07 in 19:02liqa

MOİK ordunun yaranmasının 100 illiyində çempionluğa oynayacaq

MOİK ordunun yaranmasının 100 illiyində çempionluğa oynayacaq
Oqtay Abdullayev baş katiblə görüşü gözləyir

Artıq ayyarıma yaxındı ki, birinci divizionda mövsüm başa çatıb. Aşağı dəstədən premyer-liqaya yalnız “Səbail” yüksəldi. Qalan komandalar isə lisenziyalaşdırmanın şərtlərinə cavab verə bilmədiyindən arzuları ürəyində qaldı. Demək olar ki, hamısına maliyyə, daha doğrusu, sponsor problemi elitaya yüksəlməyə mane oldu. Aşağı dəstədə yeni mövsüm isə sentyabrda başlayacaq. Bəli, təxminən 3 aydan sonra. Bir müddət bəzi klubların rəsmiləri açıqlamalarında bildirmişdi ki, iyunun ilk həftəsində toplantı olacaq, yeni planlar müzakirəyə çıxarılacaq. Görəsən, klub rəsmiləri və çalışdırıcılar bir araya gəlibmi? İddialılardan yeni mövsüm üçün plan quranlar varmı?
Rüfət Quliyev, “Ağsu”nun baş məşqçisi: “Hələlik istirahətdəyik. Çempionatın nə vaxt başlayacağı bəlli deyil. Yəqin ki, sentyabrın ortalarında başlayacaq. Biz də planlaşdırmışıq ki, iyulun sonu və ya avqustun əvvəlində təlim-məşq toplanışına başlayaq. Məşqlərə başlamasaq da, planlarımız hazırdı. Komandadan bir neçə futbolçu ayrılıb. Bunlar Orxan Məmmədov, Ruslan Həsənov, Ramil Həşimzadə, Ömər Mahmudzadə və Fariz Nəcəfovdu. Bu oyunçularla vidalaşmağımızın əsas səbəbi yaşla bağlıdı. Aralarında iki nəfər gənc var ki, onları da son mövsümdə sınadıq, lakin çıxışları bizi qane etmədi. Biz gələcəyimiz haqda düşünürük. Bu üzdən yenə də ənənəvi siyasətimizə əməl edəcəyik. Komandanın daha da gəncləşməsi üçün çalışırıq. Aşağı yaş qruplarından futbolçular cəlb olunacaq”.
Bəxtiyar Musayev, “Zaqatala”nın idman direktoru: “Hamı kimi biz də dincəlirik. Birinci divizionun başlamasına hələ vaxt çoxdu. Klubda heç bir yenilik yoxdu. Biz də gözləyirik. Rəhbərlik bir araya gələrək planları müzakirə etməyib. Yaxın zamanda bəlkə toplaşdıq. Bütün planlar ayrılacaq maliyyədən asılıdı. Buna uyğun planlarımızı quracağıq. Baş məşqçi məsələsinə də aydınlıq gəlməyib. Təəssüf ki, maliyyə ilə bağlı xəbər gecikir. Yalnız hansı büdcə ilə çıxış edəcəyimiz bəlli olandan sonra necə komanda formalaşdıracağımızı biləcəyik. Naxçıvanda keçirilən turnirdə yerli uşaqlarla çıxış etik. Futbolçulardan yalnız biri gedib. Emin Mehdiyev “Səbail”lə müqavilə bağlayıb. Amma ola bilər ki, bəzi oyunçularla vidalaşdıq”.
Azər Bağırov, “Qaradağ Lökbatan”ın baş məşqçisi: “Komanda ilə bağlı yeni xəbər yoxdu. Çempionatın başlamasına hələ çox var. Rəhbərliklə görüşməmişik. Yaxın zamanda gələcək planlarla bağlı toplantı olacaq. Həmin görüşdə büdcə və hədəf bəlli olacaq. Komandadan 6-7 futbolçu göndəriləcək. Bu da limitlə bağlıdı. Yeni mövsümün yaş limiti ilə bağlı xəbər yoxdu. Yeni cəlb edəcəyimiz oyunçuların əksəriyyəti gənc olacaq. Uzağı bir təcrübəli futbolçu ala bilərik. Bu da limit məsələsindən sonra bilinəcək. İkinci dövrədə transfer məsələlərində bəzi səhvlərə yol verdik. Oyunçu götürdük, limiti sonra açıqladılar, bu üzdən çıxılmaz vəziyyətdə qaldıq. Mən istəyirəm ki, yeni mövsümdə daha yüksək yer tutaq. Bütün cavan məşqçilərin arzusudu ki, özünü sübut etsin. Toplanış üçün ölkə xaricinə getmək variantımız da yarana bilər. Hər şey məlum görüşdən sonra aydın olacaq”.
Oqtay Abdullayev, “Turan Tovuz”un Müşahidə Şurasının sədri: “Hələ heç nəyi planlaşdırmamışıq. Fikirləşirik ki, yaxın günlərdə toplantı keçirək. Sonra da AFFA-nın baş katibi Elxan Məmmədovla görüşək. Çünki biz assosiasiyadan maliyyələşirik. Hər şey baş katiblə görüşdən asılıdı. Sonra gedəcəyik Tovuza, orda iş adamları ilə görüşəcəyik. Bizə kömək etmək istəyən insanlar var. Komandadan iki nəfər ayrılıb. İlkin Sadıqov “Kəpəz”ə, Aqşin Qiyaslı isə “Səbail”ə gedib. Yeni mövsümdə də komandanı Əsgər Abdullayev çalışdıracaq”.
Elvin Yaqubov, MOİK-in mətbuat katibi: “Hazırda komanda istirahətdədi. Naxçıvan turnirindəki qələbədən sonra futbolçulara istirahət verilib. Komandanın dağılacağı ilə bağlı xəbərlər əsassızdı. Təlim-məşq toplanışına iyunun sonunda başlayacağıq. Gələn il ordumuzun yaranmasının 100 illiyidi. MOİK də ordunu təmsil edir. Yubileylə bağlı konkret məqsədimiz odu ki, birinci divizionda çempion olaq və premyer-liqaya vəsiqə qazanaq. Komandadan 4 futbolçu gedib. Onların adlarını açıqlaya bilmərəm. Yalnız onu vurğulayım ki, həmin futbolçularla bağlı qərar Naxçıvandakı turnirdən sonra verilib. Komandaya yaxın zamanda bir neçə futbolçu cəlb olunacaq”.
Qeyd edək ki, “Mil-Muğan” və “Şəmkir”dən məlumat ala bilmədik.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar