17 may 12:53liqa

Duriç Azərbaycanı Serbiyadan üstün tutdu

Duriç Azərbaycanı Serbiyadan üstün tutdu
“Nədənsə adamlar matçları canlı izləməyə maraq göstərmir”

“Zirə”nin yarımmüdafiəçisi Milan Duriç Serbiya mətbuatına açıqlama verib. Güclü zərbələri ilə seçilən futbolçu “Mozzart Sport” portalına şərəfini qoruduğu komanda haqda məlumat verməklə yanaşı, Serbiya və Azərbaycan futbolunun hazırki durmunu müqayisə edib: “Düzünü desəm, ilk vaxtlar mən də Azərbaycan futbolu barədə geniş məlumata malik deyildim. Ancaq diqqətlə baxanda, işin içində olanda görmək olur ki, son illər bu ölkənin futbolu hamını təəccübləndirəcək səviyyədə tərəqqi edib. Çempionatın iki ən güclü komandası - həm “Qarabağ”, həm də “Qəbələ” Avropa Liqasının qrup mərhələsində çıxış ediblər. Odu ki, Azərbaycan futbolu yaxşı mənada Serbiyadan fərqlənir”.
Serb həmkarlarımızla söhbətdə Duriç Azərbaycandakı şəraiti də xüsusi vurğulayıb: “Şərait baxımından ora ilə Serbiya arasında böyük fərq var. Bizim klub çempionatın ən güclülərindən sayılmasa da, maaşlarımızı vaxtında alırıq. Hətta deyilənlərə görə, birvaxtlar “Qarabağ”ın futbolçularının şəxsi sürücüləri də olub. Səhv etmirəmsə, yerli uşaqların yetişməsi üçün “Qəbələ”nin 12 məşq meydançası var. Bu da ordakı insanların ciddi işlərlə məşğul olmasından xəbər verir”.
Sonda “qartallar”ın avrokuboklarda mübarizə aparacağını diqqətə çatdıran yarımmüdafiəçi çempionat oyunlarına azarkeş marağının az olduğunu da söyləyib: “Çox maraqlıdı ki, premyer-liqada çıxış edən klubların yarısı ev oyunlarını təbii örtükdə, yarısı isə süni qazonda keçirir. Əsas çatışmazlıq kimi stadionlara az seyrçinin gəlməsini qeyd edə bilərəm. Nədənsə adamlar matçları canlı izləməyə maraq göstərmir. Çempionatda isə çox güclü rəqabət var. Nəzərə alsaq ki, premyer-liqada 8 komanda çıxış edir, iki oyun ardıcıl uduzmaqla turnir cədvəlinin zirzəmisinə yuvarlana bilərsən. Və yaxud da iki qələbə sizi yuxarı pilləyə qaldıra bilər. Bütün qarşılaşmalar gərgin idman mübarizəsi şəraitində keçir. Bu yay şərəfini qoruduğum komanda Avroliqada çıxış edəcək. Bizdən başqa “Qarabağ” və “Qəbələ” də qitəmiqyaslı turnirlərə qatılacaq. Biz debüt edəcəyiksə, adını çəkdiyim klublar artıq avrokuboklarda zəngin təcrübəyə malikdi. Çempionatı 3-cü pillədə başa vuran “İnter” mövsümün gedişində sponsorunu itirdi. Bundan başqa, kluba transfer qadağası qoyulub ki, bu da onların Avropa Liqasında çıxışına yəqin təsir göstərəcək. “Neftçi” isə 2016/17 “futbol ili”ndə uğursuzluğa düçar oldu.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər 14-06-2019, 22:03 Hakimə ehtiyac olmayan oyun… 14-06-2019, 21:53 Hamşik Bakını niyə unutmayacaq? 14-06-2019, 21:52 İcraiyyə Komitəsi “Bakcell Arena”da Yurçeviçdən hesabat tələb etdi 14-06-2019, 21:48 Bölməyə aparılanlar üçün əcaib şərt 14-06-2019, 21:45 Şərhçilər üçün "qızıl" qayda: haqqı deyə bilmirsənsə, nahaqq danışma! 14-06-2019, 14:59 Günün lətifəsi 14-06-2019, 14:49 Günün sitatı 14-06-2019, 14:46 Gözəl xidmət: 1 manata AFFA-ya ürəyinizdən keçəni çatdırın! 12-06-2019, 23:10 Fanklublar Slovakiya ilə oyunda yığmaya dəstək verməyəcək 12-06-2019, 23:05 “UltrAslan Azərbaycan” AFFA-dan pul almayıb 12-06-2019, 23:04 Prosineçkiylə Foqts AFFA-nın dəvətini “yerə salıb” 12-06-2019, 23:02 “Keşlə” Əfrandan imtina etdi, Ruslanla anlaşdı 12-06-2019, 23:01 Ruslar bizimkiləri Qranatkin turnirinə dəvət etməyib 12-06-2019, 20:04 Slovakiyalılar havanın hərarətindən narahatdı 12-06-2019, 20:03 Slovaklara iki qol vuran Vadim Vasilyev danışdı 12-06-2019, 20:02 Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu 12-06-2019, 20:00 Zaur Əzizov alban futbolçunun şikayətinə aydınlıq gətirdi 12-06-2019, 19:59 “Qarabağ”ın veteranları millini məyus etdi 12-06-2019, 19:58 Ceyhun Sultanov 40-ı tamamlayır 12-06-2019, 19:56 “Neftçi”: Ruslan Abışov getdi, Rauf Əliyev gəldi 12-06-2019, 19:55 Qonaqlar bulvarda gəzdi və təəccübləndi 12-06-2019, 19:54 Yığma xəbərləri 12-06-2019, 19:52 Yevlaxlılar çempion oldu 12-06-2019, 19:50 "Zirə"də müqavilələr yeniləndi 11-06-2019, 18:04 Həftənin idman proqramı 11-06-2019, 18:01 “Millimiz, Beyrək demiş, macarları 1 öpüb, 3 dişləndi” 11-06-2019, 18:00 Ceyhun Haşımov holland hakimi bəyənib 11-06-2019, 17:56 Kubemba da “tələbə” oldu 11-06-2019, 17:54 Slovakiya ilə oyun şotland referiyə tapşırıldı 11-06-2019, 17:53 Yığmamız Rossini təəccübləndirməyib 11-06-2019, 17:51 Yığma üzvlərinin qiymətləndirməsi 11-06-2019, 17:48 Rövnəq Abdullayev Yurçeviçi ciddi şəkildə danlayıb 11-06-2019, 17:46 Məğlubiyyətin üç əsas səbəbi 11-06-2019, 17:44 Rəzil yığma və 3 qapaz 11-06-2019, 17:41 Maksim Medvedev acı reallıqları etiraf etdi 11-06-2019, 17:39 Şok: AFFA-nın dəvətnamələri “qara bazar”da satılır 11-06-2019, 17:36 Hamı gedir quş gətirir, "Səbail"... 11-06-2019, 17:34 Slovaklar dünən axşam gəldi 11-06-2019, 17:33 “Qarabağ” 10 nəfərlə başladı 11-06-2019, 17:26 Qurban Qurbanovun oğlu Lixtenşteynə məğlubiyyəti faciə yox, dərs sayır 11-06-2019, 17:24 Günün sitatı 11-06-2019, 17:15 Eldar İsmayılov, “Xarı bülbül”, “Sportsman” jurnalı… 11-06-2019, 15:39 AFFA Media Komitəsinin dağılmasında xidməti olanları gizlicə maliyyələşdirir? 11-06-2019, 15:36 Mübariz Mənsimov AFFA rəhbərliyini aşağıladı Bütün xəbərlər
Ən çox oxunanlar