15 in 18:06liqa

“Bayıl Arena”da “Səbail” üçün baza tikilir

“Bayıl Arena”da “Səbail” üçün baza tikilir
Samir Əliyev divizionda ikinci olan futbolçuların heç birinə ehtiyac duymadı

Ötən ilin yayında yaradılan və birinci divizionda mübarizəyə başlayan “Səbail” aşağı dəstədə uğur qazandı. AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşadın himayədarlıq etdiyi klub Elman Sultanovun rəhbərliyi altında birinci divizionda mövsümü 2-ci yerdə başa vurmaqla gümüş medal qazandı. Çempion “Turan Tovuz”un sponsor problem üzündən premyer-liqaya buraxılmaması fonunda “aslanlar” elitaya yüksəldi. Bəli, “Səbail” növbəti mövsüm yüksək dəstədə mübarizə aparacaq, daha doğrusu, debüt edəcək. Özü də yeni baş məşqçi Samir Əliyev və yeni komanda ilə.
İyunun 10-dan toplaşan komanda daha bir transfer gerçəkləşdirib. Bu, Emin Cəfərquliyevdi. Klubun rəsmi “feysbuk” səhifəsində yerləşdirilən xəbərə görə, 27 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Son olaraq AZAL-da kapitan sarğısını daşıyan Cəfərquliyev həmçinin "Neftçi", "Bakı", "Karvan", MOİK, "Simurq", "Sumqayıt", "Araz-Naxçıvan" və "Şuşa"nın da formasını geyib. Bundan əlavə, komanda türkmənistanlı Elman Taqayevin keçidini həll edib. Onunla 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, 2012/13 mövsümündə AZAL-da çıxış etmiş futbolçu karyerası ərzində Türkmənistanın "Aşqabat" və "Altın Asır", o cümlədən Özbəkistanın "Əndican" klublarında forma geyib. 28 yaşlı yarımmüdafiəçi 2012-ci ildən Türkmənistan millisinin üzvüdü. Bundan öncə paytaxt klubu Kamal Qurbanov, Emin Mehdiyev, Yamin Ağakərimzadə, Aqşin Muxtaroğlu, Raul Yaqubzadə və Vüqar Nadirovu rənglərinə bağladığını rəsmən açıqlamışdı.
Təlim-məşq toplanışına start verən “Səbail” də başqa hansı yeniliklər var? Sıfırdan komanda formalaşdıracağını söyləyən Samir Əliyev məqsədinə çatırmı? Gənc mütəxəssisi dinləyək: “Bir neçə gündü toplaşmışıq. Hazırda Mərdəkandayıq. Hər şey plan üzrə gedir. Düzdü, komanda hələ tam komplektləşməyib. Bu toplanış bizim üçün həm də seleksiya xarakteri daşıyır. Yavaş-yavaş heyəti tam düzəldəcəyik. Bilirsiz, komanda il ərzində formalaşır. Yaxşı kollektivi bir-iki aya yığmaq mümkün deyil ki”.
Əliyevin sözlərinə görə, komandaya gələn futbolçuların sayı 15-ə yaxındı: “Bəli, demişdim ki, komandanı sıfırdan yığacam. İndiyə olan məlumata görə, heyətə 15 yeni futbolçu cəlb etmişik. Onların bəziləri ilə münasibətlər rəsmiləşdirilib. Bir qismi ilə də yaxın günlərdə müqavilə bağlanacaq. Köhnə futbolçulardan heç kimi saxlamadım. Nəinki Saşa Yunisoğluna, heç birinə ehtiyac duymadıq”.
Samir bəy “Asif Mirili ötən mövsümün ən yaxşılarından idi, onu niyə komandadan uzaqlaşdırdız?” sualımıza belə cavab verdi: “Asif Mirili özünü harda yaxşı tərəfdən göstərib? Deyirsə ki, yaxşı oynayıb, o da birinci divizionda olub. Başqa o özünü harda göstərib? Biz ona inanıb-inanmadıq, fərqi yoxdu. Sadəcə, sıfırdan komanda formalaşdırırıq. Məsələ bundadı. Ona görə də keçmiş oyunçuların heç birinə ehtiyac duymadıq. Onun oynadığı mövqeyə yaxşı futbolçular cəlb etmişik. Murad Ağayev, Yamin Ağakərimzadə, Orxan Qurbanlı onun mövqeyində oynaya bilər. Bir mövqedə 5 futbolçu oynada bilmərəm. Düzdü, gedənlər arasında yaxşı futbolçular var. Mən demirəm ki, hamısı pisdi, heç birindən razı qalmadım və ya heç vaxt ehtiyac duymayacağıq. Hərə özünə görə yaxşı futbolçudu. Ola bilər ki, indi komandaya cəlb olunan futbolçular özlərini doğrultmadılar və gələcəkdə göndərilənlərdən yararlandıq. Amma bu gün məşqçilər korpusunun qərarı belə olub. Biz o futbolçuların birinci dəstədəki oyunlarının hamısına baxmışıq və özümüz üçün nəticə çıxarmışıq. Boş yerə qərar verməmişik ki. Komandaya öz istədiklərimizi, güvəndirklərimizi gətirmişik”.
“Neftçi”nin sabiq çalışdırıcısı deyir ki, gedən futbolçuların heç biri ilə şəxsən görüşüb, söhbət etməyib: “Mən onların heç biri ilə təkbətək söhbət etməmişəm. Bunu necə edə bilərəm? Amma həmin oyunçular rəhbərliklə görüşüblər. Hər birinə vəziyyət başa salınıb. Bilirsiz, çoxları ilə müqavilənin müddəti bitib. Yəni onlarla müqavilə yenilənməyib. Heç kimi qovmamışıq”.
Əliyev komandanın kapitanının kim olacağını hələ bilmir: “Bu məsələ üzərində fikirləşməmişik. Kapitan Emin Cəfərquliyev də ola bilər, başqası da. Yaxın zamanda həm kapitanın, həm də vitse-kapitanın kim olacağı açıqlanacaq. Bundan vacib problemlər var. Kapitanlıq sonranın işidi”.
Mütəxəssis “Bayıl Arena”da tikinti işlərinin getdiyini də söylədi: “Hazırda “Dalğa Arena”dayıq. Çünki “Bayıl Arena”da təmir-tikinti işləri gedir. Orda komanda üçün baza və yeməkxana tikilir. Stadionun ot örtüyü hələ dəyişdirilməyəcək. Bundan əlavə, bizə dəniz kənarında, qumda məşq etmək lazım idi. Bu üzdən Mərdəkandayıq. Təlim-məşq toplanışı zamanı həm süni örtükdə, həm də təbi qazonda məşq edəcəyik, komandanı yoxlayacağıq”.
Sonda Əliyev komandanın Türkiyəyə yollanacağı tarixi açıqladı və yoxlama oyunlarından danışdı: “İyulun 2-də “Sumqayıt”la yoxlama oyunu nəzərdə tutulub. Görüş saat 18.00-da başlayacaq. Başqa rəqiblər yoxdu. “Kəpəz” iyulun 1-də toplaşır. “Neftçi” isə 26-da yığışır. Lakin biz onlardan hələlik müsbət cavab almamışıq. Onların da öz planı var. Elxan müəllim nəsə oynamaq istəmir. Birinci divizion klublarından da xəbər yoxdu. Amma kimdən birinci xəbər çıxsa, danışıqlar aparacağıq. İstəyirik ki, yüksək liqa komandaları ilə yoxlama oyunu keçirək. “İnter” ayın 19-da ölkəyə qayıdacaq. Amma onlara qarşı yoxlama oyunu keçirməyimiz mümkünsüzdü. İyulun 10-da Türkiyəyə gedəcəyik. Artıq iki gün əvvəl planlarımız bəlli oldu. Boluda təlim-məşq toplanışı keçəcəyik. Lakin “Zirə” və “İnter”in olduğu yox, başqa oteldə qalacağıq. Orda ən azı 5 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Yaxın zamanlarda yoxlama oyunlarındakı rəqiblərin axtarışına başlayacağıq”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc 17-08-2017, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər 17-08-2017, 19:50 Reaksiyalar 17-08-2017, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir 17-08-2017, 19:47 Tanınmışlar da uğura biganə qalmadı 17-08-2017, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı 17-08-2017, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı 17-08-2017, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi 17-08-2017, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir 17-08-2017, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı 17-08-2017, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə 17-08-2017, 15:04 Debütdə 1700 manat 17-08-2017, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar