26 may 15:27liqa

Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı

Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı
Komandanı tərk edənlərin sayı durmadan artır

Yenə yay fasiləsi, yenə “Qəbələ”nin xoş gələcəyi sual altında. Xatırlayırsızsa, ötən yay da eyni mənzərəyə şahidlik etmişdik. Komandanı avrokuboklara daşıyan futbolçulardan bir çoxu – Aleksey Qay, Aleksey Antonov, Ermin Zets, Dodo, Ruslan Abışov, Arif Daşdəmirov, Samir Zərgərov kimi futbolçular düşərgəni tərk etmiş, onların yerinə Filip Ozobiç, Ruslan Qurbanov, Baqali Dabo, Nika Kvekveski, Teo Uiks cəlb olunmuşdu. Yenilərdən formalaşdırılmış kollektivin Avroliqada uğur qazanmayacağı inandırıcı görünmürdü. Bölgə təmsilçisinin iki-üç mərhələ adlaması çətin görünsə də, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda ardıcıl ikinci il adı çəkilən turnirin qrup mərhələsinə yüksəlməyi bacardı.
Maraqlıdı ki, “yarpaq tökümü” bu dəfə də özünü göstərməkdədi. Məhəmməd Mirzəbəyov, Rəşad Eyyubov, Sergey Zenyov, Rafael Santos, Daniel Subotiç və Teo Uikslə yolları ayıran klub son günlər daha iki futbolçunun gedişi ilə barışmaq məcburiyyətində qalıb. Bunlardan biri Nika Kvekveskiridi. Oyun qurmaq, meydançanı görmək baxımından premyer-liqada seçilənlərdən olan gürcü yarımmüdafiəçi “Qəbələ”ni tərk etməyi qərara alıb. Mövsüm başa çatandan sonra klub rəsmilərinin zənglərini cavabsız qoyan yarımmüdafiəçi həmyerliləri – Omari Tetradze ilə Kaxaber Tsxadadzenin çalışdırdığı “Tobol”la ”Kayrat”dan cəlbedici təkliflər almışdı. Sadəcə, maaş məsələsində “Qəbələ” rəsmilərinin daha cəlbedici təkliflə çıxış edəcəklərini gözləyirdi. Görünür, təklif olunan məbləğ Kvekveskirini razı salmayıb. Deyilənə görə, qazaxlar gürcüyə “Qəbələ”dəkindən təxminən iki dəfə artıq – 300 min təklif edib. 36 yaşlı Arşavinə 700 min dollar verənlər Nikaya 300 mini gözüyumulu təklif edər. Gürcüstan yığmasına da dəvət olunan futbolçunun yaxın günlərdə “Tobol”la müqavilə bağlayacağı gözlənilir. Hər halda, ilkin razılıq verib, qalır transferin rəsmiləşməsi. Bu isə o deməkdi ki, xarakteri və futbolçu bacarığı sayəsində hörmət qazanan Nikanı bundan sonra “Qəbələ”nin formasında görməyəcəyik.
Daha bir futbolçu da əsas heyət üzvlərindən sayılırdı. Söhbət son iki ilyarımı qırmızı-qara formada keçirən, təcrübəsi hesabına qazanılan uğurlara töhfə verən Rəşad Sadiqovdan gedir. Klubla müqaviləsinin müddəti bitən yarımmüdafiəçinin karyerasını “Qəbələ”də davam etdirməsi məqsədəuyğun sayılmayıb. Halbuki qazanılan uğurlarda Sadiqovun payı az olmamışdı. Təkcə son mövsümə diqqət yetirmək kifayətdi. Rəşadın zədə səbəbindən meydana çıxmadığı görüşlərdə komandası müntəzəm xal itkiləri ilə barışmalı olurdu. Baş məşqçi Roman Qriqorçuk da qəzetimizə verdiyi müsahibədə Rəşadın yoxluğunu ciddi itki kimi dəyərləndirərək, uğursuz nəticələrin qeydə alınmasında onun yoxluğunu önə çəkmişdi. İndi belə bir vəziyyətin yaranmasına baxıb təəccüblənməmək olmur. Mətbuata açıqlama verən Rəşad “Qəbələ”də qalmaq istədiyini, hətta az pula oynamaq iqtidarında olduğunu gizlətməmişdi.
Artıq özünə yeni iş yeri tapmaq haqda düşünən yarımmüdafiəçi təklifləri dəyərləndirməyi düşünür. “Neftçi”də peyda olmaq ehtimalı yüksəkdi. Sadəcə, Elxan Abdullayev “hə” deməkdə tərəddüd edir. Elitaya yeni yüksəlmiş “Səbail” də təcrübəli futbolçunun keçidində maraqlıdı. Son günlər əsasən stajlı futbolçuları heyətinə qatan “Sumqayıt”ın da Rəşada “elçi düşdüyü” deyilir. Lakin qarşıda vaxt var deyə, Sadiqov qərar verməkdə tələsmir. Məqsədi iddialı komandada çıxış edib, avrokuboklara vəsiqə qazanmaqdı. Seçimini də buna görə edəcək.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar