16 in 17:44liqa

“Qarabağ” Avstriyaya milli üzvləri olmadan gedir

“Qarabağ” Avstriyaya milli üzvləri olmadan gedir
Abbas Hüseynov “Bakı”ya qarşı oyuna həyəcanlı çıxıb

İyunun 1-də təlim-məşq toplanışına start verən "Qarabağ" ÇL-ə və növbəti mövsümə hazırlığın qalan bölümünü Asstriyada keçirəcək. Komanda bu gün səfərə çıxacaq. Ağdam təmsilçisi saat 13.20-də Bakı – İstanbul - Zaltsburq reysiylə hərəkət edəcək və təxminən 7 saatlıq yolçuluğun ardından mənzil başına çatacaq. Çempion Avstriyanın Krsen qəsəbəsindəki "Sonnik" otelində məskunlaşacaq. Ancaq Qurban Qurbanov səfərə də natamam heyətlə yollanır. Belə ki, təcrübəli mütəxəssis əsas millinin üzvlərinə daha bir neçə gün istirahət imkanı yaradıb. Yalnız Şimali İrlandiya ilə oyunda ehtiyatda qalan Ağabala Ramazanov bu gün komanda ilə yola düşəcək. Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov və Riçard Almeyda isə iyunun 20-də Avstriyada düşərgəyə qoşulacaqlar.
Xəbər verdiyimiz kimi, təlim-məşq toplanışının gedişatı ÇL-in püşkatmasının nəticəsindən asılı olacaq. İyunun 19-da təşkil olunacaq püşkatmada "Qarabağ"ın ilk oyunu evdə, yaxud səfərdə keçirəcəyi müəyyənləşəcək ki, hazırlığın qalan bölümü buna əsasən təşkil olunacaq. Tsiklə evdə start verməli olsa, komanda Bakıya daha erkən dönəcək. Əks halda, "Qarabağ" qarşılaşacağı rəqibin təmsil etdiyi ölkəyə birbaşa Avstriyadan yollanacaq.
“Qarabağ” hazırlıq müddətində minimum 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi də artıq müəyyənləşib. İlk matç iyunun 20-də Rusiya təmsilçisi “Axmat”a (Terek) qarşı olacaq. İyunun 24-də Sofiya ÇSKA-sı ilə üz-üzə gələcək “Qarabağ” 4 gün sonra Moskva “Dinamo”su ilə münasibətləri aydınlaşdıracaq. Qurban Qurbanov yetirmələrini daha bir və ya iki sınaq matçında yoxlaya bilər. Bu isə qeyd etdiyimiz kimi, püşkatmadan asılı olacaq.
Yeri gəlmişkən, “Qarabağ”ın futbolçuları Dino Ndlovu ilə Abbas Hüseynovun “Bakı” ilə yoxlama oyunu barədə fikirlərini diqqətinizə çatdırırıq. Görüşün ikinci yarısında 5 qol vuran afrikalı futbolçu bu məqamı xüsusi vurğulamağın əleyhinədi: “Hələ hazırlığa yeni başlamışıq. İndidən nəticəsi barədə danışmaq tezdi. Amma məşqlərimizə davam edirik, çalışırıq. Əlimizdən gələni edirik ki, oyunlara tam hazır olaq. Bunun üçün də bizə 2-3 həftə lazımdı. Bu müddətdən sonra istədiyimiz səviyyəyə çata bilərik. Oyuna gəlincə, “Bakı” haqda məlumatım var. Baxmayaraq ki, hazırda həvəskarlar liqasındadı, amma böyük klub olduğunu bilirəm. Bu gün yaxşı oyun sərgilədilər. Əsasən gənc futbolçulardan təşkil edilmiş heyətdi. Beş qol vurmağım barədə danışmaq istəmirəm. Əksinə, həmin gənc heyəti bu gün göstərdiyi oyuna görə alqışlayıram.
Ölkəmin millisinə çağırılmamağıma normal baxıram. Hazırda mən Azərbaycanda oynayıram. Millimizin digər hücumçuları isə Fransada, Türkiyədə oynayır. Hətta ölkə çempionatımızda da güclü hücumçu var və qollarını sıralayır. Sizcə, hansı baş məşqçi elə çempionatlarda çıxış edən hücumçunu yox, nisbətən zəif liqada çıxış edən futbolçunu milliyə dəvət edər? Buna baxmayaraq, ruhdan düşmürəm və üzərimdə çalışıram. Baş məşqçi ilə danışığım olub və o mənə deyib ki, indiki kimi davam etsən, qollarını sıralasan, milliyə çağırılmaq şansın olacaq. Azərbaycanı sevirəm, hörmət edirəm, klubumu sevirəm. Amma reallıqdı ki, digər ölkələrlə müqayisədə bizim çempionatımız bir az zəifdi. Adı “Qarabağ”la hallanan Tokelo Rantie ilə transferi barədə söhbət etmişəmmi? Düzdü, o, mənim dostum və millidə komanda yoldaşımdı. Amma bu barədə söhbətimiz olmayıb”.
Çempionat başa çatandan sonra “İnter”i “Qarabağ”a dəyişən, başqa sözlə, yeni komandasında debüt oyununa çıxan Abbas Hüseynov isə həyəcanlı olduğunu etiraf edir: “Bakı” ilə oyun rəsmi olmasa da, “Qarabağ”da ilk matçım idi. İkinci hissədə meydana çıxdım. Özümdən asılı olmasa da, həyəcan var idi. Amma çalışdım ki, həyəcanımı boğum, öz oyunumu göstərim. İnamlı qələbə qazandıq. İnanıram ki, bundan sonra daha yaxşı oynayacağıq. Hər şey yaxşı olacaq. Komandada hələ təzəyəm. Uyğunlaşmaq deyəndə ki, futbolçuların çoxu ilə tanışlığım var idi. Bəziləri “İnter”də oynayanlar idi. Yeni olmağıma baxmayaraq, yavaş-yavaş uyğunlaşıram. Hər kəs bir nəfər kimi can yandırır. Düzdü, keçmiş komandamla müqayisədə, “Qarabağ”da heyət daha zəngindi. Hər mövqedə heyətə düşmək üçün bir neçə futbolçu mübarizə aparır. Heyətə düşmək üçün Qurban Qurbanovun etimadını qazana biləcəm, ya yox, bunu deyə bilmərəm. Çalışıram ki, məşqlərimi edim, özümü yaxşı tərəfdən göstərim. İnşallah, hər şey yaxşı olar. Qərarı baş məşqçimiz verəcək. “Qarabağ”ı seçəndə fikirləşirdim ki, heyətə düşmək daha çətin olacaq. İstər-istəməz hər bir komandada heyətə düşmək, məşqçinin etimadını doğrultmaq çətin olur, təkcə “Qarabağ”da yox. Bura gəlmişəmsə, deməli, çəkinməmişəm. Ümid edirəm, hər şey yaxşı olar”.
Bu arada “Qarabağ”ın sosial şəbəkələrdəki (feysbuk və instaqram) rəsmi səhifələri Azərbaycanın milli qəhrəmanı Alllahverdi Bağırovla bağlı videoçarx hazılayıb. Bu da təsadüfi deyil. Belə ki, “Qarabağ”ın futbolçusu və məşqçisi olmuş qəhrəmanın şəhid olmasından 25 il ötür. Bağırov 1992-ci il iyunun 14-də Əsgəran rayonunun Naxçıvanik kəndi yaxınlığında şəhid olub.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Dünən, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Dünən, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Dünən, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Dünən, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Dünən, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Dünən, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Dünən, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Dünən, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Dünən, 20:00 Sumqayıtda mükafatlandırma Dünən, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Dünən, 19:55 Avroliqada ikinci dövrə başlayır Dünən, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Dünən, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Dünən, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Dünən, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Dünən, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı 22-06-2017, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq 22-06-2017, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı 22-06-2017, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi 22-06-2017, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da 22-06-2017, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı 22-06-2017, 18:43 Macarıstandan 7 medalla 22-06-2017, 18:42 Daha bir tribunaya biletlər tam satılıb 22-06-2017, 18:40 Yeddinci oldu 22-06-2017, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar 22-06-2017, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı 22-06-2017, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar