26 dek 17:18liqa, manset

Kərim Diniyev “Kəpəz”in çıxışını normal sayır

Kərim Diniyev “Kəpəz”in çıxışını normal sayır
“Doğma şəhərə qonaq qismində getmək istəməzdik”

Çempionatın ilk yarısında qeyri-sabit çıxış edən komandalardan biri də “Kəpəz”di. Şahin Diniyevin yetirmələri geridə qalan 14 turda 15 xal toplayıb. Bu nəticə ilə “sarı-göylər” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Halbuki ötən mövsüm Gəncə təmsilçisi fasiləyə 5-ci kimi yollanmışdı. “Kəpəz” artıq kubokda da mübarizəni dayandırıb. Gəncəlilər 1/4 finalda “İnter” səddinə ilişdi (0:2, 0:0). Onu da qeyd edək ki, “sarı-göylər”qış fasiləsində ölkəni tərk etməyəcək. Onlar hazırlıq prosesini Bakıda gerçəkləşdirəcək. Bütün bunlarla bağlı komandanın futbolçusu, hazırda ölkədən kənarda istirahət edən baş məşqçi Şahin Diniyevin oğlu Kərim Diniyevlə söhbətləşməyi lazım bildik.
- Öncə mövsümün ilk yarısını dəyərləndirərdin. “Kəpəz”in çıxışı haqda fikirlərin necədi?
- Geridə qalan iki dövrə “Kəpəz” üçün nə pis oldu, nə də yaxşı. Bu mövsüm də məqsədimiz Avropaya yollanmaqdı. Komandanın hədəfi avrokuboklara vəsiqə qazanmaqdı. Bunu reallaşdırmaq üçün ən azı 4-cü yeri tutmalıyıq. Bu yolda əsas rəqiblərimiz “Zirə”, “Neftçi” və “Sumqayıt”dı. Belə deyim, 4-cü yer uğrunda əsas mübarizənin məhz bu dörd komanda arasında gedəcəyini düşünürəm. Hazırda “Zirə” ilə xalımız eynidi, “Sumqayıt”dan 2 xal geridəyik. Bu baxımdan pis demək olmaz. Ancaq daha yaxşı ola bilərdi. Bildiyiniz kimi, 6 heç-heçəmiz var. Halbuki həmin heç-heçələrdən bir-ikisində bir top artıq vurub qələbə qazansaydıq, indi hesabımızdakı xallar da çox idi, özümüz də rahat olardıq. Lakin qismət olmadı. Yanvarda təlim-məşq toplanışımız var. İnanıram ki, həmin hazırlıqdan maksimum yararlanıb, 3 və 4-cü dövrədə komanda istədiyi nəticələri qazanıb, lazımi xallar əldə edəcək. İnşallah, məqsədimizə çatıb, avrokuboklara vəsiqə qazanacağıq.
- Kubokda ötən mövsüm 1/8 finalda mübarizəni dayandırmışdız. Bu dəfə isə 1/4 finalda “ikinci cəbhə” ilə vidalaşdız. Burda mübarizəni dayandırmağınızın əsas səbəbi “İnter”in güclü rəqib olması, yoxsa “Kəpəz”in kuboka o qədər də güc qoymaması idi?
- Deməzdim ki, çempionatı düşündüyümüz üçün kuboka güc qoymadıq. İstəyimiz o idi ki, kubokda da bacardıqca irəli gedək. Sadəcə, ilk görüşdə qısa zaman kəsiyində buraxdığımız qollar həlledici oldu. Birinci qolun şokundan ayılmamış ikinci dəfə mərkəzə dəvət olunduq. Bizə ən böyük çətinliyi yaradan da məhz “İnter”in ikinci qolu oldu. Təsəvvür edin, 3 dəqiqəyə qapımızda iki top gördük. Bu isə kubokla vidalaşmağımızda əsas səbəblərdən biri idi. Bəlkə də 1 top fərqi ilə məğlub olsaydıq, Gəncədəki görüşdə bunun əvəzini çıxmaq mümkün olardı. Lakin 0:2-dən sonra matçı çevirmək çətin məsələdi. Düzdü, cavab görüşündə şanslarımız var idi. Ancaq onları dəyərləndirə bilmədik.
- Əksəriyyət ötənilki “Kəpəz”in daha güclü olduğunu düşünür. Elə nəticələr baxımından da bunu demək olar. Bunun əsas səbəbi heyətdi, yoxsa zədə amili?
- Deməzdim ki, bu heyətlə bağlıdı. Əksinə, ötən il bizdə əsas heyət üzvü olan 11-12 futbolçu var idi. Bir-iki itki olanda problem yaranırdı. İndi isə əsas heyətdə oynaya biləcək 16-17 oyunçu var ki, kimsə zədəli olanda, oynamayanda onların yoxluğunu unutdurmaq olur. Sadəcə, bu il belə gətirdi. Dediyim kimi, heç-heçə bitən 6 oyundan bir-ikisini qələbə ilə başa vursaydıq, indi vəziyyət fərqli idi, 20-22 xalımız vardı. Hansı ki həmin görüşlərdə qalib gəlmək imkanımız da olmuşdu. Bu baş versəydi, nəticələrin yaxşı olduğundan danışardıq.
- Qeyd etdin ki, qələbə qazana biləcəyimiz oyunları heç-heçə ilə bitirdik. Bu hücumun “dişsizliyindən” irəli gəlir?
- Məncə, problem varsa, bu ümumi komandanındı. Günahı təkcə hücumçuların üzərinə atmaq bizim kollektivə uyğun olmayan bir şeydi. Çünki biz komanda şəklində hücum edib, komanda şəklində də müdafiə olunmalıyıq. Qol vura, vəziyyətlərdən yararlana bilmiriksə, bu komandanın hücum planında zəifliyidi. Qapımızda çoxlu qollar görürüksə, bu artıq komanda şəklində zəif müdafiə olunmaq deməkdi. Sözüm onda deyil ki nə qədər qol vurub, nə qədər qol buraxırıq. Sadəcə, bu iki amil bir-biri ilə bağlıdı. Tək hücumçu ilə bağlı olan bir iş deyil.
- Çoxları bu fikirdədi ki, “Kəpəz”də Juninyonun yeri hələ də görünür. Braziliyalı getdı, ancaq yeri lazımınca doldurulmadı. Serjinyo həmin effekti verə bilmir. Sənə də bu mövqe yad deyil. Doğrudanmı Serjinyo Juninyonu əvəz edə bilmədi?
- Mən belə fikirləşmirəm. Həm Serjinyoya, həm də Juninyoya futbolçu kimi böyük hörmətim var. İkisinin də ayrı-ayrı funksiyaları var. Məncə, Serjinyo Juninyonun yerini doldura bilir, onun kimi effektlidi. Çünki Serjinyo da həqiqətən keyfiyyətli futbolçudu. Portuqaliya futbolunun yetirməsidi. Hər halda, ordan gələn futbolçu keyfiyyətsiz olmaz. Düzdü, Juninyo da ötən mövsüm komandası üçün çox böyük işlər gördü. Onun “Kəpəz”dəki çıxışı danılmazdı. Mən bu gün durub əksini desəm, bu doğru olmaz. Buna görə Juninyoya da təşəkkür edirəm. Lakin yenə deyirəm, fikrimcə, Serjinyo da onun verdiyi effekti verə bilir.
- Dario Federikonun yoxluğu komandaya necə təsir edir?
- Dario həqiqətən də bizim üçün önəmli futbolçudu. Hər kəs onun nəyə qadir olduğunu görüb. Sürəti və texnikası ilə daim “Kəpəz”ə xeyir verib. Onun yoxluğu komanda üçün çox çətinlik yarada bilər. Onun yoxluğu hiss olunur. Lakin heyətdə az öncə də qeyd etdiyim kimi, 16-17 futbolçu var. Kimsə olmayanda onun yerini dolduranlar tapılır. Belə deyim, əvəzetmədən oyuna qoşulan futbolçuların komandaya kömək edəcəyinə arxayın oluruq. Meydana çıxan hər bir oyunçu effektli olmağa çalışır.
- Belə demək olarmı ki, kubokda mübarizəni dayandırmaq müəyyən mənada “Kəpəz”in işinə yaradı. Düzdü, heç kim hansısa titul mübarizəsindən qopmaq istəməz. Ancaq fakt budu ki, bir “cəbhə”də mübarizə aparmaq daha asandı.
- Açıq danışsaq, az da olsa, bu fikirlə razılaşmaq mümkündü. Belə ki, kubokdan əlimizin çıxması ilə çempionata daha çox diqqət ayıracağıq. Hər halda, “İnter”i keçsəydik belə, qarşımıza başqa güclü komanda – “Qəbələ” çıxacaqdı. İki “cəbhə”də mübarizə aparmağımız daha çətin ola bilərdi. Nə bilmək olar, “İnter”i keçsəydik, bəlkə “Qəbələ”ni də keçəcəkdik. Ancaq indi bu haqda danışmaq mənasızdı. Artıq bütün diqqətimizi premyer-liqaya yönəldəcəyik. Bütün gücümüzü çempionatda ortaya qoyacağıq ki, avrokuboklara vəsiqə qazanaq.
- Necə düşünürsən, qışda komanda güclənməlidi?
- Bu heyətlə davam etmək olar, ya yox – bu baş məşqçinin işidi. Mən onun işinə qarışa bilmərəm. Onu deyə bilərəm ki, bizə hazırda istirahət lazımdı və yanvarın 8-dən təlim-məşq toplanışına başlayacağıq. Yaxşı toplanış keçib, çempionatın ikinci yarısına hazırlaşmalıyıq.
- Əksər klubların qış hasırlıq planı bəllidi və əksəriyyət Türkiyəyə gedir. “Kəpəz” isə təlim-məşq toplanışını Bakıda keçəcək. Bu məqam motivasiya baxımından komandaya nə dərəcədə təsir edir?
- Yadınızdadısa, ötən mövsüm də qış təlim-məşq toplanışını Yevlaxda keçmişdik. Yevlaxda toplanışda olsaq da, 3 və 4-cü dövrə bizim üçün daha yaxşı alındı. Bu dəfə hazırlığı Bakıda gerçəkləşdirəcəyik. Bunun bizə problem olacağını fikirləşmirəm. Onsuz da toplanış elə də uzun müddəti əhatə etmir.
- Komandada elə itki varmı ki, yanvarın 8-də başlayacaq təlim-məşq toplanışında iştirak etməsin?
- Komanda 99 faiz hazırdı. Bir müddət öncə Dario zədəli idi, ancaq o da son oyunlarda iştirak edib. Yəni Federikonun da problemi artıq aradan qalxıb. Yalnız Şəhriyar Əliyev zədəlidi. Onun nə zaman qaydıacağını bilmirəm. Ola bilər ki, qış hazırlığının startında komanda ilə məşqlərə başlasın.
- Kərim, 8 komandalı çempionat necə təsir bağışlayır?
- Təbii, mən də istəyərdim ki, çempionatda 10-12 komanda olsun. Premyer-liqada iştirakçı sayı nə qədər çox olsa, o qədər yaxşıdı. Ancaq bu il üçün belə məsləhət görülüb. Deməzdim ki, maraqsızdı. 8 komandanın 8-i də güclüdü. Mübarizə aparanda heç kim heç kimə deyə bilməz ki, hansısa komanda başqasını öz evində və rəqib meydanında rahat udacaq. Elə bir şey yoxdu. Bu cəhətdən – rəqabətin artması baxımından yaxşıdı. Lakin 8 komanda bizim ölkə üçün azdı. Növbəti mövsüm üçün 12 komandalı çempionatın reallaşacağına ümid edirəm.
- Gəncəyə hər dəfə qonaq kimi getmək necə hissdi?
- Biz də istəməzdik ki, komanda doğma şəhərinə qonaq qismində getsin. Ancaq vəziyyət belədi ki, Gəncədə klubun bazası, məşq etməyə stadion, qalmağa yer yoxdu. Bəlkə də bunlar kənardan xırda problemlər kimi görünə bilər. Əslində isə böyük problemdi. Əlimizdən gələn budu. Lakin başqa variantımız, edə biləcəyimiz başqa bir şey yoxdu.
- Bilirik ki, Şahin Diniyev ölkə xaricindədi. Bəs sənin fasilədə xaricə yollanmaq fikrin var? Yeni ili harda qarşılamağı düşünürsən?
- Xeyr, Bakıda ailəmlə birgə olacam. Heç yerə getmək fikrim yoxdu.

FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar