23 may 13:15liqa

Nurlan “Zirə”də əsəbləşirmiş

Nurlan “Zirə”də əsəbləşirmiş
“Pulu düşünən olsaydım, komandada qalardım”

Ölkəmizi Avroliqada təmsil edəcək üç komandadan biri olan “Zirə”nin rəsmiləri hələ ki “təmizlik” işlərini yerinə yetirməyə çalışır. Artıq bir neçə futbolçu ilə yollar ayrılıb ki, onlardan biri də Nurlan Novruzovdu. Ardıcıl iki mövsüm qəsəbə təmsilçisinin uğurları üçün tər tökən 2014/15 mövsümünün bombardiri başa çatan birinciliyin sonlarına yaxın o qədər də gözə dəymirdi. Bu da səbəbsiz deyildi. Qış fasiləsində Riçard Qadze heyətə cəlb olunandan sonra Novruzov əsas heyətdəki yerini itirmişdi. Halbuki “Zirə”yə keçdiyi ilk ildə Nelson Bonilya ilə mübarizə aparanda qətiyyən ruhdan düşmürdü. Bir çox oyunlarda özünü yaxşı tərəfdən göstərə bilmişdi. Lakin bu dəfə nə baş verdisə, Nurlanın mövsüm bitən kimi “Zirə”də qalmayacağı məlum oldu. Baş məşqçinin məsləhəti olub, yaxud futbolçu özü istəyib – bu, məsələnin başqa tərəfidi. Bir məqam dəqiqdi ki, 24 yaşlı forvard avrokuboklarda iştirak şansını boşa verdi. “İnter”ə transfer qadağası qoyulub, “Qarabağ”la “Qəbələ” isə “Bakı”nın yetirməsinin xidmətində maraqlı deyil.
Vəziyyətin bu həddə çatmasının, yəni hər şey qaydasında olarkən Nurlanın “qartallar”ı tərk etməsinin səbəbini özündən soruşduq: “Açığı, “Zirə”də hər kəs qalmağımı istəyirdi. Həm rəhbərlik, həm də məşqçilər heyəti. Özüm də komandanı tərk etmək haqda düşünmürdüm. Ancaq mövsümün sonuna yaxın baxdım ki, daha çox ehtiyatda qalıram. Bunu görəndən sonra komandanı tərk etməyi qərara aldım. Onsuz da müqaviləmin müddəti başa çatmışdı. Mənim üçün pulun, maaşın önəmi yoxdu. İndi elə yaşdayam ki, oynamaq vaxtımdı. Oynamayanda, ehtiyatda qalanda da əsəbləşirəm. Pulu düşünən olsaydım, komandada qalardım. Sadəcə, daim forma geymək imkanı qazanacağım komandaya keçəcəm”.
Maraqlıdı, söhbət hansı komandadan gedir? Bildiyimizə görə, “Səbail”lə “Kəpəz” bəstəboy futbolçunu heyətinə qatmaqda maraqlıdı. Lakin son vaxtlar azərbaycanlı futbolçuların Türkiyənin BAL Liqasına axın etdiyini də unutmamalıyıq. Nurlanla birgə “Bakı”da yetişmiş Tural Qürbətovun karyerasını qardaş ölkədə davam etdirəcəyini xatırlatmaq kifayətdi. Novruzovun “gələcəyin haqda nə düşünürsən” sualına cavabı belə oldu: “İndi Bakıda deyiləm, ölkədən kənardayam. Bəzi təkliflər var, şərtləri deyiblər, amma qərar verməmişəm. Çempionatın başlamasına 3 ay vaxt var. Ona görə də tələsmək istəmirəm. Yekə-yekə danışmağı da xoşlamıram. Yalandan ölkə xaricindən təkliflər aldığımı deyə bilmərəm. Çünki belə bir şey yoxdu. Hələ ki yalnız yerli klublar maraqlanır. Amma ad çəkmək istəmirəm”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar