05 iy 14:26liqa

Samir Abasov mübarizəyədavamlı komanda formalaşdırmaq istəyir

Samir Abasov mübarizəyədavamlı komanda formalaşdırmaq istəyir
“Ötən mövsümdə yaşadıqlarımızdan dərs çıxarmağa çalışmışıq”

Təxminən ayyarımlıq istirahəti başa vurub növbəti mövsüm üçün hazırlığa başlayan “Sumqayıt” ötən bazar “Kapital Bank Arena”da ilk yoxlama görüşünü keçirdi. “Kimyaçılar”ın rəqibi elitanın debütantı “Səbail” idi. Ötən sayımızda 2:2 hesabı ilə bitən matçdan reportajı sizlərə təqdim etmişdik. Qısaca xatırladaq ki, qarşılaşma “sülh”lə yekunlaşsa da, meydan sahibləri rəqibdən daha üstün oyun sərgilməklə yadda qaldı. Ancaq yaradılan qol imkanlarını boşa verən Samir Abasovun yetirmələri oyunu izləyən sumqayıtlı azarkeşləri sevindirməyi bacarmadılar.
Matçdan sonra Samir bəyə yaxınlaşaraq fasilə dönəmində baş tutan ilk yoxlama oyunu ilə bağlı fikirlərini öyrənməklə yanaşı, bizi maraqlandıran başqa suallara da cavab tapmağa çalışdıq.
- Yenilənmiş “Sumqayıt” ilk oyunda azarkeşləri sevindirə bilmədi. Nədən razı, nədən narazı qaldız?
- Birinci yoxlama görüşləri həmişə çətin olur. Bu bir növ məşq xarakterli qarşılaşma idi. Özünüz də gördüz ki, düşərgədə olan bütün oyunçulara meydana çıxmaq şansı yaratdıq. Hətta əvəzedicilərdən də futbolçular dəvət etmişdik. İstəyirdik ki, hamını iş başında görək. Məncə, birinci test-qarşılaşma olmasna baxmayaraq, uşaqlar özlərini heç də pis göstərmədilər. Tədricən komandanın həm funksional hazırlığı, həm də başqa göstəricləri yaxşılaşacaq.
- Ötən mövsüm üç müdafiəçi ilə çıxış edən komanda “Səbail”lə görüşdə 4 müdafiəçinin xidmətindən yararlandı. Belə çıxır ki, rəhbərlik etdiyiniz komanda yeni mövsümdə taktikanı dəyişəcək.
- Hələ ki bütün variantları sınaqdan keçiririk. Yoldaşlıq matçlarının mahiyyəti də odu ki, yenilikləri sınaqdan keçirib, ortaya nəsə çıxarasan. Açığı, indidən yeni mövsümdə hansı sistemdən yararlanacağımızı söyləməkdə çətinlik çəkirəm. Bundan sonra Azərbaycanda iki, Türkiyədə isə dörd yoxlama görüşü keçirəcəyik. Həmin qarşılaşmalardan sonra dəqiq qərar verəcəm.
- Bu yay komandanıza təcrübəli futbolçular cəlb olundu. Yəqin ki, belə transferlərdən sonra “Sumqayıt”ın premyer-liqada hədəfləri də dəyişib?
- Məqsədimiz yeni “futbol ili”ndə daha yaxşı çıxış etmək, ötənilkindən daha yüksək pillələrdə qərarlaşmaqdı. Həyata keçirilən transferlər də buna hesablanıb. Belə deyək, ötən mövsümdə yaşadıqlarımızdan dərs çıxarmağa çalışmışıq. Xatırlayırsızsa, başa çatan çempionatda bəzən gənclərin təcrübəsizliyinə görə önəmli xallar itirdik. Bu yay bir qədər tez tərpənib, maraq dairəmizdə olan oyunçuları rənglərimizə bağlaya bildik. Məqsədimizə çatıb-çatmayacağımızı indidən deyə bilmərəm. Məşqlər və yoldaşlıq oyunları ilə bu sualı cavablamaq qeyri-mümkündü. İndiki durumda yalnız ehtimallar üzərində fikir bilirmək olar. Çempionatın ilk turlarında hər şey bəlli olacaq.
- Ötən illər heyətdə təcrübəsiz gənclər çoxluq təşkil etdiyindən rəhbərlik, azarkeşlər uğursuz nəticələrə görə sizi o qədər də “sıxmırdı”. Ancaq indi vəziyyət dəyişib. Təzyiq altında işləməkdən çəkinmirsiz?
- Hələ ki rəhbərliklə bu mövzuda söhbətimiz olmayıb. Yəqin ki, yaxın günlərdə görüşüb ətraflı söhbət edəcəyik. Ümumiyyətlə, rəhbərliyin nə deyəcəyindən, qarşımıza hansı hədəfi qoyacağından asılı olmayaraq, bir baş məşqçi kimi özüm keyfiyyətli, mübarizəyədavamlı kollektiv formalaşdırmaq, yuxarı pillələrdə qərarlaşa biləcək komanda yaratmaq istəyirəm.
- Baş məşqçi olaraq özünüz avrokuboklara vəsiqə haqda düşünürsüz?
- Məncə, çox çətin, hətta deyərdim, çox çətin olacaq. Gördüyümə və eşitdiklərimə əsasən onu deyə bilərəm ki, klublarımız ötən illə müqayisədə heyətini gücləndirmək üçün var qüvvə ilə çalışır. Premyer-liqada 8 komandanın iştirakı heç kimi aldatmasın. Qarşıda bizi çox gərgin rəqabət gözləyir.
- Əsas rəqiblərinizdən biri olan “Zirə” heyətə səviyyəli legionerlər cəlb edib. Bu sizi qorxutmur?
- Nəinki “Zirə”, elitada çıxış edən bütün komandalar əsas rəqiblərimizdi. Biz indi seçim edə, “o zəifdi, bu güclüdü” deyə bilmərik. Hamı deyirdi ki, “İnter” bu mövsüm zəifləyəcək, heyəti dağılacaq. Nə oldu? Zaur Svanadzenin yetirmələri Serbiyada mükəmməl futbol sərgilədi. Yenə deyirəm, məndə olan məlumata görə, heç bir klub əlini yanına salmayıb, bekar dayanmayıb. Hamı qarşıdakı mövsümə ciddi hazırlaşır və bu yöndə fəaliyyətlərini davam etdirirlər.
- Heyətə yeni qoşulanlardan bu gün kimlərin oyunundan razı, kimlərdən narazı qaldız?
- İlk oyun üçün heç kimi fərqləndirmək düzgün deyil. Hamı ağır fiziki məşqlərdən sonra yorğunluq fonunda və isti havada səhvsiz oynamağa çalışdı. Özüm də vaxtilə futbol oynadığımdan, hazırlığın bu mərhələsində oyunçunun özünü necə hiss etdiyini yaxşı başa düşürəm. Gəlin, birinci matçdan, məşq xarakterli oyundan sonra kimlər haqdasa mənfi, müsbət fikir səsləndirməyək. Bunun üçün yetərincə vaxtımız olacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar