29 may 20:11liqa

Cavid İmamverdiyev “Neftçi”ni pula görə “Sumqayıt”a dəyişib

Cavid İmamverdiyev “Neftçi”ni pula görə “Sumqayıt”a dəyişib
“Vaxt var idi yan-yörəmdə Flavinyo, Vobay, Kanales oynayırdı”

Mövsüm başa çatar-çatmaz transfer bazarında ən çox fəallıq nümayiş etdirən klublardan biri “Sumqayıt” oldu. Bir sıra futbolçulara “qarmaq atan” “kimyaçılar”in yeni transferlərindən biri də Cavid İmamverdiyevdi. Razılaşaq ki, Cavid vaxtilə ən istedadlı futbolçulardan biri kimi önə çıxmağı bacarmışdı.Təbii ki, “Neftçi”nin heyətində. “Ağ-qaralar”ın Avroliqanın qrupuna vəsiqə qazanmasında onun da rolu danılmazdı. Bir ara yığmaya da yolu açılan yarımmüdafiəçi hətta Kiyev “Dinamo”suna baxışa yollandı. Ancaq İmamverdiyev orda qala bilmədi, ardınca “Elazığspor”la anlaşdı. Lakin PTT Liqası təmsilçisində də mövsüm uğurlu alınmayınca, yenidən “Neftçi”yə üz tutmaq məcburiyyətində qaldı. Bununla belə, son iki ildə “ağ-qaralar”ın heyətində heç də uğurlu kareyara yaşamadı. Nəhayət, mövsüm yekunlaşandan sonra “Neftçi” ilə yollarını ayıran futbolçu növbəti “futbol ili”ndə “Sumqayıt”ın şərəfini qoruyacaq. Onun “gənclik şəhəri” təmsilçisinin heyətində əvvəlki formasını bərpa edib-etməyəcəyini zaman göstərəcək. Dünən İmamverdiyevlə əlaqə saxlayıb, bizi maraqlandıran suallara cavab aldıq.
- “Sumqayıt”la anlaşdın. “Neftçi”də özün qalmaq istəmədin, yoxsa yolların ayrılmağını rəhbərlik istədi?
- Özüm qalmaq istəmədim. Uzun müddət idi “Neftçi”dəydim. Öz istəyimlə ayrıldım. “Sumqayıt” dediyim məbləği mənə verdi.
- “Neftçi”də maaşın az idi ki?
- Bəli. Az idi deyəndə ki... Cavanlarla eyni alırdım.
- Niyə? Bildiyimizə görə, əvvəl elə deyildi axı.
- Türkiyədən qayıdandan sonra maaşımı azaltmışdılar.
- Belə deyək, maliyyə məsələsində “Sumqayıt”ın şərtləri daha əlverişli idi?
- Elədi. Həm də “Neftçi”də mənimki artıq alınmırdı. Uzun müddət idi burdaydım. Odu ki, mühiti dəyişmək qərarına gəldim.
- Nə baş verirdi? Sanki əvvəlki Cavid deyildin. Ruhdan düşmüşdün, yoxsa “Neftçi” əvvəlki əzəmətini itirmişdi deyə motivasiya yox idi?
- Vaxt var idi yan-yörəmdə Flavinyo, Vobay, Kanales oynayırdı. Elə futbolçuların yanında sən də “artırırsan”. İndiki legionerlərin zəif olduğunu demirəm. Ancaq onların heç biri Flavinyo, Vobay və ya Kanales deyil.
- İndi o ifaçılar yoxdu deyə istər-istəməz ruhdan düşürsən?
- Əlbəttə. Avroliqanın qrupunda oynayandan sonra bu durum adamı həvəsdən salır.
- Ancaq “Sumqayıt”da da vobaylar, flavinyolar, kanaleslər olmayacaq...
- Artıq “Sumqayıt”da “partlayış” etmək lazımdı. İkiqat əzmlə çalışmalyam. Allahın işidi, bəlkə yenə də nə vaxtsa “Neftçi”yə qayıdacam.
- Ümumiyyətlə, “Neftçi”də son 2 ildə nə yaşanırdı? Hər halda, komandanın içində olmusan.
- Vallah, böyük bir problem görməmişəm. Sadəcə, getmirdi, alınmırdı. Kənardan elə görünürdü ki, sanki heç kim qaçmaq istəmir. Komanda ruhu yox idi. Həm də komanda təzədi deyə uşaqlar bir-birini o qədər də yaxşı başa düşmürdü. Ancaq insafla danışaq, maaş, mükafat yerli-yerində idi, vaxtında verilib, heç vaxt gecikdirilməyib.
- Bəlkə rəhbərlik sırf futbol adamı olmadığına görə komanda motivasiya olunmur?
- Elə deməzdim. Məni tanıyan hamı bilir ki, haqqa haqq, nahaqa nahaq deyən biriyəm. Rəhbərlik, eləcə də baş məşqçimiz həmişə komandanı yığırdı, hay-küy yox idi, çatışmazlıqlarla maraqlanırdılar.
- Bəlkə komandaya təzyiq çox idi?
- Mən elə düşünürəm ki, təzyiq “yuxarıdan” idi. Bu da komandaya da sirayət edirdi. Futbolçu isə uduzur, get-gedə buna öyrəşirsən. Məğlub psixologiyası yaranır.
- Necə düşünürsən, “Neftçi”də vəziyyət düzələcək?
- Tam səmimi deyirəm ki, “Neftçi” mənim üçün doğmadı, düzələcəyinə inanıram. Baxmayaraq ki, “Sumqayıt”da forma geyəcəm, “Neftçi”nin belə vəziyyətdə olmasına heç kim sevinmir. Çünki xalqın komandasıdı. Sənin-mənim deyil, xalqındı. Daha öncə belə bir açıqlama vermişdim ki, “Neftçi”də vəziyyətin düzəlməsi üçün mən də formamı çıxarıb gedərəm. Onu da elədim.
- Araz Abdullayev, Ruslan Qurbanov və indi də Cavid İmamverdiyev...
- Mən onlarla müqayisə olunmaq istəmirəm. Hər kəs fərqli səbəblərə görə gedə bilər. Mən isə nə üçün ayrıldığımı qeyd etdim.
- Maaşını bir qədər artırsaydılar, “Neftçi”də qalardın?
- Təbii, qalardım. “Neftçi” mənim doğma komandamdı. İnşallah, “Sumqayıt”da oynayaram, əvvəlki formamı bərpa edərəm. Lazım gələrsə, qaça-qaça “Neftçi”yə qayıdaram. Sadəcə, indi belə alındı.
- “Sumqayıt” səninlə nə vaxtdan maraqlanırdı?
- Onlar hələ ötən ildən mənimlə maraqlanırdılar. Ötən il də “Sumqayıt”a keçə bilərdim, ancaq alınmadı. Qismət bu ilə imiş. Həm Samir Abasov, həm də Ceyhun Sultanov mənə çox hörmət edirlər, dəstək olurlar, inanırlar. Mən də çalışacam ki, onların etimadını doğruldum. Allah utandırmasın.
- Bizimkilər Türkiyənin BAL liqasına üz tutur. Yaxşı da pul verirlər. Heç bu haqda düşünmüsən?
- Yox, qətiyyən. Mən o səviyyəyə düşməmişəm ki, BAL liqasına gedim. Hazırda əsas hədəfim “Sumqayıt”da özümə gəlməkdi. Lovğalıq kimi çıxmasın, hamı necə futbolçu olduğumu görüb. Bacarığım var, çalışsam, əvvəlki kimi oynaya bilərəm.
- Yığma da hədəflərdən biridi?
- Birinci hədəfim yığmadı. Millidən kənarda qalmağımın günahı hansısa məşqçidə yox, özümdədi. Çalışıb, formamı bərpa edib yenidən özümü sübut edəcəm.
FARİZ
Посмотреть стоит, возможно вам подойдет


тут

Вламазар Трампутыров сказал однажды...

-----


скачать активатор для windows 8.1

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq