22 in 18:54liqa

“Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq

“Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq
Ozobiç: “Avroliqada yenidən qrup mərhələsinə yüksəlmək istəyirik”

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Qəbələ” dünən yalnız axşam məşqiylə kifayətlənib. “Qırmızı-qaralar” bu gün toplanış çərçivəsində son yoxlama oyununu keçirəcək. Roman Qriqorçukun komandası “Ludoqorets”lə münasibətləri aydınlaşdıracaq. Bolqarıstan çempionuyla görüş Bakı vaxtı ilə 21.00-da başlayacaq.
Bu arada geridə qalan mövsümdə komandanın bombardiri olan Filip Ozobiç klub saytına açıqlama verib. Xorvat yarımmüdafiəçi hazırlıq prosesi haqda bunları deyib: “Avstriya toplanışının böyük hissəsi arxada qalıb. Hazırlıq prosesi yaxşı keçir. Bütün futbolçular maksimum güclə məşq edir. Yeni mövsümün ilk rəsmi görüşlərinə ciddi və çox yaxşı hazırlaşırıq. Toplanış çərçivəsində dörd yoxlama oyununda qüvvəmizi sınadıq. Hesab edirəm ki, Rusiya “Axmat”ı ilə qarşılaşmada çox yaxşı oynadıq. Həmin matçda bəxtimiz gətirmədi. Bolqarıstan ÇSKA-sı və Avstriya “Admira Vakker”i ilə birgə mübarizə apardığımız turnirə gəlincə, “Axmat”la qarşılaşmadan sonra cəmi iki gün vaxtımız olmuşdu. Üstəlik, bu müddətdə məşqləri də davam etdirmişdik. Bu üzdən turnir zamanı bir az yorğunluq özünü göstərdi. Yoxlama oyunlarının hər biri hazırlıq baxımından çox faydalıdı. Avstriyadakı son sınaqda “Ludoqorets”lə görüşəcəyik. Bolqarıstan təmsilçisi çox güclü komandadı. Belə rəqiblə qarşılaşma maraqlı olacaq”.
Ardıcıl 4-cü dəfə Avropa Liqasında çıxış edəcək “Qəbələ” ilk dəfə 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Ozobiç bu mərhələnin püşkatmasını dəyərləndirib: “Avroliqada asan rəqib olmur. Burda bütün komandalar çətin rəqib sayılır. “Qəbələ” 2-ci təsnifat mərhələsinin oyunlarına çox yaxşı hazır olacaq. Rəqibimizin müəyyənləşəcəyi “Yagelloniya” – “Dinamo” cütündə üz-üzə gələcək komandalardan hansının mərhələ keçməsinin bizim üçün fərqi yoxdu. “Qəbələ” ancaq öz oyununu düşünməlidi. Biz yaxşı oyun nümayiş etdirib, bu mərhələni keçməliyik. İlk görüşün harda keçirilməsinin də önəmi yoxdu. Bilirəm ki, “Yagelloniya” son turadək Polşa çempionu adı uğrunda mübarizə aparıb. Bu da onların necə yaxşı komanda olmasının göstəricisidi. Gürcüstan təmsilçisi haqda isə çox məlumatım yoxdu. Amma hər iki komanda haqda məlumat toplayacağıq. Mövsümlərarası dövrdə heyətimizdə bir sıra dəyişikliklər gerçəkləşib. Amma futbolda belə olur. Bilirəm ki, azarkeşlərimiz yenə bizdən uğurlu çıxış gözləyir. Elə biz futbolçular da Avroliqada yenidən qrup mərhələsinə yüksəlmək istəyirik. Bu hədəfə çatmaq üçün sonadək mübarizə aparacağıq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar