21 may 13:48liqa

“Neftçi”yə yaxın duran yoxdu

“Neftçi”yə yaxın duran yoxdu
Eldəniz Yusifov da mətbuat katibi olmaqdan boyun qaçırıb

Mövsüm başa çatandan sonra “Neftçi”də durğunluğun olmasının başlıca səbəblərindən biri də klubda mətbuat katibinin yoxluğudu. Son iki ildə Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışan Mehman Rəsulovun iş yerini tərk etməsindən sonra məlum post boş qalıb. Odu ki, transfer çalışmaları ilə bağlı hərə bir ehtimal irəli sürür, şayiələr bir-birini əvəz edir. Klubda mətbuatla əlaqə qurmalı olan şəxsin yoxluğuna görədi ki, dəqiq bilgi almaqda çətinlik çəkirik.
Deyəsən, bu boşluq hələ çox sürəcək. İş burasındadı ki, “Neftçi”də mətbuat katibi olmağı arzulayan yoxdu. Vaxtilə bir çoxları üçün əlçatmaz olan klubun son illər çəkisini itirməsindən sonra “ağ-qaralar”a təzyiq dalğası əməlli-başlı artıb. Məhz bu səbəbdən illərini jurnalistikaya həsr edənlər bu yükün altına girmək istəmir. Ağlı başında olan hər kəs hansı çətinliklərlə üzləşəcəyini, həmkarları ilə üz-göz olacağını dərk etdiyindən bu işdən boyun qaçırır. İndiki vəziyyətdə “Neftçi”nin mətbuat katibi olmaq faktiki gələcək karyeranı risk altına atmaq, olan-qalan hörmətini də itirmək ehtimalı deməkdi.
Xatırlayırsızsa, bir müddət əvvəl Mehman Rəsulovun yerinə “CBC Sport”da çalışan, uzun illərdi jurnalistikada olan Rüstəm Əfsərlinin təyin olacağını yazmışdıq. Lakin sabiq “Futbol+”çi təklifə müsbət yanaşmayıb. Bunu da telekanaldakı durumundan qane olmasıyla əlaqələndirib. “CBC Sport”da səlahiyyət sahibi olan Əfsərli “Neftçi”də sıradan biri olmaq istəməyib. Növbəti hədəf Eldəniz Yusifov olub. O da vaxtilə “Futbol+”də çalışıb, çiyinlərində illərin təcrübəsini daşıyır. Son 13 ildə isə AZAL-ın uğurları üçün “tər töküb”. İllər öncə mətbuat katibi idi, sonradan menecer funksiyasını yerinə yetirirdi. Yəni əsas işi sənədləşmə işləriylə məşğul olmaq idi. AZAL-ın tarixin yaddaşına qovuşduğunu nəzərə alan “Neftçi” rəsmiləri Eldəniz bəyə mətbuatla bağlı departamentin rəhbəri postunu təklif edib. Yusifov isə ilk cəhddəcə bundan imtina edib. Səbəbini də “Şüvəlan”ın yaranması və son illərdə klub idarəçisi kimi çalışmasıyla əlaqələndirib. Hər halda, əldə etdiyimiz məlumat belədi. Dünən özü ilə əlaqə saxlayıb, həqiqəti dilindən eşitmək istədik. Xırdalıqlara varmaq istəməsə də, ümumi fikir bildirməkdən boyun qaçırmadı. Hər halda, vəziyyət dediyimiz kimi olmasaydı, Yusifov “xeyr, mətbuat katibi postu təklif olunmayıb” ifadəsini dilinə gətirərdi. Susdusa, deməli, məlumatımız həqiqəti əks etdirir: “Mayın 3-də AZAL-ın rəsmən fəaliyyətini dayandırması bilinəndən sonra bəzi təkliflər aldım. Onların arasında “Neftçi” variantı da vardı. Amma nə haqda söhbət etdiyimizi, hansı təklif aldığımı demək istəmirəm. Fikrimcə, bunu açıqlamağım etik cəhətdən düzgün deyil. Hazırda bütün diqqətimizi “Şüvəlan”ın formalaşdırılmasına ayırmışıq. İçi mən daxil hər kəs nə olacağını gözləyir. Durum yaxşı olsa, təbii ki, “Şüvəlan”da qalacam. Hər halda, uzun illərdi klubun içindəyəm. Yox, yaxşı mənada hansısa yenilik olmasa, məcbur olub başqa təklifləri nəzərdən keçirəcəm. Bir məqamı qeyd edim ki, mətbuat katibi işləmək niyyətim yoxdu. Artıq neçə ildi AZAL-da menecer vəzifəsini daşıyıram. Klub idarəçiliyi ilə bağlı müəyyən təcrübəyə sahibəm. Bu üzdən fəaliyyətimi mətbuat katibi yox, klub idarəçisi kimi davam etdirməkdə maraqlıyam. Gözləyək, görək nə olacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar