26 may 15:36liqa

Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq

Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq
Aslan Şahgəldiyev: “Mundial təqvimə təsir etməyəcək”

Mövsüm yeni başa çatıb. Ancaq yeni “futbol ili”nin startı ilə bağlı müəyyən cizgilər də var. Bir müddət əvvəl PFL-in prezidenti Ramin Musayev ölkə mətbuatına açıqlamasında “2017/18 mövsümü bir qədər gec - avqustun ortalarında başlayacaq” demişdi. Qurum rəhbərinin “bir qədər gec” ifadəsini işlətməsi başadüşüləndi. Çünki son illərdə premyer-liqa, adətən, avqustun ilk ongünlüyündə start götürüb. Növbəti çempionatın ilk turu isə böyük ehtimalla avqustun 12-13-də baş tutacaq. Hər halda, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev belə deyir: “Adətən, çempionata avqustun əvvəlində başlayırdıq. Çox güman, yeni mövsüm avqustun 12-13-də başlayacaq. Birhəftəlik yubanmanı istisna etmirəm, amma böyük ehtimalla start ayın ikinci həftəsonuna təsadüf edəcək”.
Artıq bəllidi ki, premyer-liqa yenə 8 komandanın iştirakıyla davam edəcək. Bəs birinci divizionda iştirakçıların sayı məlumdu? Şahgəldiyevin suala cavabı belə oldu: “Divizionla bağlı nəsə demək üçün tezdi. Həm də çox tez. Onu deyə bilərəm ki, yarışa sentyabrda start veriləcək. Kimin çıxışına davam edəcəyi, yeni klubların olub-olmayacağı bəlli deyil. Ən azı bizə rəsmi müraciət edən yoxdu. Ümumiyyətlə, bunun üçün hələ tezdi”.
Yeri gəlmişkən, Aslan bəydən “Binə” ilə bağlı yeniliyin olub-olmadığını da soruşduq. Hansı ki, Ramin Musayev yaxınlarda verdiyi açıqlamada bir iş adamının onunla görüşərək, bu adda klub yaradıb divizionda iştirak etmək niyyətini açıqlamışdı: “Düzünü deyim ki, bü məsələ ilə bağlı geniş məlumatım yoxdu. Sponsorunun kim olduğunu bilmirəm. PFL-ə sənəd təqdim edəndə öyrənəcəyik. Eşitdiyimə görə, belə fikir var”.
Məlum olduğu kimi, 2018-ci ilin yayında Rusiyada dünya çempionatı baş tutacaq. Görəsən, dörd ildən bir keçirilən nəhəng yarışın premyer-liqamızın təqviminə təsiri olacaqmı? Axı, adətən, FİFA və UEFA mötəbət turnir ərəfəsində milli assosiasiyalara daxili yarışları tez başa çatdırmağı tövsiyə edir: “Düzdü, əvvəlki DÇ-lərdə belə hal müşahidə olunub. Ancaq bizə hələ elə tövsiyə gəlməyib. Mundial iyunun 14-də başlayacaq. Əksər çempionatlar isə mayın sonunda yekunlaşacaq. Yəni hazırlaşmaq üçün yetərincə vaxt var. Göz gəzdirmişəm, bir çox liqaların təqvimi indidən bəllidi ki, hamısında çempionat mayın sonunda bitir. Çox güman, bizdə də elə olacaq”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar