21 dek 15:16liqa, manset

Canelidze “Neftçi” üzərində qələbəni təsadüf saymır

Canelidze “Neftçi” üzərində qələbəni təsadüf saymır
Premyer-liqanın ilk yarısı başa çatdı. 14-cü turda xüsusi və maraqlı olay qeydə alınmadı. Amma AZAL-ın səfərdə “Neftçi”ni 1:0 hesabıyla məğlub etməsini turun ən qeyri-adi hadisəsi saya bilərik. Niyə? Çünki “təyyarəçilər” mövsümdə ilk qələbəsini qazandı və 231 gün sonra premyer-liqada 3 xalın sevincini yaşadı. Şüvəlanlıların 17 oyunluq qələbəsizlik seriyasını isə David Canelidze qırdı. Ümumiyyətlə, gürcü legioner bu mövsüm AZAL-ın premyer-liqada vurduğu 6 qoldan dördünün müəllifidi. Başqa sözlə desək, komanda 8 xaldan 4-nü məhz Canelidzenin qolları hesabına qazanıb. Bütün bunları nəzərə alıb 21 yaşlı futbolçu ilə danışmağı lazım bildik. Onunla komandanın ilk qələbəsi, durumu, gələcək planları haqda söhbətləşdik.
- David, “Neftçi”ni səfərdə məğlub edib, premyer-liqada ilk qələbəni qazandız. Bu sənin üçün necə hissdi?
- Təbii ki, ilk qələbə məni sevindirir. O cümlədən komandanı. Uzun müddət idi bunu gözləyirdik. Yaxşı oynadıq, özümüzdə inam tapdıq və sonda nəticəni qazandıq. Hər şey etdik ki, fasiləyə yaxşı əhval-ruhiyyədə yollanaq. Biz hər oyuna qələbə üçün çıxırıq. Amma qələbə qazanmaq üçün həmişə nəsə çatışmırdı. Bu dəfə biz bunu bacardıq.
- Komandaya ilk 3 xalı gətirən qolun müəllifi oldun. Yəqin ki, indi hamıdan çox sən xoşbəxtsən.
- Düzdü, buna xüsusi sevinirəm. Amma qələbəni komanda qazanıb. Biz bütün görüşlərə qələbə qazanmaq üçün çıxırıq. Bu qələbə bizə əlavə motivasiya verəcək. Növbəti oyunlarda xal və xallar qazanmağımıza yardım edəcək.
- Tərlan Əhmədov matçdan sonra xüsusi nəsə dedi?
- Xüsusi heç nə demədi. O yaxşı bilir və görür ki, biz ürəkdən oynayırıq. Hamımızı təbrik etdi, yaxşı oyuna görə təşəkkürünü bildirdi.
- Demək olarmı ki, bu qələbədən sonra AZAL-ın işləri yaxşı gedəcək, yoxsa bu bir təsadüf idi?
- Bunu demək hələ tezdi. Biz öz üzərimizdə çox işləməliyik. Çempionatın ikinci yarısında bundan da yaxşı çıxış etməliyik ki, sonuncu yerdən qurtulaq. Hər oyuna “Neftçi” ilə matçdakı emosiya, əhval-ruhiyyə ilə çıxsaq, hər şey yaxşı olacaq. Bu qələbənin təsadüf olduğunu düşünmürəm. Oynadıq, qazandıq. Yəqin ki, oyuna baxan hər kəs yaxşı oynadığımızı və qələbəyə layiq olduğumuzu inkar etməz.
- Növbəti matçınız kubokda “Qəbələ”yə qarşıdı. Mərhələnin taleyi isə hələ həll olunmayıb.
- Səfərdə 1:2 uduzmuşuq. Bu yaxşı hesabdı. Bizim hələ şansımız var. “Neftçi” ilə oyunu unudub, həmin görüşə hazırlaşırıq. Bizə 1:0 hesablı qələbə də bəs edir. Yalnız buna köklənmişik. Rəqibin heyətindəki kadr çatışmazlıqları haqda danışmaq istəməzdim. Bizim öz oyunumuz, planlarımız var. Yaxşı oynasaq, nəticə gələcək. “Qəbələ”yə Şüvəlanda asan olmayacaq. Qələbə qazanmaq üçün meydana çıxacağıq.
- Necə düşünürsən, AZAL-ın turnir cədvəlinin son pilləsində qərarlaşması yalnız maliyyə problemi ilə bağlıdı?
- İnanırsız, şəxsən mənim üçün maliyyə o qədər maraqlı deyil. Sonuncu pillədə olmağımızı da birbaşa bununla əlaqələndirməzdim. Meydana futbolçu çıxır, öz işini görür. Sonuncu yerdəyiksə, öz günahımızdı. Qalan detallar isə sonra gəlir. Biz hər kəsə sübut etməliyik ki, bu yerə layiq deyilik. Çempionatın 14 turu qalıb. Sonuncu pillədən qurtulmaq imkanlarımız olacaq.
- Kubokun 1/8 finalında “Rəvan”ı 4:0 hesabıyla məğlub etdiz. Həmin görüşdə rəqibin futbolçusu Zahid Quliyev səni bilərəkdən vurmuşdu və açıqlama vermişdi ki, oyunu qumara qoymusan. Bu məsələ necə həll olundu?
- Biz görüşdük, danışdıq. O məni dedi ki, 4 qol buraxdıqları üçün əsəbi olub, qarşısına çıxanı vurmaq istəyib. Təəssüf ki, həmin adam mən olmuşam. Zahid bildirdi ki, mətbuata elə açıqlama verməyib. Jurnalistlərin onu səhv anladığını və sözlərinin təhrif olunduğunu söylədi. Üstəlik, həm məndən, həm də klubdakı başqa futbolçulardan üzr istədi. Bununla da məsələ yoluna qoyuldu. Problemi özümüz həll etdik.
- Qarşıdan “transfer pəncərəsi” gəlir. AZAL-da qalacaqsan, yoxsa özünə yeni klub axtarışlarına başlamısan?
- Bu haqda hələ nəsə demək tezdi. “Qəbələ” ilə oyunumuz var. Özü də AZAL-la müqaviləm davam edir. Biz istəyirik ki, klubu bu vəziyyətdən çıxaraq. Yalnız bunun üçün çalışırıq, işləyirik. Hazırda ayrılmaq haqda düşünmürəm. Yaxşı təklifə bütün futbolçular “hə” deyir. Təklif olsa, baxarıq. Amma hazırda heç nə yoxdu.
- AZAL-ın qış planları bəlli olmasa da, “Qəbələ” ilə oyundan sonra istirahət başlayır. Tətili harda keçirəcəksən?
- Mən Tiflisdənəm. Təbii ki, doğma şəhərimdə istirahət edəcəm. Yeni ili də ailəmlə birgə keçirəcəm. Klubun qış planları da yəqin ki, yaxın günlərdə bəlli olacaq.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar