25 dek 13:46liqa

"İnter"in Müşahidə Şurasının sədri ermənilərə hansı mükafatları paylayıb?

"İnter"in Müşahidə Şurasının sədri ermənilərə hansı mükafatları paylayıb?
Ötən saylarımızın birində yazmışdıq ki, “İnter”in sabiq prezidenti Rəşad Qasımovun postdan getməsinə səbəb bu yay paytaxt klubunun Müşahidə Şurasına (MŞ) sədr təyin olunan almaniyalı funksioner Yohann Enqbrextdi. Həmin yazıda Enqbrextin “bankirlər”in əsas sponsoru olan Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sabiq sədri Elmar Məmmədovun adamı olduğunu da qeyd etmişdik. Məmmədov bir neçə gün əvvəl postundan uzaqlaşdırıldı. Buna səbəb isə onun dollar alveri ilə məşğul olması, yəni “qara bazar” əməliyyatına rəhbərlik etməsi olub. Məmmədovun hətta saxlanıldığı da deyilir. Onun ABB-dən uzaqlaşdırılması Yohann Enqbrextin də “vurulmasına” səbəb olub. Məlum hadisədən sonra Enqbrext ölkəmizi tərk edib. Onu “Kəpəz”ə qarşı kubokun ilk 1/4 final matçından sonra görən olmayıb.
Yohann Enqbrext haqda futbol ictimaiyyəti az məlumatlıdı. Bu səbəbdən də kiçik bir araşdırma apardıq və maraqlı detalları üzrə çıxardıq. Bildiyiniz kimi, ABB-də çalışan Yohann Ermənistanda fəaliyyət göstərən bir neçə bankla sıx əlaqədədi. O banklar ki, onların ölkəmizə ciddi mənfi təsiri var. Sözügüdən banklardan ən önəmlisi “Areksimbank”dı. “Express.am” saytının verdiyi xəbərə görə, sözügedən bank Qarabağın müstəqilliyi və azadlığı uğrunda həlak olanların ailələrinə maliyyə yardımı göstərir. O cümlədən bank irimiqyaslı sosial proqramlar həyata keçirir və Qarabağ müdafiə müharibəsində iştirak edən veteranlara da dəstək verir. Bundan əlavə, cari ilin fevralında Rusiyadan Ermənistana silahların alınması üçün ayırdığı 200 milyon dollarlıq kreditin iki il ərzində qaytarılması məhz “Areksimbank”ın da iştirak edəcəyi mənbədə qeyd olunub. Silahların növü və bu kredit müqaviləsi haqda “gazeta.ru” portalındakı “Smerç Yerevana uçur” başlıqlı məqalədə ətraflı məlumat verir.
Oxşar banklardan ikincisi isə “Ameriabank”dı. Bu bankın hətta işğal altında olan Xankəndində filialı da var. “Armtoday.info” saytı bildirir ki, 2008-ci ildə “Ameriabankın” Xankəndi filialının açılış mərasimi olub və qondarma resbublikanın prezidenti Bako Saakyan öz çıxışında bankın respublikanın sosial-iqtisadi həyatında böyük rol oynayacağından danışıb. Oxşar fəaliyyətlə məşğul olan digər bank isə “Araratbank”dı. Bu bankın da işğal olunmuş ərazilərdə yerləşən filialı mövcüddu. Hətta şübhələr var ki, işğal olunmuş ərazilərdə qızıl və mis yataqlarını işlədən “Base Metals” şirkəti də “Araratbank”ın müştəriləri arasındadı.
İndi isə gələk əsas məsələyə. Yuxarıda qeyd edilən banklar “İnter”in Müşahidə Şurasının sədri ilə yaxın əlaqəyə malikdi. Hər üç bank “Beynəlxalq ödənişlərin yüksək keyfiyyətinə” və “Üstün keyfiyyətə” görə Almaniyanın “Kommersbank”ı tərəfindən mükafatlandırılıb. Yohan Enqbrext isə “Kommersbank”ın müştərilərlə münasibətlər üzrə məsul şəxsi qismində çalışdığı zaman bilavasitə bu mərasimlərin bir neçəsində iştirakı edib. Yəni erməni tərəfdaşlarının əlini sıxıb. Çox güman ki, hazırda da onlarla sıx əlaqələrə sahibdi. Məsələn, “Areksimbank” 2011-ci ilin aprelində, “Ameriabank” isə 2008-in sonunda “Kommersbank”ın “STP Award” mükafatına layiq görülüb. Xankəndində filialı olan “Araratbank” isə 4 dəfə Yohan Enqbrextin təmsil etdiyi bankın "Excellent STP Quality Award" mükafatına sahib çıxıb.
Düşünə bilərsiz ki, həmin mükafatların erməni banklarına təqdim edildiyi dövrdə şəxsən Enqbrext bu bankların Xankəndindəki filiallarından xəbəri olmaya bilərdi. Bəs bizimkilər necə, Yohannın dəfələrlə düşmən ölkəyə səfər etdiyini, ordakı banklarla sıx əlaqədə olduğunu bilirdilərmi, araşdırmışdılarmı? Xeyr. Məlumatlı olsaydılar, indi paytaxı klubunun rəhbərliyində erməni işğalçıların ailələrinə, Qarabağda və işğal olunmuş torpaqlarımızda minlərlə azərbaycanlının qatili olan Qarabağ müharibəsinin veteranlarına bir neçə dəfə xeyriyyə aksiyası keçirən “Areksimbank”ı mükafatlandıran şəxs dayanmazdı. Yohann isə özü təltif etdiyi bankların keçirdiyi aksiyalar, onların filialları haqda kifayət qədər məlumatlara sahibdi. Buna baxmayaraq, o ölkəmizdə alnıaçıq, üzüağdı, pulunu qazanır. Hətta bir neçə ay əvvəl ölkə mediasında yayılan məşhur fotosu ilə Azərbaycan xalqını müəyyən mənada alçaltmışdı da...
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar