15 in 17:29liqa

“Neftçi” AZAL-a çevrilir

“Neftçi” AZAL-a çevrilir
Kramarenko getdi, yerinə Salamov gəldi
“Neftçi”dəki dəyişikliklər ildırım sürəti ilə davam edir. Klub strukturunda yaşanan ixtisarlar və yeni təyinatlar azmış kimi, əsas komandanın məşqçilər korpusundakı dəyişikliklər də başa çatmaq bilmir. Mövsüm yekunlaşan kimi Elxan Abdullayevin iki köməkçisi – Aleksandr Deriberinlə İqor Getman yola salınmışdı. Buna səbəb 27-ci turda “Zirə”ylə keçirilən oyunda köməkçilərin əvəzetmə ilə bağlı səhvə yol verib “ağ-qaralar”ı texniki məğlubiyyətə sürükləməsi olmuşdu. İqor Getmanın əvəzinə Novruz Əzimov cəlb olunsa da, Deriberinin yerinə başqa bir ukraynalı mütəxəssis Aleksandr Kuptsovun gətiriləcəyi gözlənilir.
Srağagün isə daha bir məşqçi ilə yollar ayrıldı. Bu, 1992-ci ildə “Neftçi”nin qapısını qorumuş, 2015-in yayından bu yana komandada qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirən Dmitri Kramarenkodu. Uzun illər yığmanın şərəfini qorumuş Kramarenko bundan sonra “Neftçi”də olmayacaq. Nəticədə onu uzun illər AZAL-da çalışmış Rauf Salamov əvəzləyib. Bu yerdə onu qeyd edək ki, “Neftçi” tədricən AZAL-ı xatırlatmaqdadı. Elxan Abdullayevlə Rauf Salamovdan başqa, “ağ-qaralar”la əməkdaşlıq edən agent Kamil Məmmədov, icraçı direktor Orxan Hüseynzadə, Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Əfsərli, əsas komandanın baş meneceri Eldəniz Yusifov da vaxtilə ”təyyarəçilər”in sıralarında olub. Xüsusilə komandaya Elxan bəyin rəhbərlik etdiyi dönəmdə AZAL ciddi nəticələrə imza ata bilməyib. Bu kollektivin “Neftçi”də nə ilə yadda qalacağını isə mövsümün sonu yox, gedişi göstərəcək.
Kramarenkonun öz xoşu ilə klubdan ayrıldığını, yoxsa rəhbərlik və baş məşqçinin istəyi ilə yola salındığını dəqiqləşdirmək üçün Elxan Abdullayevlə əlaqə saxladıq: “Dima ilə münasibətim əla olub, ində də belədi. İstər iş mühitində olsun, istər şəxsi münasibətdə. Gedişi mənim üçün də gözlənilməz oldu. Mövsüm başa çatandan sonra məzuniyyətə getmişdi. Moskvadan mənimlə əlaqə saxladı ki, bəs ailə vəziyyətinə görə qayıda bilməyəcəm. Xanımı işləyir, qızları böyüyüb, məktəbdə oxumaqla yanaşı, gimnastika ilə məşğul olur. Ona görə də ailəsinin yanında olmaq istəyirdi. Səbəb sırf budu. Yoxsa klubda hamı xətrini istəyirdi, heç kim ona “get” deməyib. Hətta qayıtmayacağını biləndə Kramarenkodan yerinə kimi məsləhət gördüyünü soruşdum. Əminliklə Rauf Salamovu məsləhət gördü. İndiyə qədər də danışırıq, əlaqəmiz var”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:30 “Qüvvələr nisbəti bərabər deyildi” Bu gün, 12:28 Basketbol Federasiyası bəyanat yaydı Bu gün, 12:26 Qadzenin transferi yaya qaldı Bu gün, 12:24 Mütəxəssislər Roberto Bordinin qərarına hörmət edir Bu gün, 12:22 Futbolçuları Bordinin həmyerlisi müayinə etdi Bu gün, 12:21 PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir Bu gün, 12:19 Tanış serblər Obradoviçi təriflədilər Bu gün, 12:17 Elbrus Məmmədov “Sumqayıt”dan ayrılmayacaq Bu gün, 12:15 "Qarabağ" qələbənin bəhrəsini gördü Bu gün, 12:11 “Qarabağ”ın oyunu sabah 18.00-da başlayacaq Bu gün, 12:07 “İnter”də ayrıldılar, “Sabah”da qovuşdular Bu gün, 11:06 Futzalın kubok mənzərəsi Bu gün, 11:04 “Ağsu” Şamaxıda meydana çıxacaq Bu gün, 11:03 Şeydayevlə Səmədov BƏƏ-yə yollandı Bu gün, 11:02 Klub rəhbərliyi Nasimovu əliboş yola salıb Bu gün, 11:00 “Qardaşlar” Region Liqasına hazırlaşır Bu gün, 10:58 Liderlər üçün “qara həftə” Bu gün, 10:57 Oxucu məktubu Bu gün, 10:55 "Zirə"nin bütün rəqibləri açıqlandı Bu gün, 10:53 Elvin Bədəlov “Sumqayıt”da baxışdadı Bu gün, 10:52 “Qəbələ” Adeniyisiz hazırlaşır Bu gün, 10:51 Karikari BƏƏ-yə yollandı Bu gün, 10:49 Əfqan Həmzəyev Beynəlxalq Tələbə Futbol İttifaqının baş katibi seçildi Bu gün, 10:46 “Kəpəz” Tovuzda uduzdu Bu gün, 10:45 Pedronun iki variantı var Dünən, 14:51 Tahir Süleymanov “Neftçi”nin tədbirinə dodaq büzdü Dünən, 14:49 Qış "transfer pəncərəsi" rəsmən açıldı Dünən, 14:46 Eddidən növbəti 90 dəqiqəlik oyun Dünən, 14:45 Almeyda Koreyadan gələn təklifi rədd edib Dünən, 14:42 Riçardın “Astana” karyerasına baxış... Dünən, 14:39 Oyun təxirə salındı, Almeyda Qurbanova qalib gəldi Dünən, 14:30 “Zirə” Antalyaya 8-ci səfərini gerçəkləşdirdi Dünən, 14:28 “Hücumçudan necə oynadığını yox, neçə qol vurduğunu soruşurlar” Dünən, 14:20 Komitə üzvləri Obradoviçi təriflədilər Dünən, 14:17 1/16 finalçılar müəyyənləşdi Dünən, 14:14 “Turan Tovuz” yoxlama görüşləri üçün Gürcüstana gedə bilər Dünən, 14:08 Elbrus Məmmədov Obradoviçin köməkçisi olacaq Dünən, 14:06 Coşqun Diniyev “Sabah”la anlaşdı Dünən, 14:02 Həftənin idman proqramı Dünən, 13:59 Klublar çempionatı boykot etdi Dünən, 13:57 “Keşlə” Antalyaya yollandı, Kərimi əməliyyat olundu Dünən, 13:55 Dario gəldi, “Neftçi” getdi Dünən, 13:54 “Araz”ın sabiq qapıçısı Alfa Liqada iki dəfə çox qazanır Dünən, 13:50 “Sabah” qələbəylə başladı Dünən, 13:49 “Qəbələ” qələbə ilə getdi Dünən, 13:46 Delarj gələcəyini “Qarabağ”da görür 13-01-2019, 18:41 “Şüvəlan” Tural Qürbətovla güclənib 13-01-2019, 18:38 Ayxan Abbasov baxışda olanları bəyənməyib 13-01-2019, 18:36 “Sumqayıt” ikinci yarıda coşdu 13-01-2019, 18:33 Vüqar Həşimov yad olundu 13-01-2019, 18:32 Dino 19 qol vursa da... 13-01-2019, 18:30 Kubok sürprizlərlə başladı 13-01-2019, 18:25 “Astana” Almeydanı icarəyə verir 13-01-2019, 18:24 Azər Məmmədov “Qarabağ”ın əvəzedicilərinin baş məşqçisi oldu 13-01-2019, 18:22 Hakimlərin Mingəçevir toplanışı başladı 13-01-2019, 18:14 Obradoviçin U-21-ə təyinatı rəsmiləşdi 13-01-2019, 18:11 Roberto Bordin hücumçu və yarımmüdafiəçi axtarır Bütün xəbərlər
Ən çox oxunanlar