiz qoşulacaq. Əslində daha uzağa gedəcəyinə ümid etdiyimiz və son illərdə bu missiyanı uğurla yetirən elə o iki komandadı - “Qarabağ”la “Qəbələ”. Avroliqanın qrupu artıq onlar üçün keçilmiş yoldu. Bu mənada “Qarabağ”ın hədəfi böyütmək üçün imkanları daha genişdi. Qurban Qurbanovun yetirmələri tarix yazmaq üçün Çempionlar Liqasında qrupa düşməlidi. Hər halda, futbol ictimaiyyəti ağdamlılardan bunu istəyir. Çempionumuz bir həftə sonra mübarizəyə start verəcək. Doğrudanmı komandamız qitənin ən nüfuzlu turnirində böyük hədəflər üçün hazırdı?
“Bu xına o xınadan deyil”
Təəssüf ki, nəticələr ümidlə danışmağa əsas vermir. Düzdü, yoxlama oyunlarında nəticə elə də vacib deyil. Bir qədər dərinə getsək, sınaqçı-rəqib kimi Rusiya, Bolqarıstan və Danimarkanın adlı-sanlı komandalarını seçmək alqışlanası addımdı. Avstriyada Rusiyanın “Axmat” və “Dinamo” klubları, Bolqarıstan ÇSKA-sı və Danimarka “Brondbü”sünü seçən “Qarabağ” üçün bu görüşlərin yaxşı təcrübə olduğunu deyə bilərik. İndi Qurbanovun xeyli “dərs” materialı var. Sırf nəticədən yapışsaq, “Qarabağ” əvvəlki illərdə də hazırlıq dövründə keçirdiyi sınaq matçlarında uduzub. Əvəzində rəsmi oyunlarda uğurlu çıxış edərək, azarkeşlərini sevindirib. Amma...
Bu dəfə “barıt bir qədər çox oldu”. ÇL-ə hazırlaşan komandanın bütün görüşlərdə məğlub olması, 3 oyunda cəmi 2 qol vurub 12-ni buraxması ciddi problemdən xəbər verir. Deyək ki, “Axmat”, ÇSKA və “Dinamo” ilə görüşlərdə komanda tam heyətlə oynamır, Qurban Qurbanov eksperimentlər edir, müxtəlif taktiki variantları sınayırdı. Bəs son qarşılaşma? Məsul yarışa bir həftə qalmış komandalar, adətən, yekun variant tətbiq edir, üstünlük verəcəyi taktika ilə oynamağa çalışır, formalaşdırdığı heyətlə nəticə qazana bilib-bilməyəcəyini yoxlayır. “Qarabağ” Bakıya dönməmişdən bir gün əvvəl 5 qol buraxaraq uduzursa, deməli, 17 günlük hazırlıq dönəmini boşa verib. Bəs komandanın boşalmasına səbəb nədi?
Hücum dərdi çəkirdik, müdafiə karvansara qapısına dönüb
Bilindiyi kimi, “Qarabağ” Zalsburqda iki legioner transferi həyata keçirib. Gün kimi aydındı ki, Reynaldonun qışda komandadan ayrılmasından və mövsümün sonunda Muarem Muaremin göndərilməsindən sonra hücum planında axsama var. Təsadüfi deyil ki, adi yoxlama oyunlarında belə komanda qol vura bilmir. Qeyd etdiyimiz kimi, 4 matçda cəmi 2 dəfə rəqib qapısına yol tapmaq mümkün olub. Bu baxımdan məhsuldarlığın aşağı düşməsi təəccüblü görünmür. Belədə transferlərin arxa xətt üçün hesablanması anlaşılan deyil. Ancaq komandasının dərdini hamıdan yaxşı bilən təcrübəli mütəxəssisin ilk növbədə qapıçı və müdafiəçi transferini reallaşdırması da qəbulolunandı. Rəşad Sadıqovun bu il, uzağı gələn mövsümün sonunda karyerasını bitirəcəyini, Bədavi Hüseynovun Avstriyadakı yoxlama matçlarında sıralanan səhvlərini nəzərə alsaq, “Legiya”nın kapitanı Yakob Rzejniçakın keçidi yönündə canfəşanlıq yerinə düşür. Ağdamlılar yaxın günlərdə polşalıyla münasibətlərini rəsmiləşdirəcək. Yeri gəlmişkən, mərkəz müdafiəçisi hələ dünən gecə Bakıya dönən “Qarabağ”la birgə deyil. Onun yaxın günlərdə ölkəmizə gələrək yeni komandası ilə münasibətləri rəsmiləşdirəcəyi gözlənilir. Bu məqamın özü də narahatlığa əsas verir. Yakobun bir həftədən də az müddətdə komandaya uyğunlaşması çətin olacaq.
Qurban Qurbanovun qısa zamanda hücum xəttinə də əlac tapması lazım gəlir. Bir neçə variantı nəzərdən keçirən təcrübəli mütəxəssis, böyük ehtimalla, seçimini “Gənclərbirliyi”nin hücumçusu Tokelo Rantienin üzərində saxlayacaq. Cənubi Afrika yığmasının üzvü ilə danışıqların yekunlaşmaq üzrə olduğu bildirilir. Rzejniçak kimi, 27 yaşlı forvardın da, böyük ehtimalla, bu həftə ölkəmizə təşrif buyuracağı gözlənilir.
Problem Almeydanın yoxluğudu?
Komanda bir futbolçudan asılı olmamalıdı. Görünən odu ki, “Qarabağ”ın “beynində” böyük “boşluq” yaranıb. O “boşluğ”un adı isə Almeydadı. Düzdü, Ağdam təmsilçisi çempionatda braziliyalısız da çıxış edib və belə uğursuzluqla üzləşməyib. Ancaq daxili yarış başqadı, beynəlxalq oyunlar başqa. Qurbanov premyer-liqada və kubokda mübarizəni ehtiyat qüvvə ilə qazana bilər. Ancaq sərəncamındakı gənclərin bir çoxu beynəlxalq oyunlar üçün “bişməyib”. Avrokubokda isə güclü fiqurların yoxluğu daha çox hiss olunur. İndiki mərhələdə yeni transferdən çox Riçardın sağalaraq, sıraya dönməsinə ehtiyac var. Növbəti mərhələ üçün isə nəsə fikirləşmək olar. Çünki cəmi bir həftə vaxt qalıb. Ola bilsin, Qurban Qurbanov da “Samtredia” səddini hazırki qüvvə ilə keçəcəyinə inanır və böyük transferləri 3-cü mərhələ üçün saxlayıb. İstənilən halda, rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Gürcüstan çempionu sıradan rəqib deyil. Üstəlik, “Samtredia” daha çox güclənib, transferlərini vaxtında reallaşdırıb. Digər tərəfdən, axı “Qarabağ”ın hədəfi yalnız 2-ci mərhələni adlamaq deyil. Qurban Qurbanov, nəhayət, ÇL-in qrupuna komanda çıxarmalı, ən azı qitənin ən nüfuzlu turnirində pley-off oynamalıdı. Ümid edirik ki, təlaşa düşməyimiz, Avstriyada keçirilən qarşılaşmaların nəticəsinə əsasən SOS verməyimiz əbəsmiş, “Qarabağ” qarşıdakı iki həftə ərzində azarkeşlərinin yanan ürəyinə su çiləyəcək.

Çəlikəl: “Narahat olmağa əsas yoxdu”
Təbii ki, komandanın durumu ilə bağlı ilk növbədə baş məşqçi Qurban Qurbanovun fikirlərini öyrənmək, onun hesabatını dinləmək yerinə düşərdi. Ancaq 4 oyunun heç birindən sonra klub saytına bircümləlik belə şərh verməyən, dünən yolda olan mütəxəssisin reaksiyasını öyrənmək (hələlik) mümkün olmadı. Belədə klubun direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq. O isə qısa açıqlama ilə azarkeşləri sakitləşdirdi: “İstəyirəm biləsiz ki, narahat olmağa heç bir əsas yoxdu. Komandada hər şey qaydasındadı. Düşünürəm ki, Qurban hocamız Bakıya qayıdandan sonra oyunlarla bağlı fikirlərini sizinlə bölüşəcək. Reallaşdırdığımız və buna yaxın olduğumuz transferlərlə bağlı da həmçinin. Qoy tərəfdarlarımız narahat olmasın. “Samtredia” zəif rəqib deyil. Gürcüstan çempionudusa, bu komandaya zəif gözüylə baxmaq olmaz. Rəqibə belə yanaşmamalıyıq. Zəif rəqib kimi baxsaq, bizə problem yarana bilər. Ona görə də tam gücümüzlə hazırlaşırıq. Həm məşqçilər korpusu, həm də rəhbərlik üzərinə düşən işi bilir və səylə çalışır. Hər şey plan üzrə gedir. Bir daha deyirəm, narahatlığa əsas yoxdu”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar