26 may 14:25liqa

Elvin Məmmədov “Zirə”ni tərk etdi

Elvin Məmmədov “Zirə”ni tərk etdi
İbokoyi ilə Krneta qalır

Tarixində ilk dəfə Avroliqada mübarizə aparacaq “Zirə”də heyətlə bağlı çalışmalar davam edir. Təbii, qitə arenasında gücünü sınayacaq komanda mübarizəyə tam hazır olmalıdı. Hazırda heyətdə olan bəzi futbolçular yola salınıb, bəziləri ilə müqavilənin müddəti uzadılıb. Gedənlərin əksəriyyəti əsas heyət üzvləri deyildi. Elə oyunçular da var ki, hazırda onlarla danışıqlar gedir. Son günlər adı başqa klublarla yanaşı hallanan futbolçulardan biri də Elvin Məmmədovdu. Onun “Qəbələ” ilə ortaq məxrəcə gəldiyi deyilsə də, ortada konkret bir şey yoxdu. Heç “Zirə” tərəfi də Məmmədovla yollarını ayırdıqlarını açıqlamamışdı. Dünən “qartallar”ın baş məşqçisi Ayxan Abbasovla əlaqə saxlayıb, Elvinin məsələsinə aydınlıq gətirdik: “Bilirsiz ki, Elvin hazırda yığma ilə birgə Avstriyada təlim-məşq toplanışındadı. Onunla söhbətimiz oldu, klubun şərtlərini dedik. Elvin də fikirləşmək istədiyini bildirdi. Bundan sonra hansısa söhbətimiz olmayıb. Mən də mətbuatdan eşidirəm ki, “Qəbələ” və “Neftçi” ilə adı hallanır. Yəqin ki, əsas məsələ maliyyədi. Sözsüz, bizim “Qəbələ” və “Neftçi” kimi maliyyəmiz yoxdu. Özümüzə görə büdcəmiz var. Hansı futbolçu “Zirə”ni tərk etmək istəyərsə, güclə saxlayan deyilik. Elvin komandanın kapitanı, inandığımız futbolçulardan idi. Doğrudan da ötən mövsüm yaxşı oyunları olmuşdu. Ona uğurlar arzulayıram. İdmanda, futbolda belə şeylər yaşanır. Hər bir idmançı, futbolçu özünü də fikirləşir. Odu ki, buna normal baxıram. Fikirləşib, qərar verib. Artıq dəqiqdi ki, Elvin növbəti mövsümdə bizimlə olmayacaq”.
Maraqlıdı, legionerlərlə bağlı qərar verilib? Qeyd edək ki, əcnəbilərdən yalnız Migel Lorentsonun “qartallar”dan ayrılması rəsmiləşib. Qəsəbə təmsilçisində icarə əsasında çıxış edən Lorentso müqavilə ilə məxsus olduğu Portuqaliya “Setubal”ına qayıdıb. Abbasov heyətdəki əcnəbilərlə bağlı bunları dedi: “Legionerlərlə danışıqlar gedir. Viktor İbokoyi və Yovan Krneta ilə söhbətlərimiz müsbət yöndə olub, hər ikisi “Zirə”də qalacaq. Başqalarının taleyi isə ayın sonuna kimi bilinəcək. Bəziləri bizdən vaxt istəyib, bəziləri ilə bağlı özümüz qərar verməliyik. Ona görə də mayın 30-na kimi bütün qaranlıq məqamlara aydınlıq gətirməyə çalışacağıq. Yəni əlimizdə olanların taleyi bilinməlidi ki, daha sonra hansı mövqelərə nə qədər futbolçunun lazım olduğu aydınlaşsın”.
Yeri gəlmişkən, “Zirə” ilə bağlı daha bir sual doğuran məqam komandanın Avroliqanın ilk mərhələsində hansı səbətdə yer alacağıdı. Çox güman, qəsəbə təmsilçisi “səpələnməmişlər” arasında olacaq. Ancaq hələ ki bu tam dəqiqləşməyib. Görəsən, klubda bu məsələ ilə bağlı dəqiq bilgi var? Abbasovu dinləyək: “Rəsmi bizə heç nə bildirilməyib. Əslində daha öncə belə bir məlumat oxumuşdum ki, “səpələnməmişlər” səbətində olacağıq. Bu reytinqə görə olan məsələdi. “Zirə” isə Avropa arenasında ilk dəfə çıxış edəcək. Bu üzdən düşünürəm ki, reytinqdə bizdən öndə olan klublarla qarşılaşacağıq. Hər halda, qaydalar bunu deyir”.
Sonda onu da qeyd edək ki, mövsüm başa çatandan sonra “Zirə”dən ayrılan Yamin Ağakərimzadənin yeni klubu bəllidi. O, premyer-liqaya vəsiqə qazanan “Səbail”lə anlaşıb.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar