29 may 19:44liqa

“Qarabağ”ın Avstriya planları bəlli oldu

“Qarabağ”ın Avstriya planları bəlli oldu
“Qarabağ”dakı sükut gələn həftənin ortalarında pozulacaq. Belə ki, Qurban Qurbanovun komandası ÇL hazırlıqlarına iyunun 1-də başlayacaq. Ölkəmizi ardıcıl 4-cü dəfə qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək Ağdam təmsilçisinin hazırlıq planı böyük ölçüdə bəllidi. Beş gün sonra Bakıda bir araya gələcək komanda 15 gün sonra təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Ağdamlıların bu ölkədə neçə gün qalacağı ÇL-in püşkatmasından asılı olacaq. Belə ki, “Qarabağ” ikinci təsnifat mərhələsində ilk görüşünü Bakıda keçirsə, Qurban Qurbanovun yetirmələri vətənə erkən qayıdacaq. Əks təqdirdə, yəni ilk matçına səfərdə çıxacağı halda, komandanın Avstriya toplanışının müddəti uzanacaq. “Qarabağ” hazırlıq müddətində minimum 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi də artıq müəyyənləşib. İlk matç iyunun 20-də Rusiya təmsilçisi “Terek”lə baş tutacaq. İyunun 24-də Sofiya MOİK-i ilə üz-üzə gələcək “Qarabağ” 4 gün sonra Moskva “Dinamo”su ilə qarşılaşacaq. Qurban Qurbanov yetirmələrini daha bir və ya iki sınaq matçında yoxlaya bilər. Bu isə qeyd etdiyimiz kimi, püşkatmadan asılı olacaq.
Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.
“Qarabağ”la bağlı növbəti xəbərin müəllifi italiyalı hücumçu Nikola Çitrodu. Əslində adı ağdamlılarla yanaşı hallanan forvardla bağlı klubun direktoru Əmrah Çəlikəlin açıqlamasına əsaslanıb “kitabı bağlaya” bilərdik. Ancaq bu dəfə Çitronun meneceri Alberto Berqossi danışıb ki, belədə istər-istəməz xəbərin doğruluğuna inanmalı olursan. Ölkəsinin “Sicilia” jurnalına danışan Berqossi Ağdam klubundan təklif aldıqlarını, ancaq hələlik qərar vermədiklərini deyib: "Çitroya “Qarabağ”dan təklif gəldiyini təsdiq edirəm. "Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək. Onu da deyim ki, yanvarda dostum Massimo Fikkadentinin çalışdırdığı Yaponiyanın "Saqan Tosu" klubu da Çitro üçün təklif göndərmişdi. Mən ona bu təklifi dəyərləndirməyi məsləhət gördüm. Ancaq o, B seriyasında yaxşı pul qazanırdı. İndi isə "Trapani" C seriyasına düşüb. Bu da onun planlara daxil deyil. Hələlik qərar verməmişik”.
Qeyd edək ki, İtaliya mətbuatı bir neçə gün öncə "Qarabağ"ın Çitroya 3 illik müqavilə və illik 300 min avro maaş təklif etdiyini yazmışdı.
Bu arada “Qarabağ”ın qapıçısı İbrahim Şehiç yenidən ölkəsinin yığmasına dəvət alıb. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn ay Yunanıstanla qarşılaşacaq Bosniya və Hersoqovina yığmasının heyəti açıqlanıb ki, baş məşqçi Mehmed Baydareviçin 31 namizədi arasında Şehiçin də adı var. O əsas heyətə düşmək uğrunda “Çelsi”nin qolkiperi Asmir Beqoviç və “Zrinski”dən olan Kenan Piriçlə rəqabət aparmalı olacaq. Qeyd edək ki, Bosniya və Hersoqovina – Yunanıstan matçı iyunun 9-da keçiriləcək.
Məlum olduğu kimi, Cənubi Afrika Respublikası millisinin də 2019-cu il Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Nigeriya ilə keçiriləcək oyun üçün heyəti açıqlanıb və “Qarabağ”ın hücumçusu Dino Ndlovunun adı yenə siyahıda yoxdu. Yığmanın yeni baş məşqçisi Stüart Bakster yerli mətbuata açıqlamasında Dinoya dəvət göndərməməsinin səbəbini izah edib və onu diqqətdə saxladığını deyib: “Futbolçuları izləmək mənim üçün çox vacibdi. 32 ildi məşqçi çalışıram. Dino haqda fikirlərim müsbətdi. Bu cür oynamaqda davam etsə, onu yığmaya çağırmaq haqda ciddi düşünəcəm. İndiki vəziyyətdə bu haqda nəsə demək tezdi. Mən onun oyununu izləyirəm. Düzdü, Dino Azərbaycanda işini layiqincə görür, qollar vurur. Amma başa düşməlidi ki, İtaliyada yox, Azərbaycanda oynayır. Düzdü, Azərbaycan çempionatı o qədər də zəif deyil, ancaq intizamsızdı. Məncə, seçimimi vicdanla etmişəm”.
Qeyd edək ki, Ndlovu indiyə qədər CAR millisində 4 oyun keçirib.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar