21 in 17:29liqa

“Səbail”in planı dəyişdi, komanda Boluya getmir

“Səbail”in planı dəyişdi, komanda Boluya getmir
Samir Əliyev: “Heç vaxt kiməsə “yararsız” damğası vurmaram”

Samir Əliyev “Səbail”in baş məşqçisi təyin olunandan sonra paytaxt klubu haqda xeyli yazı dərc etmişdik. Ötən yay yaradılan və birinci divizionda ikinci yeri tutaraq premyer-liqaya vəsiqə qazanan “aslanlar”la bağlı ən maraqlı xəbərlər aşağı dəstədə uğur qazanmış heyətin qalıb-qalmayacağı ilə bağlı idi. Əliyev kluba gələn ilk gündən bildirmişdi ki, sıfırdan komanda formalaşdıracaq. Daha dəqiq desək, o bunun rəhbərliyin tapşırığı olduğunu bildirmişdi. Bu üzdən bir neçə futbolçu ilə yolların ayrılacağını düşünmək o qədər də çətin deyildi. Lakin Samir bəy gözlədiyimizdən də fərqli addım ataraq, birinci divizionda gümüş medal qazanmış heyətdən heç bir futbolçuya ehtiyac duymadı. O, bütün heyətlə vidalaşdı. Özü də bu haqda bizə açıqlama vermişdi. Demişdi ki, ötən mövsümdə komandada top qovan futbolçuların heç birinə ehtiyac duymadım. Ardınca futbolçularla da əlaqə saxlayıb, mövqe öyrənmişdik. Düzdü, bəziləri Samir Əliyevdən narazılıq ifadə etmişdi. Yəni necə olur ki, komandanı premyer-liqaya yüksəldən heyətdən heç kim elitada oynamaq hüququ qazanmır? Bir növ onlar özlərini haqqı tapdalanmış kimi hiss edirdi.
Dünən Samir Əliyev redaksiyamızın qonağı oldu. Xeyr, biz onu müsahibə və açıqlama almaq üçün dəvət etməmişdik. Əliyev narazılığını ifadə etmək üçün “Futbol+”ə təşrif buyurmuşdu. O, 111-ci sayımıza verdiyi açıqlamasında futbolçuları “yararsız” adlandırmadığını bildirdi: “Heç bir futbolçuya yararsız deməmişəm. Açıqlamamda da bu yoxdu. Sadəcə, bildirmişəm ki, sıfırdan komanda yığıram və sabiqlərin heç birinə ehtiyac duymadıq. Heç vaxt kiməsə “yararsız” damğası vurmaram. Futbolçu zəif ola, baş məşqçinin sxeminə uyğun gəlməyə bilər. Lakin bu o demək deyil ki, o yararsızdı. Ümumiyyətlə, bu cür ifadə işlətmək peşəkarlığa, etikaya sığmır. İstəyirəm ki, 112-ci sayınızda futbolçulardan fikir öyrəndiyiniz yazıdakı başlığa aydınlıq gətirəsiz. İndi oyunçular deyirlər ki, niyə bizə yararsız demisən?”.
Fürsətdən istifadə edib Samir bəydən “Səbail”dəki son durumu da öyrəndik. O, “Sumqayıt”la 2 yoxlama oyunu keçirəcəklərini bildirdi: “Artıq bir neçə gündü məşqlər edirik. Ayın 26-da isə təlim-məşq toplanışına başlayacağıq. Bu müddət ərzində üç oyun keçirməyi planlaşdırmışıq. Lakin ölkədə yoxlama oyunu üçün klub yoxdu. Birinci dəstədə yeni yaranan “Binə” komandası var. İstəyirik onlarla yoxlama oyunu keçirək. Oyun bu ayın 29-da “Dalğa Arena”da baş tutacaq. İyulun 2-də isə “Sumqayıt”la qarşılaşacağıq. Onlara qarşı ikinci oyunumuz da “Bayıl Arena”da olacaq. İstərdik daha bir qarşılaşmada gücümüzü sınayaq. Amma rəqib yoxdu”.
Əliyev iyulun 10-dan 27-nə kimi Türkiyədə təlim-məşq toplanışı keçəcəklərini və orda 5 yoxlama oyunu planlaşdırdığını söylədi: “İyulun 10-da Türkiyəyə gedəcəyik. Təlim-məşq toplanışımız Qartəpədə olacaq. Əslində Boluya getməliydik. Amma planlar dəyişdi. Ayın 27-də toplanış bitəcək. Orda 5 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Hazırda rəqiblərlə danışıqlar aparırıq. Onların arasında Özbəkistan milli komandası da var. Bir neçə Hollandiya klubu orda toplanış keçir. Yəni seçim daha çoxdu. Boluda isə əsasən Türkiyə klubları toplanışda olur. Hazırda rəqiblərlə danışıqlar davam edir. Rəsmiləşən kimi açıqlayacam”. Əliyevin sözlərinə görə, komandada bir neçə legioner də ola bilər: “Artıq bir legionerlə müqavilə bağlamışıq. Bu Elman Taqayevdi. Ayın sonuna kimi daha bir legioner gəlməlidi. Adını açıqlamayacam. Hazırda onun vizası ilə bağlı işlər davam edir. Onu deyə bilərəm ki, mərkəz müdafiəçisidi. Ola bilər ki, yenə də legioner cəlb edək”.
Gənc mütəxəssis “Bayıl Arena”da komanda üçün bazanın tikintisinin başa çatmaq üzrə olduğunu bildirdi: “Bayıl Arena”da baza tikilir. Həmin inzibati binanın üstündə daha bir mərtəbə ucaldılıb. Orda hardasa 25-dən çox otaq və futbolçular üçün yeməkxana olacaq. Hazırda işlər davam edir”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar