Yazarlar
Amal
Absurdla dolu futbolNurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
22 in 18:57liqa
“Səbail” Emil Balayevi saxladı

“Səbail” transfer çalışmalarını davam etdirir. Ötən mövsüm birinci diviziona ikinci yer tutaraq, premyer-liqaya vəsiqə qazanan paytaxt təmsilçisi daha bir transferi reallaşdırıb. Samir Əliyev baş məşqçi postuna gəldikdən sonra aşağı dəstədə uğur qazanan heyətlə, demək olar ki, vidalaşıb. Gənc mütəxəssis sıfırdan komanda formalaşdıracağını açıqladı və sabiq futbolçularla yolları ayırdı. Ötən mövsümdəki heyətdən cəmi bir futbolçu qalıb. Qış fasiləsində "Səbail"ə qoşulan “Qarabağ”ın qapıçısı Emil Balayev növbəti mövsüm də “aslanlar”ın “çərçivə”sini qoruyacaq. Gənc qolkiper 2 illik müqaviləyə qol çəkib. Qapıçı özü də “Səbail”də qalmaq istəyib. Üstəlik, rəhbərlik onun transferi üçün şəxsən Qurban Qurbanovla danışıb və razılıq əldə edib. 23 yaşlı “əlcək sahibi” son mövsümdə “Səbail”in heyətində 11 oyuna çıxıb.
Qeyd edək ki, bu, “Səbail”in 15-ci rəsmi transferidi. Bakılılar indiyə kimi “Neftçi”dən Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev, Aqşin Qurbanlı, Orxan Qurbanlı və Təyyar Məmmədovu, “Zirə”dən Yamin Ağakərimzadəni, “Zaqatala”dan Emin Mehdiyevlə Raul Yaqubzadə, "Turan Tovuz"dan Aqşin Muxtaroğlunu, AZAL-dan Emin Cəfərquliyevi, “Qarabağ”dan Vüqar Nadirovu, “Zirə”dən Nurlan Novruzovu və bir legioneri – Türkmənistanın “Altın Asır” klubundan Elman Taqayevi heyətinə qatmışdı. Komandaya daha bir neçə oyunçunun, o cümlədən azı bir legionerin gətiriləcəyi gözlənilir.
Xatırladaq ki, hazırlığı Bakıda davam etdirən komanda gələn ay Türkiyəyə təlim-məşq toplanışına gedəcək. Toplanış iyulun 10-dan 27-nə kimi davam edəcək.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz