11 in 19:24liqa

Vüqar Nadirov da “Səbail”də

Vüqar Nadirov da “Səbail”də
“Qəzetinizə verdiyim müsahibə yerinə düşdü”

Kamal Qurbanovla Emin Mehdiyevin növbəti mövsümdə “Səbail”in formasını geyəcəyindən xəbərdarsız. Hər iki futbolçu ilə rəsmi müqavilə bağlandığını xəbər vermişdik. Əslində Yamin Ağakərimzadə, Raul Yaqubzadə və Aqşin Muxtaroğludan ibarət “üçlüy“ün də paytaxt təmsilçisinin uğurları üçün tər tökəcəyi əvvəldən bilinirdi. Bircə qalırdı “nigah”ın rəsmiləşməsi. Artıq bu futbolçuları da “Səbail”li saya bilərik. Yamin və Aqşinlə 1, Raulla 2 illik anlaşma əldə olunub.
Dünənki xəbər isə bir qədər təəccüblü oldu. Qəzetimizin ötən saylarının birində Vüqar Nadirovla Vaqif Cavadovun klubsuz qalmasının səbəbini öyrənmək üçün klublarda çalışan baş məşqçilərlə əlaqə saxlamışdıq. Ayxan Abbasov, Elxan Abdullayev, Şahin Diniyev və Samir Əliyevdən yalnız sonuncu bu futbolçulardan birinin, yaxud hər ikisinin yeni mövsümdə sərəncamında ola biləcəyini gizlətməmişdi. Samir bəy bəndənizlə söhbətdə Vaqiflə Vüqarın təcrübəsinin istənilən komandaya fayda verəcəyini desə də, qiymət baxımından bahalı olduqlarını düşünüb onlarla danışığa başlamağın mənasız olduğunu vurğulamışdı. Lakin Nadirovun qəzetimizə müsahibəsində işlətdiyi “məni pul yox, oynamaq maraqlandırır” fikirlərini Samir bəyin diqqətinə çatdırandan sonra baş məşqçinin fikirləri 180 dərəcə dəyişmişdi. Həm “Futbol+”in sabiq yığma üzvlərinin gələcək taleyi ilə maraqlanması, həm də Nadirovun verdiyi müsahibə işə yarayıb. Belə ki, “Səbail” uzun illər millinin və “Qarabağ”ın formasını geyən Vüqarla birillik müqavilə bağlayıb. Dünən klub rəsmiləri ilə görüşən futbolçu rəsmi sənədə qol çəkməyə imkan tapıb.
Bir neçə gün sonra 30 yaşını tamamlayacaq futbolçu üçün “Səbail” uyğun seçim ola bilər. Artıq iki ildi əvvəlki formasından uzaq düşən Vüqar “Qəbələ”, “İnter” və “Qarabağ”da özünü göstərə bilmirdi. Buna səbəb isə həmin komandaların medallara iddia etməsi və belədə baş məşqçilərin hazır olan futbolçulara güvənməsiydi. Belə deyək, Vüqara özünə gəlmək üçün şans verilmirdi. Nadirov bu mənada qarşısına ciddi hədəflər qoyulmayan və əsasən gənc futbolçulardan qurulan “Səbail”də ikinci gəncliyini yaşaya bilər. Dünən səbəbkarla söhbətdə özü də bunu təsdiqlədi: “Samir Əliyev məni yaxşı tanıyır, mən də onu. Futbolçu olduğu dönəmlərdə millidə çiyin-çiyinə oynamışıq. Elə o vaxtdan yaxşı münasibətimiz var. Bu mənada işimiz asan olacaq. “Səbail”dən təklif gələndə düşünmədən “hə” dedim. Müsahibəmdə də bildirmişdim ki, indiki vəziyyətdə məni pul yox, oynamaq maraqlandırır. Yəni daim meydana çıxacağım, yenidən əvvəlki Vüqarı xatırladacağım yerə getmək istəyirdim. Dediyim sözün üstündə durdum. Və hansısa pul söhbəti etmədən anlaşmaya qol çəkdim. Çünki bu dəqiqə mənə oynamaq lazımdı. Səmimi deyirəm, alışıb-yanıram. “Səbail” premyer-liqaya yeni yüksəlib, klub və komanda olaraq elita təcrübəsi yoxdu. Biz təcrübəlilər bu baxımdan komandaya fayda verməliyik. İnşallah, “Səbail” mənə düşərli olar. Hiss elədim ki, məni yüksəködənişli futbolçu kimi qəbul edərək danışığa başlamaq istəməyiblər. Qəzetinizə verdiyim müsahibə yerinə düşdü. Mətbuatla münasibətim həmişə yaxşı olub, bundan sonra da belə olacaq. Heç vaxt sizlərdən qaçmamışam, problem yaşamamışam. Odu ki, bəzən belə anlarda mətbuatın işə qarışması da sözünü deyir. Klubla birillik müqaviləyə imza atdım”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Bu gün, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Bu gün, 23:13 U-17 yenə darmadağın oldu Bu gün, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Bu gün, 23:07 Yenilgidə hakim izi olmadı Bu gün, 23:06 Üzücü başlanğıc Bu gün, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Bu gün, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Bu gün, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Bu gün, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Bu gün, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Bu gün, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Bu gün, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Bu gün, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Bu gün, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Bu gün, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Bu gün, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Bu gün, 22:23 İkinci tur 2 günə sığacaq Bu gün, 22:21 Mik Benet təqdim olundu Bu gün, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar