02 in 15:12liqa

“Qəbələ” Ozobiçi satmağa hazırdı

“Qəbələ” Ozobiçi satmağa hazırdı
Zaur Əzizov: ““Təmizliy”i başa vurduq, indi sıra komandanı gücləndirməyə çatıb”

Mövsüm başa çatandan sonra “yarpaq tökümü” müşahidə olunan iki klubdan biri “Kəpəz”disə, digəri “Qəbələ”di. Gəncəlilərin durumu məlumdu. “Sarı-qaralar” maliyyə baxımından öncüllərdən sayılmır, kluba AFFA dəstək verir. Belədə ortabab futbolçulardan qurulması normaldı. Lakin hədəfləri böyük olan, ardıcıl üçüncü mövsümdə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləyən “Qəbələ”də kütləvi gedişlər bir qədər riskli görünür. Artıq 8 futbolçu ilə yollar ayrılıb ki, yarısından çoxu əsas heyət üzvü sayılırdı. Yenilərdən isə səs-soraq yoxdu. Halbuki komanda bir ay ərzində güclənməli, yeni transferlər ab-havaya uyğunlaşmalı, baş məşqçinin onlardan nə istədiyini bilməlidi. Bu isə 5-10 günün işi deyil. Bölgə təmsilçisində nələrin yaşandığına aydınlıq gətirmək üçün klubun meneceri Zaur Əzizovla danışdıq.
- İstirahət davam edir, yoxsa dincəlmək siz klub rəsmilərinə aid deyil?
- Yəqin ki, bütün klublarda belədi. Mövsüm başa çatandan sonra biz ikiqat artıq çalışırıq. Dincəlməkdən çox işi düşünürük.
- Hansı yöndə çalışırsız?
- Heyəti gücləndirmək yönündə.
- Nədənsə ancaq klubu tərk edənlərin adlarına rast gəlirik. Güclənmək baxımından yenilik yoxdu.
- Bu, futbolun yazılmamış qanunudu. Hər yerdə belədi, birinci “təmizlik” işlərinə start verilir, daha sonra güclənmə prosesinə keçilir. “Təmizliy”i başa vurduq, indi sıra komandanı gücləndirməyə çatıb. Gedənləri müəyyənləşdirmədən, özlərinə və ictimaiyyətə açıqlamadan yenilərlə müqavilə bağlamaq mümkün deyil.
- “Qəbələ”də maraqlı ənənə yaranıb. Hər ilin yayında komanda “sökülüb” yenidən qurulur. Nəyin göstəricisidi, nəyin nəticəsidi?
- Xüsusi səbəb yoxdu. Yalnız bir səbəb var, bu da heyəti gücləndirməklə bağlıdı. Başa çatan mövsümdə nə əldə etdik?
- Həm premyer-liqada, həm də ölkə kubokunda gümüş medalları.
- Deməli, həmin heyətlə maksimum nəticə əldə olunmayıb. Nəticələri daha da yaxşılaşdırmalıyıq. Belədə dəyişikliklər qaçılmazdı.
- Deyilənə görə, 8 futbolçunun gedişində maliyyə sıxıntısı da az rol oynamayıb. Sualı belə qoyum, həqiqətənmi növbəti mövsüm üçün “Qəbələ”nin maaş büdcəsi azaldılıb?
- İstənilən futbolçudan soruşa da bilərsiz, “Qəbələ”də maliyyə problemi olmayıb. Ölkədaxili yarışlarda uğur qazanmaq üçün kifayət qədər yaxşı sayıla biləcək büdcəyə sahibik. Bundan tam rahatıq. Hansısa futbolçu düşünmədiyimiz pulu istəyirsə və biz onu verə bilmiriksə, bu, klubda maliyyə probleminin olması anlamına gələ bilməz. Şərti deyim, hansısa futbolçunun dəyəri 5 manatdı, amma o bizdən 8 manat istəyir. Biz o maaşı vermiriksə, söhbət maliyyə problemində deyil. Sadəcə, hər oyunçuya dəyərinə uyğun əməkhaqqı təklif edirik. Razılaşan qalır, razılaşmayanla əl sıxıb vidalaşırıq.
- Titul hədəfinə çata bilməyəndən sonra maaş büdcəsi ötən mövsümdəki kimi qalacaq?
- Hazırda ötən mövsümə yaxın olan büdcəylə çalışırıq, ona uyğun addım atırıq. Yaxın günlərdə bununla bağlı dəqiq məlumat gələcək. Artım olmayacaq, bunu bilirik. Amma ciddi məbləğdə azalmadan da söhbət gedə bilməz.
- Nika Kvekveskiri ilə maliyyə şərtlərində anlaşa bilmədiz deyə getdi. Başqa hansı futbolçu ilə pul məsələsində ortaq məxrəcə gələ bilmədiz?
- Xeyr. Başqalarıyla, ümumiyyətlə, pul söhbəti olmadı. Yalnız Nika ilə maddi planda fikir ayrılığı yaşandı.
- Bəs Sergey Zenyov?
- Zenyov baş məşqçi ilə klub rəhbərliyinin ortaq qərarı əsasında ayrıldı. Maliyyə ilə bağlı danışıq olmamışdı.
- Kvekveskiriyə qayıdaq. Bir neçə gün öncə özü ilə danışdım və açıq etiraf etdi ki, “Qəbələ” ilə pul məsələsində ortaq məxrəcə gələ bilmədik. Yəni razılıq əldə olunsaydı, “Tobol”a getməyəcəkdi. İstədiyi məbləğ Azərbaycan reallığı üçün fantastik idi?
- Nikanın istədiyi maaşı götür-qoy edəndən sonra belə qərara gəldik ki, həmin pula başqa oyunçu ala bilərik. Söz yox, əməkhaqqının artırılması gündəmdə idi. Əsas heyətin üzvü sayılsa da, ötən mövsüm legionerlər arasında ən az maaşı o alırdı. U-21-də oynayan gənc futbolçularla aşağı-yuxarı eyni pulu alırdı. Təbii, klub olaraq bizə sərf edirdi. Mövsüm başa çatandan sonra maaşının artırılması haqda düşünürdük. Amma o özü getməkdə maraqlı idi. Çünki “Tobol”da həmyerlisi olan baş məşqçi Omari Tetradzenin siyahısında alınması vacib bir nömrəli futbolçuydu. Düşünmək üçün bizdən vaxt istəmişdi. Lakin sonradan etiraf etdi ki, arada ciddi maliyyə fərqi var deyə getməliyəm.
- Razılaşarsız ki, komandanın “düşünən beyni” əsasən orta sahədə yer alan yaradıcı futbolçular sayılır. Sizdə belə futbolçulardan biri Kvekveskiri idisə, digəri Rəşad Sadiqov sayılırdı. Hər ikisinin ayrılığı istər-istəməz özünü göstərəcək. Kvekveskirini bildik, Rəşadın gedişi nə ilə bağlıydı?
- Rəşadla xöş münasibətlə ayrıldıq, arada hansısa narazılıq olmadı. Bunu özü ilə söhbətdə də öyrənə bilərsiz. Komandada qala da bilərdi. Özü ilə razılaşmışıq deyə, bu məsələ haqda ətraflı danışmaq istəmirəm. Amma sizinlə razıyam ki, bu iki futbolçunun komandanı eyni anda tərk etməsi təsir edə bilər. Məşqçilər heyəti ilə klub rəhbərliyi belə qərara gəlibsə, hansısa çıxış yolları tapmağa çalışmalıyıq.
- Belə başa düşdüm ki, Sadiqovda pul söhbəti deyildi, gedişini baş məşqçi istəyib.
- Bu məsələdə Rəşadın özüylə də danışdıq. Ortaq qərar bu idi.
- Filip Ozobiçin “Qəbələ” ilə müqaviləsinin müddəti davam edir, elədi?
- Bəli.
- Bildiyimə görə, xorvat futbolçu təklif bolluğunda “üzür”. Hətta bununla bağlı “Qəbələ” rəsmilərinə də məlumat verilib. Hansısa yenilik var?
- Yenilik ancaq zəng səviyyəsində olub, rəsmiyyət yoxdu. Əlaqə saxlayıb maraqlanırlar, soruşurlar. Konkret təklif yoxdu.
- “Qəbələ”ni tərk etməsi mümkündü?
- Təkcə Ozobiçi yox, istənilən futbolçunu klubun maraqları çərçivəsində sata bilərik.
- Bu məlumdu. Ancaq elə futbolçu var ki, heç bir məbləğ qarşılığında satılmır. Məsələn, vaxtilə Reynaldoya, Riçard Almeydaya görə “Qarabağ”a edilən təkliflərə klub isti yanaşmırdı.
- Təklif klubun maraqları ilə üst-üstə düşsə, imtina etməyəcəyik.
- Ad soruşsam, onsuz da deməyəcəksiz. Maraqlananlar hansı ölkələrin təmsilçiləridi.
- Əsasən Türkiyə və Rusiya elitalarında çıxış edən klublardı.
- Elədisə, niyə rəsmi təklif göndərmirlər?
- Onu özlərindən soruşmaq lazımdı.
- Bəlkə telefonda qiymət “öldürüb”, sonra təklifə keçmək istəyirlər?
- Biz kiminləsə bazarlıq etmirik ki. Düşündüyümüz məbləğ var ki, onu söyləyirik.
- Güclənmək yönündə hansı işlər görülür?
- Bununla bağlı gün ərzində kifayət qədər iş gedir. Sutkanın böyük hissəsini komandanın gücləndirilməsi ilə bağlı planlara ayırmışıq.
- Məsələsinə nöqtə qoyulan futbolçu var?
- Hələ ki beləsi yoxdu. Bəyəndiyimiz və maraqlandığımız futbolçular var.
- Azərbaycana gəlməyə razıdılar?
- Ən böyük problemimiz budu. Danışıqlarda ciddi problemlərlə üzləşirik.
- Azərbaycan təmsilçisi, üstəgəl bölgə komandası. İstər-istəməz qiymət “oxuyurlar”.
- Hansısa legioner ölkəsini tərk edib gəlirsə, aydın məsələdi ki, maliyyəni düşünür. Yəni söhbət sırf puldan, yaxud Bakı ilə Qəbələ arasındakı məsafədən getmir. Sadəcə, ailə və məişət məsələlərində ortaya problemlər çıxır. Eləsi var, xanımı ölkəsində işləyir. Eləsi var, uşaqları məktəbə gedir. Belə olanda da həm futbolçu, həm də biz sual qarşısında qalırıq.
- Söhbət “Qəbələ” kimi iddialı komandadan gedirsə, məntiqlə, gedən 8 futbolçunun əvəzində azı səkkizi alınmalıdı. Belə də olacaq?
- Bəli.
- Komanda hazırlığa ayın 3-də başlayır?
- Yerli futbolçular iyunun 3-də Bakıda bir araya gələcək. 7-də isə Avstriyada təlim-məşq toplanışına start veriləcək.
- Danışıq apardığınız futbolçular kollektivə Avstriyada qoşulacaq?
- Avstriyaya yollanmaları üçün yaxın bir-iki gün ərzində imza atmaları lazımdı. Hələ ki belə bir şey yoxdu.
- Gecikmirsiz?
- İş prosesidi. Kənardan göründüyü qədər asan deyil. Hər halda, biz də qısa vaxt ərzində ən yaxşısını etməyə çalışırıq. Avroliqa oyunlarına hələ vaxt var.
- Elvin Məmmədovdan nə xəbər var?
- Klubla futbolçu arasında ilkin razılıq əldə olunub. Millinin toplanışından sonra məsələnin rəsmiləşməsi ehtimalı yüksəkdi.
- Siyahıda yerli futbolçulardan yenə kim(lər)sə var?
- İlqar Qurbanovla danışıqlar gedir. Baş məşqçimizin bəyəndiyi futbolçulardandı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar