04 iy 01:20liqa

Rauf qolu sakit qeyd etməsinin səbəbini bilmir

Rauf qolu sakit qeyd etməsinin səbəbini bilmir
“Mladost”un təcrübəsizliyi sözünü dedi”
Ötən cümə axşamı ölkə futbolsevərləri əsl bayram yaşadı. “Zirə” Bakıda “Differdanj”ı 2:0 hesabıyla məğlub etdi, “İnter” isə səfərdə “Mladost”un qapısından 3 cavabsız top keçirdi. İnsaf naminə, “ağ-göylər”in qələbəsinin daha parlaq alındığını deməliyik. İstər vurulan qolların gözəlliyinə, istər heyətdə yerli futbolçuların çoxluq təşkil etməsinə, istərsə də rəqibin Serbiya təmsilçisi olmasına görə – hər şey mükəmməl idi. Üç gündən sonra “Mladost”u Bakıda qəbul edəcək təmsilçimiz arxayınlaşmamalıdı. İndiki məqamda bəzi cavabsız suallar var ki, onlara aydınlıq gətirmək vacibdi. Bu məqsədlə “İnter”in aparıcı oyunçularından biri, Luçanidə mükəmməl qola imza atan Rauf Əliyevlə söhbətləşdik.
- Səfər matçından sonra yorğunluğu üzərinizdən ata bilmisiz?
- Şükür, hər şey qaydasındadı. Bir gün dincəlmək imkanımız oldu. Bu gündən (dünən) məşqlərə başladıq.
- Komandada ab-hava necədi?
- Serbiyada vurduğumuz 3 qoldan sonra düşərgədə əla atmosfer var. Hər kəsin üzü gülür. Başımızı aşağı salıb cavab görüşünə hazırlaşırıq.
- Futbolçuların arxayınlaşması faciə ilə sonuclana bilər. Yəqin siz də bunun fərqindəsiz.
- Düzünü desəm, ən çox çəkindiyimiz budu. Bir şey var ki, heyətdə gənclərin sayı yox dərəcəsindədi. Yəni əsas heyətdə yer alanların hər birinin təcrübəsi var. Bərkə-boşa düşmüş futbolçularıq. Belə deyim, arxayınlığın nə ilə nəticələnə biləcəyini göz önünə almışıq. Öz aramızda danışanda da, bir-birimizə “arxayınlaşmaq olmaz” deyirik. İnşallah, belə hal yaşanmaz.
- “İnter” rəqibindən çox güclüydü?
- Fikir verirəm, ilk oyunda qeydə alınan nəticə adamlarda fərqli fikirlər formalaşdırıb. Çoxları “Mladost”un zəif rəqib olduğunu düşünür. Qətiyyən belə deyil. Sadəcə, oyunun ilk 10-15 dəqiqəsini göz önünə gətirin. Özünüz də gördüz ki, meydan sahibləri üstünlüyə sahib idi, bir-iki təhlükəli vəziyyət yaratdılar. Qol vəziyyətləri də bizimkindən iki dəfə çox oldu. Sadəcə, fürsətlərdən istifadə edə bilmədilər. Həm də biz birinci qolu lazım olan anda vurduq. Rəqib özünə gəlməmiş ikinci dəfə fərqləndik. “Mladost” üçüncü qolumuza qədər bir dəfə fərqlənsəydi, oyunun axarı başqa cür olacaqdı. Məncə, təcrübəsizlikləri sözünü dedi. Avroliqada debüt həyəcanı özünü göstərdi.
- Serbiyadan ölkəyə iki gün sonra döndüz. Əlavə bir gün qalmağınız əvvəldən tərtib olunan plana görəydi, yoxsa ortaya hansısa əngəl çıxmışdı?
- Hansısa problemdən söhbət gedə bilməz. Bildiyiniz kimi, bu cür səfərlərdə bütün işlər əvvəldən təşkil olunur. Sadəcə, baş məşqçinin istəyi belə olmuşdu. Yəni oyundan sonra orda gecələyib, səhər bərpa məşqinə çıxmalıydıq.
- Amma Bakıya şənbə günü qayıtdız.
- Matçın ertəsi, yəni cümə günü səhər məşqə çıxdıq, axşam ordan ayrıldıq. Bakıya şənbə günü səhər saatlarında çatmağımız yola görəydi. Luçanidən Belqrada avtobusla 3-4 saatlıq yoldu. Orda bilet almaq, qeydiyyatdan keçmək, təyyarənin havaya qalxmasını gözləmək də 1-2 saat vaxt alır. Belqraddan İstanbula saatyarımlıq uçuş oldu. Bir müddət Türkiyədə gözləyəndən sonra 3 saat Bakıya uçduq. Qısası, Luçanidən Bakıya gələnə qədər 13-14 saat yolda olduq. Gedəndə də o qədər vaxt getmişdi.
- Neft ölkəsini təmsil edən komandanın çarter reysindən istifadə edə bilməməsi üzücü məqam deyilmi?
- Bugünkü vəziyyət elədi ki, əlimizdə olana şükür etməliyik. İmkan olsaydı, rəhbərlik çarter reysi ilə getməyimizi təşkil edərdi. Çətinlik var və bunu hamımız başa düşürük. İki il əvvəl də Albaniyaya tranzit reyslə getmişdik. Ancaq ikinci mərhələdə İslandiyaya məsafə çox idi deyə çarter reysi təşkil olunmuşdu.
- “İnter”in “İnter Arena”ya buraxılmadığı haqda xəbərlər dolaşır. Nə məsələdi?
- Bu haqda mən də mətbuatdan oxumuşam. Ancaq belə bir problemin olmasından xəbərsizəm.
- Harda məşq edirsiz?
- Yay hazırlığına başlayan gündən bütün məşqləri təbii örtüklü meydançada edirik. Sünidən ota keçmək çətindi. Ona görə də Mərdəkanda milli komandaların təlim-məşq bazasının ərazisindəki meydançaların xidmətindən yararlanırıq.
- Müqavilələrdən nə xəbər var? Bəzi futbolçuların anlaşma müddəti iyunun 30-da başa çatırdı.
- Mənim müqaviləm davam edir. Ona görə də başqalarının durumundan xəbərsizəm. Yəqin ki, rəhbərlik “Mladost”la cavab görüşündən sonra hamıyla görüşüb məsələni həll edəcək.
- Maaşlarla bağlı nə deyirlər?
- Zaur müəllim (“İnter”in Müşahidə Şurasının sədri) sağ olsun, problemləri yoluna qoymağa çalışır.
- Sonuncu dəfə hansı ayın maaşını almısız?
- Sabah, ya da birisigün mayın əməkhaqqıları veriləcək. Bəlkə mayla iyunun ikisini bir yerdə verərlər. Hələ ki gözləyirik.
- “Mladost” səddi keçiləcəyi halda mükafat söz verilib?
- Söz verilməyinə verilib. Ancaq bu dəqiqə mükafat haqda düşünmürük. Futbolumuzu oynayıb qələbə qazanmalıyıq. Əsas diqqətimiz meydanda olandan sonra mükafat özü bizi tapacaq.
- Əsas sual az qala yadımdan çıxacaqdı. “Mladost”un qapısına yol tapandan sonra üz cizgilərin sanki qolun “İnter”in qapısına vurulmasından xəbər verirdi. O nə baxışlar, o nə qəzəb idi?
- (gülür) Nə bilim, elə alındı. Hər dəfə eyni cür sevinmək olmur axı.
- Olmaya Robert Prosineçkiyə mesaj idi?
- Mən kiməsə mesaj göndərməyi xoşlamıram. Sadəcə, həmin an içimdən o cür sevinmək keçdi. Səbəbini özüm də bilmirəm.
- Etiraf etmək istəməsən də, məncə, o baxışlar Prosineçkiyə “qolu belə vurarlar” mesajı idi.
- Həqiqətən elə bir niyyətim olmayıb. Sadəcə, qol vurdum və biranlıq yerimdə durdum. Fikir verdizsə, bir neçə saniyədən sonra güldüm.
- Sentyabrda yığmanın iki vacib oyunu olacaq. Millinin baş məşqçisindən dəvət gözləyirsən?
- Çağırılıb-çağırılmamağıma baş məşqçi qərar verir. Nə vaxt dəvət etsə, can-başla kömək edərəm. Hamı bilir ki, mən oynadığım komanda üçün canımı vermişəm, verirəm. Meydana ayaq basdımsa, bacardığımın ən yaxşısını edəcəm. Ora ölkənin bir nömrəli komandasıdı. Prosineçkiylə heç bir problemim yoxdu. Dəvət göndərdiyi vaxtlar olub. Sadəcə, bu dəfə sərəncamında görmək istəmədi. Buna qarışa bilmərəm. Yenə futbolumu oynamaqda, klubuma fayda verməkdə davam edəcəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar Bu gün, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” Bu gün, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... Bu gün, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir Bu gün, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu Bu gün, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi Bu gün, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! Bu gün, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar