16 in 18:06liqa

Samir Əliyevin “yararsız” adlandırdığı futbolçular “Futbol+”ə şikayətləndi

Samir Əliyevin “yararsız” adlandırdığı futbolçular “Futbol+”ə şikayətləndi
Saşa Yunisoğlu: “Qoy lazımsız olduğumu üzümə desin”

Birinci divizionda 2-ci pilləni tutaraq premyer-liqaya yüksələn “Səbail”də dəyişikliklərin olduğundan ötən sayımızda komandanın yeni baş məşqçisi Samir Əliyevin dilindən xəbər tutmusuz. Belə ki, gənc mütəxəssis ötən il aşağı dəstədə mübarizə aparan, komandanı elitaya yüksəldən futbolçuların heç birinə ehtiyac duymadığını açıqlamışdı. O bunu sıfırdan komanda formalaşdırmaq barədə rəhbərliyin qərarı ilə izah etmişdi. Əliyev komandaya yeni 15 futbolçu cəlb etdiyini söyləmişdi. Bu yerdə ortaya sual çıxır: ötən mövsüm birinci dəstədə mübarizə aparan, “Səbail” üçün vuruşan, premyer-liqa arzusu ilə alışıb-yanan futbolçuların zəhməti necə olacaq? Həqiqətənmi onları heyətdən uzaqlaşdırmaq, premyer-liqada çıxışına imkan yaratmamaq doğru addımdı? Məncə, bu, haqsızlıqdı. Özü də betərindən. Ən azı ona görə ki, ötən mövsümün ən yaxşılarını, Asif Mirilini, Saşa Yunisoğlunu və başqalarını ən azı yoxlama matçlarında sınamaq olardı. Onları birdən-birə komandadan uzaqlaşdırmaq və ya müqaviləni yeniləməmək, sadəcə, absurddu. Bu üzdən məsələ ilə bağlı Samir Əliyevin “yararsız” damğası vurduğu futbolçuların fikirlərini öyrənməyi lazım bildik.
Saşa Yunisoğlu: “Hazırda istirahətdəyəm. Klubda heç kimlə görüşməmişəm. Bəli, mətbuatdan oxuyuram ki, ötənilki heyət məşqçilər korpusuna lazım olmayıb. Yaxın günlərdə Samir Əliyevlə görüşəcəm. Qoy lazımsız olduğumu üzümə desin. Onunla nə vaxt görüşəcəyimi də bilirəm. Yalnız həmin görüşdən sonra konkret nəsə deyə bilərəm. İndi bu haqda danışmaq tezdi”.
Bəxtiyar Məsməliyev: “Bəli, “Səbail”dən ayrılmışıq. Köhnə oyunçuların hamısını komandadan uzaqlaşdırıblar. O cümlədən məni. Biz premyer-liqada oynamaq istəyərdik. Samir Əliyevin komandaya gətirdikləri bizdən artıq deyil. Bu bizə qarşı 100 faiz haqsızlıqdı. Yeni məşqçilər korpusunun niyə bu cür qərar qəbul etdiyini deyə bilmərəm. Hər bir məşqçinin məntiqli açıqlaması olur. Yalnız onu vurğulaya bilərəm ki, onlar ən azı yoxlama oyunlarında bizə şans verməli, sınamalı idilər. Qarşıda 3 yoxlama görüşü keçirəcəklər. Orda biz özümüzü göstərə bilməsəydik, premyer-liqaya layiq olmadığımız üzə çıxsaydı, klubda qalmazdıq. Özümüz bilərdik ki, doğrudan da layiq deyilik. Lakin heç bir yoxlama olmadan klubdan uzaqlaşdırıblar, müqavilələri uzatmayıblar. Bu, doğru deyil. Mən məşqçilər korpusu ilə görüşməmişəm. Sabiq baş məşqçi Elman Sultanov bizi yığıb bildirmişdi ki, yeni çalışdırıcı gəlir, siz lazım olmayacaqsız. O bizə əziyyətə görə təşəkkür etmiş və sağollaşmışdı. Həm də özü postundan getdi. Amma yeni məşqçilər korpusu ilə heç danışmamışıq”.
Kənan Manafov: “Bilirəm ki, uşaqların əksəriyyəti Samir ƏIiyevə lazım olmayıb. Bu, baş məşqçinin fikridi. Düzdü, premyer-liqaya vəsiqə uğrunda biz mübarizə aparmışıq, əziyyət çəkmişik. Lakin son qərar Samir Əliyevindi. Hər bir çalışdırıcının öz yanaşması var. Samir bəy belə düşünürsə, deməli, nəsə bilir. Baş məşqçilər yalnız öz güvəndikləri futbolçuları komandaya dəvət edirlər. Mən şəxsən düşünmürəm ki, o mənə qarşı haqsızlıq edib. Səbəb o deyil ki, özümü premyer-liqada oynamağa hazır saymıram. Əksinə, orda oynaya bilərəm. Amma baş məşqçinin qərarını şərh edə bilmərəm. “Səbail”dən ayrılmışıq deyə futbolla vidalaşmayacağıq. Artıq yeni klub axtarışlarına başlamışam. Qismət olsa, premyer-liqada oynayaram. Olmasa da, eybi yoxdu, aşağı dəstədə çıxış edərəm. Görək, başımıza nə gəlir”.
Asif Mirili: “Ötən mövsüm komandanın ən yaxşı futbolçusu olmuşam. Amma futbolda belə şeylər olur. Samir Əliyevin söylədikləriylə razılaşmıram. Özümü premyer-liqada oynaya biləcək gücdə sayıram. Mən əvvəllər premyer-liqada çıxış etmişəm. Kiməsə “sən yalnız birinci divizionda oynamaq üçünsən” demək nə dərəcədə doğrudu? Hər baş məşqçi özünün inandığı, öz yanaşmasına uyğun futbolçuları seçir. Bu da onun qərarıdı. Yəqin ki, o bizi görməyib, bizə inanmayıb. Əziyyət çəkmişik, premyer-liqaya vəsiqə qazanmışıq. Lap mən məşqçilər korpusunun bizə qarşı haqsızlıq edtdiyini deməsəm də, kənardan baxan insanlar hər şeyi görür, qiymət verir. Hazırda real təklif yoxdu. Mən də gözləyirəm”.
Ramazan Abbasov: “O komandanın elitaya çıxmasında uşaqların çox böyük zəhməti olub. Hamımız əziyyət çəkmişik. İndiki halda nə deyəcəyimi özüm də bilmirəm. Qərar baş məşqçinindi, özü bilər. Nə desək də, artıq heç nə dəyişməyəcək. Amma bizi ən azı yoxlama oyunlarında sınamaq olardı. Heç olmasa, özünü yaxşı tərəfdən göstərənləri saxlamaq mümkün idi. Təbii ki, premyer-liqada oynamaq istəyirik”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar