19 may 20:01liqa

“Kəpəz”dən ayrılanlar səbəb göstərdi

“Kəpəz”dən ayrılanlar səbəb göstərdi
Nicat Qurbanovun qalmasını Şahin Diniyev istəməyib

Son iki mövsümü 5-ci pillədə başa vuran, buna baxmayaraq, ötən yay Avroliqada çıxış edərək mərhələ adlayan “Kəpəz”in xoş günləri deyəsən, arxada qalacaq. Hər halda, son 15 gündə yaşananlar belə düşünməyə əsas verir. Dario Federiko kimi seçilən legioneri, kapitan Tural Axundovu, əsas heyət üzvü Orxan Əliyevi, tez-tez meydanda gördüyümüz Vüqar Bəybalayevlə Nicat Qurbanovu saxlaya bilməyən qərblilər əsasən gənclərlə güclənməkdə davam edir. Kamran Abdullazadə, İlyas Səfərzadə, İlkin Sadıqov və 31 yaşlı Tural Cəlilovun komandaya ciddi mənada fayda verəcəyi inandırıcı görünmür.
“Kəpəz”də yaşananlar, yəni aparıcı futbolçuların kütləvi şəkildə “sarı-göylər”in sıralarını tərk etməsi boşuna ola bilməz. Mütləq ki, burda bir səbəb var. Biri gedərdi, ikisi gedərdi, daha beşi birdən yox. Məsələ ilə bağlı iki ehtimal irəli sürülür. Və hər ikisi meydançanın yenilənməsi ilə bağlıdı. Deyilənlərə inansaq, qazona çəkilən xərc klubun ümumi büdcəsinə təsir edəcək. Yəni son iki mövsümlə müqayisədə növbəti birincilikdə maaşlarda müəyyən azalma müşahidə olunacaq. Futboçular da söhbətdən xəbər tutduğundan riskə gedib qalmaq istəmir. Digər ehtimal isə komandanın Gəncədə məskunlaşacağıdı. Belə ki, meydança ideal vəziyyətə gətiriləndən sonra gündəlik məşqlərlə bağlı çətinlik olmayacaq. Ona görə də Bakıda yaşayıb, oyundan-oyuna Gəncəyə səfər etməyə gərək qalmayacaq. Hətta Gəncənin icra başçısı Elmar Vəliyevin də komanda üzvlərinin doğma şəhərdə məskunlaşmasının tərəfdarı olduğu deyilir. Buna görə ya otel ayrılacaq, ya da kirayə evlər tutulacaq.
Bunlar, sadəcə, eşitdiklərimizdi. Əsl həqiqəti futbolçulardan yaxşı bilən olmaz. Odu ki, “Kəpəz”i tərk etdiyi dəqiqləşənlərlə əlaqə saxlayıb səbəbi öyrənmək istədik.
Nicat Qurbanov: “Dediyiniz ehtimallarla bağlı məndə bilgi yoxdu. Bəlkə də elədi, mən bilmirəm. Bəlkə də, ümumiyyətlə, şayiədi. Yəni komandanı tərk etməyimin dediklərinizlə əlaqəsi yoxdu. Mövsümün sonuna yaxın Şahin Diniyev dedi ki, çempionat başa çatandan sonra hər bir futbolçu ilə ayrı-ayrılıqda söhbətimiz olacaq. Oyunlar başa çatandan sonra köməkçi-məşqçi Xaliq Mərdanov zəng vurub, baş məşqçinin istəyi ilə “Kəpəz”dən ayrıldığımı söylədi. Nə yeni müqavilə təklif oldu, nə maaşla bağlı danışdıq, nə də başqa söhbətimiz oldu. Sırf baş məşqçinin istəyinə görə komandadan ayrıldım. Şahin müəllimin fikrinə hörmət edib “Kəpəz”dən ayrıldım”.
Vüqar Bəybalayev: “Kim nə düşünür, nə deyir, bilmirəm. Bu ehtimalları da ilk dəfədi sizdən eşidirəm. Düzünü desəm, komandanın Gəncədə məskunlaşacağına inanmıram. Orda şəraiti olan baza yoxdu. 20-25 futbolçunun oteldə məskunlaşması da böyük pullar deməkdi. Qalmaq, qidalanmaq və sair – bunlar ciddi vəsait tələb edir. “Kəpəz”in maliyyə vəziyyəti də hamıya məlumdu. Bakıda elə idi ki, hamı öz evində qalırdı. Yalnız legionerlərə ev kirayələnmişdi. Yəni “Kəpəz”i tərk etməyimin yeganə səbəbi sırf “Sumqayıt”dan aldığım təklif idi. Belə deyim, doğulub böyüdüyüm şəhərin komandasıdı. Evimin içidi, ailəmin, yaxınlarımın yanında olacam. Başqa komandadan təklif olsaydı, bəlkə də “Kəpəz”dən getməzdim. “Kəpəz”dən ayrılmağımda maliyyə məsələsi bir qram da rol oynamadı”.
Tural Axundov: “Başqa uşaqların adından danışa bilmərəm. Öz adımdan deyim ki, “Kəpəz”i tərk etməyimin səbəbi ailə problemi oldu. Hansı problem? İkinci övladım dünyaya gəlib, o da xəstədi. Doğmalarım, valideynlərim də yaşadığımız yerdən uzaqdı. Ona görə məcburam ailəyə yaxın olum. Düzdü, “Kəpəz” də Bakıda məskunlaşmışdı. Amma vəziyyət elə idi ki, Xırdalandan tez-tez paytaxta gedib-gəlirdim, səfərlərdə olurduq, ev oyunu üçün Gəncəyə gedirdik. Amma “Sumqayıt”da vəziyyət elədi ki, evimə yaxındı, ailəmin yanında olacam, problemləri həll etmək üçün vaxt qazanacam. Şahin müəllim “Kəpəz”də qalmağımı istəyirdi. Vəziyyəti izah edəndən sonra dərhal məni başa düşdü, uğurlar arzuladı. Vallah, “Kəpəz”də aldığım maaş “Sumqayıt”da təklif olunan puldan artıq idi. Pulu düşünsəydim, “Kəpəz”də qalmaq sərf edirdi. Yəni sırf ailə probleminə görə bu addımı atdım. Razılaşarsız ki, həyatda adama ailədən, övladlardan doğma heç nə yoxdu. İndiki vəziyyətdə xəstə uşağıma yaxın olmaq şərtdi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar