05 in 12:58liqa

“İnter” rəsmisi Kamran Ağayevlə bağlı sualdan yayındı

“İnter” rəsmisi Kamran Ağayevlə bağlı sualdan yayındı
Qolkiperin atası oğlunun xaricə yollanmasını istəmir

Avropa Liqasında ölkəmizi təmsil edəcək “İnter” hazırlıqları davam etdirir. İyunun 6-da Türkiyəyə təlim-məşq toplanışına yollanacaq bakılılar yayda heyətini gücləndirə bilməyəcək. Məlum olduğu kimi, buna səbəb FİFA-nın komandaya qoyduğu transfer qadağasıdı. Qışda isə bu qadağa aradan qalxacaq və klub heyətini gücləndirmək imkanını yenidən bərpa edəcək. Yanvara kimi bir neçə ay qalsa da, klubun yeni rəhbərliyi artıq indidən işlərə start verib. Ötən sayımızda yazdığımız kimi, “İnter” sabiq qapıçısı Kamran Ağayevi heyətinə qaytarmaq istəyir. AFFA-nın himayədarlıq etdiyi paytaxt təmsilçisi “Boavişta”dan ayrılandan sonra heç kimə lazım olmayan millinin qolkiperini yenidən rənglərinə bağlamaqda israrlıdı. Daha dəqiq desək, assosiasiya özü bunu istəyir. Yəni AFFA yığma üzvünün klubsuz qalmasında maraqlı deyil. Kamran Ağayev qışa kimi “İnter”lə məşq edəcək, sonra bakılılarla rəsmi müqavilə bağlayıb, meydana çıxmaq şansı qazanacaq.
Məsələ ilə bağlı Kamranın özünün reaksiyasını öyrənməyə çalışdıq. Lakin Avstriyada yığmanın heyətində təlim-məşq toplanışında olan qolkiperlə əlaqə saxlamaq mümkün olmadı. Bu üzdən Ağayevin atası Adil bəylə danışdıq. O, oğlunun “İnter”ə keçmək varinatının olmadığını söylədi: “Bu gün (dünən) səhər sizin qəzetinizi oxudum. Elə manşetə baxdım, heç yazının içinə baxmadım. Çünki Kamranın “İnter”ə keçəcəyi doğru xəbər deyil. Axı bu komandanın transfer qadağası var. Kamranın “İnter”ə keçməsi mümkünsüzdü. Oynamadan hansısa kluba keçmək doğru deyil axı. Özü buna razı olmaz”.
Adil bəyin sözlərinə görə, oğluna Avropa və Rusiya klublarından təkliflər var: “Düzünü desəm, Kamrana təkliflər var. Ölkə daxilindən olmasa da, xarici klublar onunla maraqlanır. Rusiyanın bir neçə klubundan təklif gəlib. Həmçinin iki Avropa komandası onunla əlaqə saxlayıb. Amma mən istəyirəm Kamran ölkə daxilində çıxış etsin. Daha yaşı keçib, cavan deyil. Düşünüb, qərarını verməlidi. Özü hazırda Avstriyadadı. Sabah (bu gün) vətənə qayıdacaqlar. Millimizin Şimali İrlandiya ilə qarşılaşmasından sonra hansı kluba keçəcəyiyilə bağlı məsələlərə aydınlıq gələcək. Hələ heç nə bilinmir”.
“İnter”dən də rəsmi mövqe öyrənmək yerinə düşərdi. Bu üzdən klubun icraçı direktoru Rəmiş Malıyevlə əlaqə saxlamağa cəhd etdik. Lakin o, zənglərimizə cavab vermədi. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov isə məsələyə belə münasibət bildirdi. Daha doğrusu, “nala-mıxa vurdu»: “Bildiyiniz kimi, yanvar ayına qədər klubun transfer qadağası var. Bu üzdən yeni futbolçuların cəlb edilməsinə bu ilin dekabrında və gələn ilin yanvarında baxılacaq. Bundan əlavə heç nə deyə bilmərəm”.
Xatırladaq ki, Kamran Ağayev 2015/16 mövsümündə “İnter”də çıxış edib. Həmin mövsüm qapıçı 9 dəfə meydana çıxıb.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar