18 dek 20:36liqa

Dario Federiko qayıtdı

Dario Federiko qayıtdı
Bəybalayev: "Komandada psixoloji gərginlikdən söhbət gedə bilməz"

Son vaxtlar qeyri-sabit çıxış edən, bununla belə, avrokuboklar hədəfindən imtina etməyən "Kəpəz" işini çətinə salıb. Söhbət gəncəlilərin ölkə kubokunun 1/4 finalında "İnter"ə səfərdə 0:2 hesabıyla məğlub olmasından gedir. Halbuki Şahin Diniyevin komandası məhz bu yolla qitəmiqyaslı yarışa vəsiqə qazanmağı daha münasib sayırdı. Odu ki, "sarı-göylər" gələn həftə Gəncədə baş tutacaq cavab görüşündə bütün gücünü sərf edib, mərhələ adlamağa çalışacaq. Amma bu o demək deyil ki, qərb futbolunun incisi çempionatdan tam əlini üzüb. Komanda hazırda 15 xalla 4-cü pillədə qərarlaşıb. Hansı ki, bu yer Avroliqaya vəsiqə verir.
Gəncə klubunu bu gün olduqca çətin qarşılaşma gözləyir. Və "Qəbələ" ilə matçda qeydə alınacaq məğlubiyyət komandanın fasilə ərəfəsində 4-cü pilləni əldən verməsi ilə nəticələnə bilər. Çünki həmin yerə iddialı "Zirə" bölgə təmsilçisini qarabaqara izləyir. Bəs "Kəpəz" premyer-liqanın son 5 matçından üçündə xal itirən "Qəbələ" ilə matça necə hazırlaşıb? Sualı komandanın gənc futbolçusu Vüqar Bəybalayevə ünvanladıq. O, kollektivin bütün diqqətini bugünkü matça yönəltdiyini bildirdi: "İnter"ə 0:2 hesablı məğlubiyyəti gözləmirdik. Səfərdən sərfəli nəticə ilə geri dönməyi planlaşdırmışdıq. Rəqibdən zəif də oynamadıq. İlk hissədə rəqiblə müqayisədə daha üstün futbol oynadıq. Artıq həmin qarşılaşmanı unutmuşuq. Sabah bizi "Qəbələ" ilə çətin oyun gözləyir. Matça yaxşı hazırlaşmışıq. Komandada psixoloji gərginlikdən söhbət gedə bilməz. Hər şey yaxşıdı". Bəybalayev deyir ki, "Qəbələ" ilə səfərdə oynamaq çətin olsa da, yaxşı nəticə ilə qayıtmağı planlaşdırırlar: "Oyunu evdə keçirməliydik. Lakin qarşılaşmanın məkanı dəyişdi, indi çətin səfərə yollanırıq. "Qəbələ"nin meydanında işimizin asan olmayacağını dərk edirik. Amma hər zaman olduğu kimi, bu dəfə də əlimizdən gələni edib, xal və xallar qazanmağa çalışacağıq. Bunun üçün meydanda ən yaxşısını etməliyik".
Gənc futbolçu "Qəbələ"yə məğlub olacaqları təqdirdə avrokubok şanslarını itirilməyəcəklərini düşünür: "Bizim həm çempionatdan, həm də kubokdan bu şansımız var. "İnter"lə cavab oyunu haqda düşünməsək də, deyə bilərəm ki, hələ heç nə bitməyib. "Qəbələ"yə uduzmağımız da fiasko olmaz. Çempionat uzun marafondu. Qarşıda 14 oyunumuz olacaq. Amma istənilən halda, kollektivdə heç kim məğlubiyyəti düşünmür".
Səfər çətin olsa da, "Kəpəz"ı sevindirən məqam da var. Belə ki, Şahin Diniyev "qırmızı-qaralar"a qarşı matçda Dario Federikonun xidmətindən yararlana biləcək. Uzun müddət zədəli olan braziliyalı yarımmüdafiəçi premyer-liqanın 8-ci turu çərçivəsində AZAL-la Bakıda reallaşan qarşılaşmada sıradan çıxmışdı. O vaxtdan müalicə olunan Dario premyer-liqa və kubok görüşlərində meydanda görünməyib. Yalnız ötən həftədən komanda ilə birgə məşqlərə qoşulan “sambaçı” 2016-cı ilin son turunun oyununda iştirak edə bilər.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar