16 in 18:05liqa

“Qəbələ” “Axmat”la bacarmadı

“Qəbələ” “Axmat”la bacarmadı
Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Qəbələ” dünən ikinci yoxlama oyununu keçirdi. İlk görüşdə yerli “Fulpmes”i 8:0 hesabıyla məğlub edən “qırmızı-qaralar” bu dəfə Rusiya premyer-liqasını 5-ci pillədə başa vurmuş “Axmat”la münasibətləri aydınlaşdırdı. Qarşılaşma Çeçenistan klubunun “yutub” kanalı vasitəsi ilə yayınlandı. Bakı vaxtı ilə saat 20.00-da başlayan matçda “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk ilk oyunla müqayisədə start heyətində müəyyən dəyişikliklərə əl atmışdı. Bu dəfə Rasim Ramaldanov və ötən görüşdə dubl edən Ülvi İbazadə ilk dəqiqələrdən meydanda top qovurdu. İlk “11-lik”də Dmitri Bezotosnı, Voislav Stankoviç, Vitali Vernidub, İlqar Qurbanov, Elvin Camalov, Qismət Alıyev, Asif Məmmədov, Filip Ozobiç və Baqali Dabo da yer almışdı. Qeyd edək ki, Tellur Mütəllimovun yoxluğunda müdafiənin solunda Stankoviç qərarlaşmışdı.
İlk dəqiqələrdən Qroznı klubu topa nəzarət edirdi. Start fitindən az sonra Stankoviç rəqibin təhlükəli əks-hücumunun qarşısını kritik müdaxilə ilə aldı. “Qəbələ”nin cavabı daha təhlükəli alındı. Sol cinahdan ötürməni qəbul edib, irəli şığıyan Dabo qapıçıyla üz-üzə qaldı. Ancaq Baqali itibucaq altında olduğundan zərbə vurmaq əvəzinə topu Asifə ötürmək istəsə də, müdafiəçi araya girib, topu kornerə çıxardı. Təxminən 10 dəqiqə sonra rəqib futbolçuların anlaşmazlığından “qırmızı-qaralar” yararlana bilmədi. Topu ələ keçirən Məmmədovun asmasını Dabo başla tamamlasa da, qapıçı möhtəşəm reaksiya ilə hesabın açılmasına imkan vermədi.
Oyun yetərincə sürətli və maraqlı mübarizə şəraitində keçirdi. “Qəbələ” öndə pressinq edərək, rəqibin təşəbbüsə yiyələnməsiylə razılaşmırdı. Bir neçə dəfə bu pressinq müsbət nəticə verdi. Müdafiəçilərin diqqətindən yayınan Dabo Ozobiçi qapıçıyla duelə yollasa da, qolkiper Filipdən əvvəl topa çatdı. “Qəbələ”nin yeni transferi Qurbanov da diqqət mərkəzinə düşdü. Yeni komandasında “7 nömrə”ni seçən İlqarın uzaqdan zərbəsi qapının yanından keçdi. Hissənin sonlarında Dabonun “mərmi”sində də dəqiqlik çatmadı.
Qriqorçuk ikinci yarıya 2 əvəzetməylə başladı. Ukraynalı mütəxəssis Aqil Məmmədovu Bezotosnının, Yusif Nəbiyevi isə İbazadənin yerinə meydana buraxdı. İkinci hissəyə də “Qəbələ” daha fəal başladı. Cərimə zərbəsindən ötürülən topu Ramaldanov qapıya ünvanlasa da, qolkiper yerində idi. Ancaq “Axmat”ın cavabı məhsuldar alındı. 51-ci dəqiqədə ani əks-hücumu Zaur Sadayev güclü zərbəylə qola çevirdi.
Hesabda geri düşdükdən sonra “Qəbələ” əsasən sol cinahdan hücumlar qururdu. Ancaq bu həmlələr xaotik alındığından təhlükəli olmurdu. Həm də “Axmat” hesabda öndə olduğundan geri çəkilərək ilk hissədə buraxdığı boşluqları aradan qaldırmışdı. Qoldan xeyli keçmiş Dabonun ötürməsindən sonra Alıyevin təhlükəli olmayan zərbəsini izlədik. Oyunun sonlarında Nəbiyevin cərimə meydançası daxilindən vuruşu qapının üstündən keçdi. Buna qədər isə “Axmat”ın hücumçusu Ablaye Mbenqe 2 real qol vəziyyətini boşa verdi. Birinci epizodda Məmmədov fərqin artmasına imkan vermədisə, ikincidə forvard qeyri-dəqiq oynadı. Son yaddaqalan hücum da “ağ-yaşıllar”dan gəldi. Rəqibin gənc futbolçusu İdris Umayevin zərbəsini Aqil zərərsizləşdirə bildi. Beləliklə, “Qəbələ” ikinci yoxlama oyununda “Axmat”a 0:1 hesabıyla uduzdu. Qeyd edək ki, “qırmızı-qaralar” 3-cü görüşünü iyunun 19-da Bolqarıstan “Botev”inə qarşı keçirəcək.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar