16 in 18:08liqa

Şahin Diniyev Renanın gedişindən sarsılıb

Şahin Diniyev Renanın gedişindən sarsılıb
“Kəpəz”də ayda 5 min alan futbolçu “Voyvodina”da 10 min qazanacaq

Bir sıra yerli futbolçularla, o cümlədən Dario Federiko, Jülyen Ebah, Serjinyo və Tadas Simaitislə yolların ayrılmasına qərar verən “Kəpəz”in baş məşqçisi Şahin Diniyev əcnəbilərdən yalnız Renanın qalmasında maraqlı idi. Braziliyalı mərkəz müdafiəçisi isə gəncəlilərin təklifinə sonuncu variant kimi baxırdı. Buna səbəb Fransa və Serbiya klublarının ona maraq göstərməsiydi. Yəni Avropa təmsilçiləri ilə apardığı danışıqlar müsbət yekunlaşmasaydı, yenidən sarı-göy formanı geyməyə razılıq verəcəkdi. Lakin Renan ilk cəhddəcə istəyinə çatdı. “Voyvodina” ilə aparılan danışıqlar müsbət yekunlaşınca, ucaboy futbolçu karyerasını vaxtilə UEFA kuboku çərçivəsində ölkəmizə, “Olimpik”ə rəqib kimi gəlmiş klubda davam etdirməyə qərar verdi.
Renan Diniyevin bəyəndiyi futbolçulardan idi. Təsadüfi deyil ki, Serjinyo, Ebah və Simaitisə qapını göstərən çalışdırıcı ona “qal” demişdi. Belədə ən çox təsirlənən də baş məşqçi olmalıdı. İndi Şahin bəyin işi ikiqat ağırlaşıb. Həm aparıcı futbolçunun gedişi ilə barışmalı, həm də onun yerinə başqasını tapmalıdı.
Dünən təcrübəli mütəxəssislə əlaqə saxlayıb “36 nömrə”nin ayrılığına münasibət öyrəndik: “Renanın “Kəpəz”lə müqaviləsinin müddəti başa çatmışdı. Lakin mən onu heyətdə görmək istəyirdim. Özü ilə danışmış, fikrimi çatdırmışdım. Həm oyun keyfiyyətlərinə görə onu bəyənirdim, həm də komandanın sisteminə “oturmuşdu”. Belə deyim, arxa xətdə ondan istədiyimi ala bilirdim. Xarici klublardan təklif almasından xəbərdar idim. Özü də karyerasını üzdə olan çempionatlarda davam etdirməkdə maraqlıydı. Hər bir futbolçunun arzusu daha güclü çempionatda və sərfəli şərtlərlə oynamaqdı. Buna görə də heç kimi qınaya bilmərəm. Özünüz də bilirsiz ki, Serbiya çempionatı avropalıların diqqət mərkəzindədi. İngiltərə, Almaniya, İtaliya klublarının skautları Serbiya birinciliyini diqqətdə saxlayır. Üstəlik, “Voyvodina”nın maliyyə şərtləri də bizim təklif etdiyimizdən təxminən iki dəfə artıq idi. Əminliklə deyə bilərəm ki, Renanın “Kəpəz”dən ayrılmasında maliyyə əsas rol oynadı. Gələcək karyerasında ona səmimi qəlbdən uğurlar arzulayıram. Vacib oyunçularımızdan birini itirdik”.
Aparıcı futbolçusunun itkisindən təsirlənən təcrübəli mütəxəssis fürsətdən istifadə edib bu yaxınlarda olmuş hadisəni də nəql etdi: “Ad çəkməyəcəm, Azərbaycan klublarından birinin rəsmisi Renanın agenti ilə əlaqə saxlamışdı. Və ona bizdəkindən daha sərfəli variant irəli sürmüşdü. Futbolçunun cavabı belə olmuşdu ki, əsas məqsədim Avropada oynamaqdı. Yox, Azərbaycanda çıxış etməli olsam, yalnız “Kəpəz”in formasını geyəcəm”.
Maraq üçün qeyd edək ki, yeni klubu ilə 2 illik müqaviləyə imza atan “sambaçı” ayda 10 min avro qazanacaq. Deyilənə görə, “Kəpəz”dəki aylıq əməkhaqqı 5 min dollar imiş. Srağagün Zlatibora yollanaraq “Palisad” otelində məskunlaşan Renan təlim-məşq toplanışında olan “Voyvodina”ya qoşulub. Lakin “Zeta” ilə yoldaşlıq görüşündə forma geyə bilməyib. Oyunu tribunadan canlı izləyib. Matç başa çatandan sonra isə klub saytına açıqlamasında bunları deyib: “Voyvodina”nın üzvü olduğuma görə çox şadam. Biz təkcə Serbiya çempionatında yox, həm də Avroliqada mübarizə aparacağıq. Bu fakt bizi daha da həvəsləndirməlidi. Bu gün yeni gəlmişəm, ancaq sabahdan etibarən məşqlərdə iştirak etməyimdə heç bir problem olmayacaq. Yeganə çətinlik dillə bağlı ola bilər. Ümid edirəm ki, ortaq nöqtəni tapa biləcəyik. “Voyvodina” haqda xoş sözlər eşitmişəm. Odu ki, meydana çıxacağım günü səbirsizliklə gözləyirəm”.
HƏBİB

Yeri gəlmişkən...
24 yaşlı futbolçu “Kəpəz”dən gedişi ilə bağlı şəxsi “feysbuk” səhifəsində vida mesajı yazıb: “Hər kəsə salamlar. Böyük “Kəpəz” ailəsinə və hər zaman komandamızı dəstəkləyən azarkeşlərimizə, klub rəhbərliyinə, məşqçilər heyətinə və komanda yoldaşlarımıza təşəkkür edirəm. Hər şeyə görə çox sağ olun. Bu 1 ildə belə böyük və tarixi olan komandanın bir parçası olduğum üçün xoşbəxtəm. “Kəpəz”ə hər zaman adına yaraşan şəkildə yüksəkdə olmağı arzu edirəm. Azərbaycanın bir nömrəli azarkeşləri olan “Kəpəz” fanatlarına məni həmişə dəstəklədikləri üçün təşəkkür edirəm. “Kəpəz” hər zaman qəlbimdə yaşayacaq və mən bu komandanın azarkeşi olacam. Hər şeyə görə təşəkkürlər, “Kəpəz”, təşəkkürlər, Azərbaycan”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar