09 in 22:22liqa

“Neftçi”dəki təyinatların yeri səhv düşdü

“Neftçi”dəki təyinatların yeri səhv düşdü
Kamal Quliyev: “Karyeramda geriyə addım işsiz qalmağım idi”

“Neftçi”də yeni təyinatlar gec də olsa, açıqlandı. Mətbuat və Marketinq Departamentinə rəhbər təyin olunan Rüstəm Əfsərlidən sonra Kamal Quliyevlə Eldəniz Yusifova da vəzifə veriləcəyi öncədən bilinirdi. Bu haqda ötən saylarımızda xəbər vermişdik. Lakin təyinatlar dünən rəsmiləşdi. Belə ki, 1997-2002-ci illər aralığında “Neftçi”də futbolçu kimi çıxış etmiş, 2011-2014-cü illərdə köməkçi-məşqçi kimi çalışmış Kamal Quliyev bu gündən etibarən akademiyada baş seleksiyaçı kimi çalışacaq. Eldəniz Yusifova isə əsas komandada baş menecer postu həvalə olunub. Halbuki öncədən yayılan xəbərlərdə bu iki şəxsin yeri dəyişik göstərilirdi. Yəni Yusifov “Neftçi”nin Futbol Akademiyasında baş əlaqələndirici olmalı, Quliyev isə kluba idman direktoru kimi gətirilməliydi. Son anda nələrin baş verdiyini deyə bilmərik. Fakt faktlığında qalır ki, vaxtilə Sadıq Sadıqovun rəhbərliyi altında çalışmış Kamal bəy əsas komandaya yaxın buraxılmayıb. Həm yeni təyinat, həm də yeni iş yeri ilə bağlı bir çox suallara aydınlıq gətimək üçün Kamal Quliyevlə əlaqə saxladıq.
- Yeni iş yeri münasibəti ilə sizi təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
- Çox sağ olun, Allah hər birinizdən razı olsun.
- İşə başlamısız?
- Artıq bu gündən işdəyəm.
- Öhdəliyiniz nədən ibarət olacaq?
- İş olan yerdə problemlər qaçılmazdı. Biz də bura çatışmazlıqları aradan qaldırmaq üçün gəlmişik. Klubun uşaq futboluna diqqət daha da artırılmalı, nöqsanları müəyyənləşdirib həllinə çalışmalıyıq. Uşaq futbolu bir klubun bünövrəsi deməkdi. Ona görə də akademiyaya xüsusi nəzarət olmalıdı.
- Məsələn, nə edəcəksiz?
- Onlarla istedadlı uşaqlar var ki, müəyyən məşqçilərin məsuliyyətsizliyi ucbatından lazım olan səviyyəyə çata bilmir, kənarda qalır. Halbuki həmin uşaqların ürəyi “Neftçi”ylə döyünür, futbolla nəfəs alırlar. İlk növbədə o cür futbolçuları tapıb üzə çıxarmalı, məqsədyönlü inkişafına nail olmalıyıq. Baş məşqçilərlə mütəmadi əlaqə qurmalı, baş verən prosesləri, yəni məşqləri, oyunları izləməliyəm. Klubda uşaq futbolu adına nə varsa, onu ən üst səviyyədə ortaya qoymalıyıq.
- Baş seleksiyaçı vəzifəsinə təyinat almısız. İxtiyarınızda əlavə seleksiyaçı-məşqçilər də olacaq, yoxsa proseslərə tək nəzarət etməlisiz?
- Bu dəqiqə dəqiq söz deyə bilmərəm. Yəqin ki, seleksiyaçı-məşqçilər də olacaq. “Neftçala”da baş məşqçi işlədiyim dönəmlərdə köməkçilərimi özümdən ayırmamışam. Görüləcək işləri hamımızın əziyyəti kimi təqdim edirdim. Özümü onlardan ayırmağı yaxşı hal saymamışam. Çünki tək əldən səs çıxmır. Hamımız bir məqsədə xidmət etməliyik. Çox güman, bu işdə mənə kömək edənlər olacaq.
- Sizdən tələb olunan təkcə akademiyaya nəzarət etməkdi, yoxsa regionlarda istedadlı gənc və yeniyetmələrin aşkara çıxarılması da öhdənizə düşəcək?
- Söhbət uşaq futbolundan gedirsə, daim axtarışda olmaq mütləqdi. Gəzməli, axtarmalı, üzə çıxarmalıyıq. Ağsu rayonunun Bico kəndindən Kamal Quliyev ad-soyadlı futbolçu çıxıb “Neftçi” və milli səviyyəsinə qədər yüksələ bilmişdisə, deməli, istənilən kənd və rayonda onlarla, yüzlərlə bacarıqlı uşaq var. Sadəcə, belələrini vaxtında aşkarlamaq, düzgün istiqamətə yönəltmək lazımdı. Bizim vaxtımızda gələcəyin futbolçularını məhəllə futbolundan, Bədən tərbiyəsi dərslərindən seçirdilər. Bu ənənəni davam etdirməliyik. Hardasa istedadlı uşaq varsa, onun arxasınca lap dünyanın o başına da getməyə hazıram. Təki “Neftçi”nin gələcəyinə fayda verək.
- Vaxtilə “Neftçi”nin əsas komandasında Böyükağa Hacıyevin köməkçisi vəzifəsində çalışmış, çempionluqlar, kuboklar, Avroliqanın qrup mərhələsini görmüşdüz. Daha sonra “Neftçala”nın baş məşqçisi olmuş, birinci divizionda iki dəfə çempionluq sevinci yaşamışdız. Böyük futbolda qazanılan uğurlardan sonra uşaq futbolunda çalışmaq çətinlik yaratmayacaq?
- Hər bir işin başlanğıcında çətinlik var, bu normaldı. Ola bilsin, bir müddət müəyyən çətinliklərim olacaq. Futbolun ikinci adı yoxdu, hər yerdə eynidi. İstər uşaq futbolunda olsun, istərsə də peşəkar futbolda. Yəni futbolun dili eynidi. Bir oyun ki, meydançadan və topdan ibarətdi, orda hansısa yenilik ola bilməz. Yenilik ilk dəfə görəcəyin işi sirlərindədi. Ona görə dedim ki, başlanğıcda müəyyən çətinliyin olması normaldı. İşsiz vaxtlarımda küçədən keçəndə futbol oynayan uşaqlara baxıb kimin nəyə qadir olduğunu müəyyənləşdirə bilirdim. Eyni işi “Neftçi”də görəcəm. Bundan başqa, uşaqlara klubu, futbolu sevdirməli, “Neftçi”nin adının hansı məna daşıdığını aşılamalıyıq. Problemləri, nöqsanları müəyyənləşdirib aradan qaldırmalıyıq.
- Uşaq futbolunda seleksiyaçı-məşqçi kimi çalışmağı karyeranızda geriyə addım hesab edirsiz?
- Xeyr, qətiyyən belə düşünmürəm. Karyeramda geriyə addım işsiz qalmağım idi. Bu gün yenidən futbol ailəsinin içindəyəmsə, bu mənim üçün yeni təcrübədi. Təhsilimi artırmaq, bilmədiklərimi öyrənmək üçün vaxtım və şansım olacaq. Elə xırdalıqlar var ki, bəlkə də xəbərsizəm. İş prosesində onları da öyrənəcəm.
- Kluba idman direktoru təyin olunacağınız gözlənilirdi. Eldəniz Yusifov isə akademiyada baş əlaqələndirici kimi çalışmalıydı. Sanki yerləriniz səhv düşdü.
- Rəhbərlik məni bu postda görübsə, heç nə deyə bilmərəm. Tapşırılan işi layiqincə yerinə yetirməliyəm.
- Klub rəsmiləriylə ilk dəfə görüşüb danışanda, söhbət əsas komandada çalışmaqdan getmişdi, yoxsa uşaq futbolunda?
- Əsas komandada çalışmaqla bağlı, ümumiyyətlə, söhbətimiz olmamışdı. İdman direktoru vəzifəsi söhbəti var idi ki, həmin post ləğv olunduğundan təyinat baş tutmadı. Fəaliyyətim dövründə əsas komanda ilə əlaqələrim olmayacaq. Sırf akademiyanın uğurlu olması üçün çalışacam.
- Kimin yerinə gətirildiyinizdən xəbəriniz var?
- Təyinatım bu gün açıqlanıb, ona görə də çox şeydən xəbərsizəm. İnşallah, zamanla bütün məlumatlara sahib olacam.
- Sizə qədər baş seleksiyaçı Səmədağa Şıxlarov idi. Lakin onunla yeni müqavilə imzalanmadı.
- Açığı, bu haqda ilk dəfə sizdən eşidirəm. Səmədağa müəllimlə tez-tez görüşürük, danışırıq. Amma “Neftçi”də hansı vəzifədə çalışdığını bilmirdim, soruşmamışdım.
- Görüşmək, hansısa məsləhət almaq fikriniz var? Hər halda, “Neftçi”nin uşaq futbolundakı problemlərdən, yaxud baş verən proseslərdən xəbərdardı.
- Səmədağa Şıxlarovla görüşüb söhbət etmək öz yerində. Bundan əlavə, seleksiya işində böyük təcrübəsi olan şəxslərlə də fikir mübadiləsi aparacam. Onların təcrübəsinə, məsləhətlərinə ehtiyac var. Öyrənmək heç vaxt gec deyil. Əbəs yerə “məsləhətli don gen olar” deməyiblər ki.
- Nə yaxşı sizi “Neftçi”yə yaxın buraxdılar?
- Nə mənada?
- İndiki rəhbərlik Sadıq Sadıqovun dönəmində klubda çalışanları “təmizlədiyi” halda, sizə “xoş gəlmisiz” deyilməsi təəccüblü göründü. Həm də daim müxalif fikirli olmusuz, ölkə futbolunun problemlərini çəkinmədən dilə gətirmisiz. Belələrinə isə Azərbaycan futbolunda yer tapılmır.
- Son vaxtlar baxıram, hamı bir şey yazır. Üzür istəyirəm, milçək bir şey deyil, amma ürək bulandırır. Mənə elə gəlir ki, Kamal Quliyev olaraq “Neftçi”də xidmətlərim az olmayıb. Yəqin klub rəhbərliyi keçmişi nəzərə alaraq qərar verib. Buna görə klub başbilənlərinə təşəkkür etmək istəyirəm. Sağ olsunlar ki, məni yenidən öz ailəmə qaytardılar. Sağlıq olsun, qısa vaxtda gördüyümüz işlərlə ümidləri doğruldarıq.
- Sizi “Neftçi”dən danışıqlara dəvət etdilər, yoxsa “yuxarılardan” kiminsə məsləhəti, tapşırığı əsasında gəldiz?
- Sözün düzünü deyən adamam və necə baş verdiyini gizlətmək istəmirəm. Yenidən “Neftçi”də çalışmaqla bağlı özüm müraciət etmişdim. Sağ olsunlar, müraciətimə baxıb danışıqlara dəvət etdilər.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Bu gün, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Bu gün, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Bu gün, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Bu gün, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Bu gün, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Bu gün, 00:05 Turun oyunçusu Bu gün, 00:04 TURUN SİTATI Bu gün, 00:02 Məhsuldarlıq rekord vurdu Bu gün, 00:01 Turun statistikası Dünən, 23:59 TURUN MƏŞQÇİSİ Dünən, 23:58 Turdan məqamlar Dünən, 23:56 16 medalın izi ilə... Dünən, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu Dünən, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi Dünən, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır Bütün xəbərlər
Ən çox oxunanlar