30 in 19:49liqa

Əsas komanda test verdi, əvəzedicilər uduzdu

Əsas komanda test verdi, əvəzedicilər uduzdu
Mehman Yunusov “Sumqayıt”a qayıtdı
Yeni mövsümə hazırlaşan “Sumqayıt” doğma şəhərdə məşqləri davam etdirir. Srağagün axşam məşqində Samir Abasovun yetirmələri əvvəlcə fiziki testlərdən keçdi, ardınca isə öz aralarında futbol oynadı. Şərti olaraq “yaşıllar” və “narıncılar”a bölünən “kimyaçılar”ın oyununda sürət o qədər yüksək olmasa da, rəngarəng hücumların qurulmasına şahidlik etdik. Bu yöndə “yaşıllar” xüsusilə fərqlənirdi. İlk baxışdan hiss olunurdu ki, Abasovun növbəti mövsüm üçün nəzərədə tutduğu əsas heyətin üzvləri məhz “yaşıllar”ın heyətində top qovur. Qapıda Mehdi Cənnətov dayanmışdısa, müdafiənin solu Ehtiram Şahgəldiyevə tapşırılmışdı. Müdafiənin mərkəzində iki ucaboy stopper - Vurğun Hüseynov və Bəhlul Mustafazadə yer almışdı. Sağ cinahda bu yay “Kəpəz”i “gənclik şəhəri”nin təmsilçisinə dəyişən Tural Axundov qərarlaşmışdı. Dayaq yarımmüdafiəçiləri isə yeni transfer Vüqar Bəybalayev və Azər Salahlı idi. Yarımmüdafiənin cinahlarında Cavid Tağıyevlə Rəşad Eyubov çıxış edirdi. Hücumun sivri ucunda Amil Yunanov qərarlaşmışdısa, onun arxasında Cavid İmanverdiyev yer almışdı. Yeri gəlmişkən, ötən mövsüm 3 müdafiəçi ilə oynamağa üstünlük verən “ağ-göylər” böyük ehtimalla yeni “futbol ili”ndə 4 müdafiəçi ilə çıxış edəcək.
“Kimyaçılar”ın əsas komandasından fərqli, Elbrus Məmmədovun rəhbərlik etdiyi əvəzedici heyət srağagün yoldaşlıq görüşündə həvəskarlar liqasında mübarizə aparan “Uğur” la qüvvəsini sınadı. Həvəskarlar liqasının təmsilçisi ilk yarıda Elbrus bəyin komandasını iki dəfə meydanın mərkəzinə dəvət etsə də, fasilədən sonra oyunu izləyən azsaylı azarkeşlər bir daha qol görmədi və oyun həvəskarların 2:0 hesablı qələbəsiylə bitdi. Məğlubiyyətə baxmayaraq, baş məşqçi yetirmələrinin oyunundan razı qalmışdı. Bizimlə söhbətdə Elbrus bəy komandanın məşqlərə yeni başladığını və ağır fiziki yükləmələr fonunda heç də pis təsir bağışlamadığını bildirdi. Onu da əlavə etdi ki, vaxt ötdükcə gənclər optimal formaya düşəcəklər.
Sonda “Sumqayıt”la bağlı daha bir xəbəri sizinlə bölüşək. Belə ki, ötən mövsüm birinci dəstədə “Şəmkir”in məşqçilər korpusunda çalışan Mehman Yunusov təxminən ikiillik fasilədən sonra yenidən “kimyaçılar”ın düşərgəsinə qayıdıb. Veteran futbolçu bundan sonra “ağ-göylər”in U-15 komandasını çalışdıracaq. Dünən keçirilən klubdaxili toplantıda Yunusov kollektivə təqdim olunub.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar