18 may 18:42liqa

“İnter” yoluna Svanadze ilə davam edəcək

“İnter” yoluna Svanadze ilə davam edəcək
Xizanişvili düşünmək üçün vaxt istəyib

Mövsümə yaxşı start verən, lakin sonradan rəhbərliyin dəyişməsi və Azərbaycan Beynəlxalq Bankının (ABB) sponsorluqdan imtina etməsi üzündən ciddi problemlərlə üzləşən “İnter”lə bağlı xəbərlərin ardı-arası kəsilmir. Bütün çətinliklərə baxmayaraq, sona kimi təslim olmayan və mövsümü 3-cü yerdə bitirərək bürünc medal qazanmaqla Avoliqaya vəsiqə əldə edən komandanı bəzi oyunçuların tərk edəcəyi gözlənilirdi. “Futbol ili” yenuklaşmamış Səlahət Ağayev və Abbas Hüseynov komandadan ayrıldı. Başqalarının da müqavilə müddətini uzatmaq istəmədiyi haqda xəbərlər dolaşırdı. Lakin klubun Müşahidə Şurasına Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun gəlişi ilə söz-söhbətlər azalmağa başladı. Yuxarıda adı çəkilən iki futbolçudan başqa, qalanların komandada qalacağı deyildi. Onlarla müqavilənin müddəti uzadılacaq.
Futbolçularla bağlı xəbərlər azalan kimi, indi də komandanın baş məşqçi postu gündəmə gəlib. Rəsmən AFFA-nın himayəsinə keçən “İnter”dən Zaur Svanadzenin göndəriləcəyi deyilir. Daha dəqiq desək, iyulun 1-də bakılılarla müqavilə müddəti yekunlaşacaq gürcü mütəxəssislə yeni sözləşmə imzalanmayacaq. Onun yerinə isə Nazim Süleymanov gətiriləcək. Paytaxt təmsilçisi Avroliqaya məhz Nazim Süleymanovun rəhbərliyi altında gedəcək. Deyilənə görə, Nazim bəy assosiasiyadan inciyib. Ona görə ki, “Neftçi” və 19 yaşadək futbolçulardan ibarət millini çalışdırdıqdan sonra işsiz qalıb. Tez-tez mediada “Süleymanov kimi fenomen işsiz qalıb” tipli yazılara rast gəlinir. Məhz buna görə AFFA artıq himayəyə götürdüyü “İnter”i ona həvalə etmək istəyir. Yəni Süleymanovun könlünü almaq istəyir. İstənilən halda, bu çox yanlış qərar olar. Ona görə ki, Nazim bəyin futbolçu kimi adından söz etdirməsi onun güclü baş məşqçi olması demək deyil. Onun işini həm “Neftçi”də, həm də U-19-da görmüşük. Hansısa xüsusi istedad sahibi deyil. Zaur Svanadze isə özünü sübut edib. Peşəkarlığı, xarakteri və dözümlülüyü ilə. Ciddi problemlərin içində çabalayan “İnter”ə premyer-liqada bürünc medal qazandırmaq elə-belə iş deyil. Bu, futbolçuların xidməti ilə yanaşı, Svanadzenin komandaya əla rəhbərlik etmək bacarığından xəbər verir. O, kollektivi qorumağı və irəli aparmağı bacarır. Niyə komandanı əlinin içi kimi tanıyan, çox da yüksək məvacib almayan Svanadze ilə yollar ayrılsın, onun yerinə Süleymanov gətirilsin? Bu heç bir məntiqə sığmır.
Məsələ ilə bağlı Svanadzenin özü ilə əlaqə saxladıq. O, klub rəhbərliyi ilə yeni müqavilə mövzusunda danışdığını bildirdi: “İki gündü mənə zəng edirlər. Mətbuata bu cür xəbərlər hardan ötürülüb, bilmirəm. “İnter”lə müqaviləmin müddəti iyulun 1-də bitir. Lakin yeni müqavilə ilə bağlı rəhbərliklə qısa danışmışam, anlaşmışıq. Heç kim mənə “səni komandadan göndəririk” deməyib. Bunun səbəbi də yoxdu. Bütün yaşananlara baxmayaraq, “İnter” çox əla oyun sərgilədi, premyer-liqada 3-cü oldu. Avroliqaya vəsiqə qazandıq. Niyə baş məşqçi postunda dəyişiklik olsun ki? Yazılan xəbərlərə inanmayın. Bir neçə gün sonra Bakıya dönəcəm. Rəhbərliklə danışmaq üçün yox, yeni müqavilə imzalamaq üçün”.
Təcrübəli çalışdırıcı həm də komandadan gedən və getmək ehtimalı olan futbolçular haqda danışdı: “Səlahət Ağayevlə Abbas Hüseynov komandadan ayrılıb. Yəqin ki, bundan hər kəsin xəbəri var. Onların gedişi, təbii ki, yaxşı olmadı. Biz Avroliqada oynayacağıq. Bildiyiniz kimi, “İnter”in transfer qadağası var. İstəməzdik ki, bu dönəmdə sıralarımızı kimsə tərk etsin. Digər futbolçuların hamısı qalacaq. Bildiyim qədər bu məsələ həll olunub. Müqaviləsinin müddəti bitənlərlə yeni sözləşmə imzalanacaq. Zurab Xizanişvili ilə bağlı sual hələ də açıq qalır. Onun karyerasını bitirmək ehtimalı var. Mənimlə danışıb, fikirləşmək üçün vaxt istəyib. Komandada qalsa, pis olmaz. Lakin seçimi özü edəcək. Mən onun yerinə qərar vermək istəmirəm”.
Təbii ki, baş məşqçinin fikri ilə yanaşı, klub rəhbərliyinin də mövqeyini öyrənməyi lazım bildik. İcraçı direktor Rəmiş Malıyev bu xəbərin yanlış olduğunu dedi: “Boş söz-söhbətdi. Xəbər həqiqəti əks etdirmir. Zaur Svanadze ilə iyunun sonuna kimi müqaviləmiz var. Yeni sözləşmə ilə bağlı məsələ gündəmdədi. Özü hazırda istirahətə gedib. Gəlsin, rəhbərliklə danışıb, müzakirələrdən sonra konkret qərar verəcəyik”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar