18 in 12:52liqa

“Qəbələ”nin yeni transferləri nömrə seçimini etdi

“Qəbələ”nin yeni transferləri nömrə seçimini etdi
Qriqorçuk qanalı futbolçunu sınaqdan keçirir

“Qəbələ”nin Avstriyanın Tirol bölgəsində keçirdiyi təlim-məşq toplanışı çərçivəsində baş tutan ikinci yoxlama oyununda “Axmat”a minimal fərqlə uduzduğunu bilirsiz. Bərabər mübarizə şəraitində keçən görüşdə Qroznı klubu Zaur Sadayevin 2-ci hissənin əvvəllərində vurduğu qolla qələbə qazandı. “Axmat”ın rəsmi saytında qarşılaşmayla bağlı bir neçə cümlə qələmə alınıb: “Axmat” adını dəyişdikdən sonra keçirdiyi ilk oyunda “Qəbələ”yə qalib gəldi. Baş məşqçi Oleq Kononov toplanışda iştirak edən bütün futbolçulara özünü göstərmək imkanı verdi. Ancaq Oleq İvanov və Maqomed Mitrişev zədəli olduqlarına görə meydana çıxmadı. İlk hissədə bərabərsəviyyəli mübarizə getdi. Tərəflər bir neçə təhlükəli qol vəziyyəti yarada bildi. Yevgeni Qorodov və onun “Qəbələ”dəki həmkarı (Dmitri Bezotosnı) qapısını toxunulmaz saxladı. İkinci yarının əvvəlində qroznılılar meydanın özlərinə aid hissəsindən çıxıb, 3 ötürməylə qol vəziyyəti yaratdılar. Bu şansı Zaur Sadullayev qaçırmadı. Hücumçu bununla da “Axmat”ın heyətində ilk qolunu bayram etdi. Sonrakı dəqiqələrdə Kononovun yetirmələri ərazi üstünlüyünə sahib idi. “Axmat” ikinci yoxlama oyununu da Azərbaycan klubuna qarşı keçirəcək. Komandamız iyunun 20-də bu ölkənin çempionu “Qarabağ”la münasibətləri aydınlaşdıracaq”.
Həmin portalda Kononovun matçdan sonra səsləndirdiyi fikirlər də yer alıb: “Qələbə həmişə xoşdu. Xüsusən də bu toplanışın əvvəlində baş verirsə. Mümkün qədər funksional hazırlığa uyğun oyun sərgilədik. Çünki taktiki hazırlığa yenicə başlamışıq. Prinsipcə oyunçulardan razı qaldım. Fikrimcə, müsbət məqamlar daha çox oldu. Xüsusən də ilk yarıdan razı qaldığımı söyləyə bilərəm. Futbolçular verdiyim tapşırıqları yerinə yetirdi və müdafiədə çox etibarlı oynadı. İkinci yarıda da arxa xətdə yaxşı oynadıq. Üstəlik, yaxşı hücum quraraq qol vurduq. Ancaq bir qədər də irəliləməli və üzərimizdə işləməliyik. İlk növbədə məşqdə etdiklərimizi meydanda həyata keçirə bilməyimiz diqqətimi çəkdi. Uşaqlar görmək istədiyimizi etməyə çalışır. Ən vacibi də budu. Topla və topsuz epizodlarda səhvlər həmişə olacaq. Ancaq mən futbolçularda istək və bizim arzuladığımız oyunu nümayiş etdirməyə cəhd görürəm. Gənclər üçün bu tarixi qarşılaşma oldu. Əksəriyyəti ilk dəfə “Axmat”ın əsas komandasının formasını geydi. Hamısından razı qaldım. Onların istəyi və var gücüylə oynaması xoşuma gəldi. Bunsuz heç nəyə nail olmaq mümkün deyil”.
Yeri gəlmişkən, Çeçenistan klubuyla oyunda “Qəbələ”nin heyətində “13” nömrəli forma altında Desmond Asare çıxış etdi. Qanalı futbolçu hazırda baxışdadı. Baş məşqçi Roman Qriqorçuk dayaq yarımmüdafiəçisi ilə bağlı yekun qərarını iyunun 19-da Bolqarıstan “Botev”iylə keçiriləcək yoxlama oyunundan sonra verəcək.
Dünən “Qəbələ”nin futbolçuları iki hissəyə ayrılıb. “Axmat”a qarşı oynayanlar yalnız gündüz fitnesdə çalışıbsa, bu görüşdə forma geyməyənlər və yığmanın düşərgəsindən qayıdanlar axşam məşqində iştirak edib.
Bu arada “qırmızı-qaralar”ın yeni transferlərinin bir neçəsinin hansı nömrə altında oynayacağı dəqiqləşib. “Axmat”la matçda 7 nömrəli futbolkada meydana çıxan İlqar Qurbanov “18”i seçib. Bu yerdə xatırladaq ki, o, “Qarabağ”da da bu nömrə altında oynayırdı. “Qəbələ”də daha öncə 18 nömrəli formanı geyən Baqali Dabo isə hücumçulara xas “9”-u seçib. Buna qədər bu nömrə Sergey Zenyovun geyiminə həkk olunmuşdu. Aqil Məmmədov “23”ü seçibsə, Elvin Məmmədovun payına “6” düşüb. Hələ ki yalnız son transfer Xavi Ernandes seçimini etməyib.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar