22 in 19:13liqa

“Zirə” vətənə məğlub döndü

“Zirə” vətənə məğlub döndü
Ayxan Abbasov hazırlıq prosesindən məmnundu

Çərçşənbə axşamı “Zirə” Türkiyə toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. “Qartallar” Rumıniya çempionu, George Hacının rəhbərlik etdiyi “Vitorul”la üz-üzə gəlib. Ayxan Abbasov start heyətində bu futbolçulara güvənib: Anar Nəzirov, Yovan Krneta, Sadiq Quliyev, Adil Nağıyev, Təmkin Xəlilzadə, Milan Duriç, Viktor İbokoyi, David Manqa, Orxan Əliyev, Kervens Belfort, Riçard Qadze.
Oyuna yaxşı başlayan qəsəbə təsmilçisi artıq 3-cü dəqiqədə hesabı açıb. Pressinq nəticəsində Viktor topu rəqibdən alaraq Orxana ötürüb. Əliyev isə 3-cü yoxlama oyununda da effektli vuruşla fərqlənməyi bacarıb. Fasiləyə qədər “qartallar” rəqib qapısına daha bir dəfə yol tapıb. “Zirə”nin heyətində ilk oyununu keçirən Manqanın yerinə yetirdiyi cərimə zərbəsindən sonra qapı tirinə dəyən top xətti keçsə də, baş hakim mərkəzi göstərməyib.
Fasilədən sonra hər iki baş məşqçisi əsas heyətin əksər üzvlərini dəyişib. Nəticəyə gəlincə, iki qol vuran “Vitorul” qələbə qazanıb. Bir epizodda isə Kamal Bayramov rəqibin 11 metrlik cərimə zərbəsindən fərqlənməsinə imkan verməyib. Beləliklə, qarşılaşma “Vitorul”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ayxan Abbasov son oyun və təlim-məşq toplanışı haqda bunları deyib: “Bu oyun bizim üçün çox önəmli idi. Toplanışın son oyununda komandamızın nə dərəcədə hazır olduğuna baxmaq istəyirdik. Rəqib Rumıniya çempionu, güclü komanda idi. Maraqlı oyun oldu. İlk yarıda futbolçularımız tapşırıqları tam yerinə yetirməyə çalışdılar. Hesabda da öndə idik. İkinci hissədə dəyişikliklər etdik. Yeni qoşulan futbolçular 90 dəqiqə meydanda olmaq üçün tam hazır deyillər. Həmçinin başqa futbolçuları da izləmək istəyirdik. Bəzi səhvlərimiz oldu və Avroliqa oyunlarından öncə bu səhvləri görmək vacib idi. Onlar üzərində çalışacağıq. Artıq Türkiyədəki təlim-məşq toplanışı başa çatır. Burda taktiki məşqlərə daha çox üstünlük verdik, komandanı yoxlama oyunlarında sınadıq. Ümumilikdə təlim-məşq toplanışı səmərəli keçdi. Futbolçulardan yalnız Rəşad Sadiqov yüngül zədə aldı və o da artıq Bakıda komandayla məşqlərə başlayacaq. Əsas odu ki, yeni gələn futbolçularımız tez uyğunlaşır. Artıq Bakıya qayıtdıqdan sonra “Differdanj”la oyuna tam heyətlə hazırlaşacağıq”.
Qeyd edək ki, “Zirə” əvvəlki iki yoxlama matçında qələbə qazanmışdı. Abbasovun yetirmələri digər təmsilçimiz “İnter”i 2, Kamerunun “Kolumbe Lobo”sunu isə 8 cavabsız qolla məğlub etmişdi. Qəsəbə təmsilçisi artıq Bolu toplanışını başa vurdu. “Qartallar”ın dünənki səhər məşqi oyunsonrası bərpa məqsədi daşıyıb. Yüngül qaçış və isinmə hərəkətlərinin ardından komanda iki qrupa bölünüb. Yoxlama oyununda çox meydanda olanlar meydanı tərk edib, az forma şansı qazananlar isə toplu çalışmaları davam etdiriblər. “Qartallar” gecə vətənə dönüb. Bu gün komanda istirahət edəcək, sabahdan isə "Differdanj"la oyunun hazırlıqlarına başlayacaq. Bu komandalar arasında keçiriləcək təsnifat mərhələsinin ilk oyununun başlama saatı da müəyyənləşib. İyunun 29-da "Dalğa Arena"da baş tutacaq görüşün start fiti saat 21.00-da səslənəcək.
Onu da bildirək ki, “Zirə” ilk mərhələni dəf etsə, “Astra” (Rumıniya) ilə qarşılaşacaq. Həmin komandanın baş məşqçisi Eduard Yordanesku AL-dəki mübarizə haqda danışıb: “Avroliqada mümkün qədər irəliləməyə çalışacağıq. Düzdü, heyətlə bağlı bəzi problemlərimiz mövcuddu. Ancaq mən qısa müddətdə bunu yoluna qoyacağımıza inanıram. Cəmi 3 həftə vaxtımız qalıb. Bu müddətdə tam hazır vəziyyətə gəlməyə və heyətə yeni oyunçular cəlb etməyə çalışacağıq. İstədiyimiz oyunçuları ala bilsək, düşünürəm ki, hansısa problemlə üzləşməyəcəyik. Hazırda isə cəmi 16-17 oyunçu ilə məşq edirik. Onlardan yalnız 6-7-si ötən mövsüm əsas heyət üzvləri olub. Qalanları aşağı liqalarda oynamış gənc futbolçulardı. Uğurlu çıxış etmək və daha güclü kollektiv formalaşdırmaq üçün heyət mütləq gücləndirilməlidi. Potensial rəqiblərimiz “Zirə” və “Differdanj” haqda məlumatlar toplamağa başlamışam. Onların öz aralarındakı oyunları izlədikdən sonra rəqibimizi daha yaxından tanımış olacağıq. Bununla yanaşı, transfer siyasətimizdən də çox şey asılı olacaq. İstədiyimiz oyunçuları yığa bilməsək, hətta oyun sistemini də dəyişə bilərəm. Ancaq istənilən halda pozitiv futbol oynayacağımıza söz verirəm”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar